Son günlər TikTok və digər sosial şəbələrdə Milli Məclisin deputatı Məlahat İbrahimqızının adı ilə yayılan məlumatlar diqqət çəkib.
Verilən məlumatlarda deputatın Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsi bildirilib.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu xəbərlər tamamilə yalandır.
O, vətəndaşları provokativ və əsassız məlumatlara aldanmamağa çağırır:
“Çox təəssüf ki, bu bir sıra sosial media səhifələrində, xüsusilə də TikTok-da son vaxtlar mənim adımdan yanlış, çox provokativ məlumatlar yayırlar. Mən çox üzülürəm və həmin adamlara demək istəyirəm ki, nə qədər onlar provokativ, təxribat xarakterli, böhtan xarakterli mənim adımdan hansısa məlumatları yazsalar da Azərbaycan ictimai heç vaxt buna inanmayacaq. Çünki məni uzun illərdəir Azərbaycan ictimaiyyatı, xüsusilə də seçicilərim tanıyır.
Guya ki, mən TikTok-da və yaxud da hansısa da bəlkə də media nümayəndəsinə, təmsilçisinə demişəm ki, Azərbaycandan olan ermənilərə biz 30 il pensiya verməliyik.Bu, həqiqətən də gülüncdür, həqiqətən də görün nə qədər böhtandır, görün nə qədər yalandır ki, Məlahat İbrahim qızı özü əslən Qərb Azərbaycanlandır. Məlahat İbrahim qızının ailə üzvləri Qərb Azərbaycanlandır, 1987-1991-ci ildə bizim orada uzun bir neçə yüzyilliklərə malik olan evimiz, eşimiz, mülkümüz, hər bir şeyimiz erməni vandalları tərəfindən qəsb olunubdur.Mən şəxsən bir Azərbaycanlı kimi, Qərb Azərbaycanlı kimi bu zülmü görən bir insan, belə bir söz deməyim, həqiqətən də gülüncdoğurur və həqiqətən də nə qədər bu insanların böhtancı, şərçi, troll olduqları da sübüt eləyir. Azərbaycandan, Ermənistandan, təkcə 1987-1991-ci ildə 300 minə yaxın bizim soydaşlarımız qovuluqdur.
Onların malı, mülkü, hər bir şey əlindən alınıbdır, hər bir şey əlindən alınıbdır və belə bir durumda mənim və yaxud başqa bir heç Qərb Azərbaycanlı olmayan hansısa Azərbaycan vətəndaşlarının belə bir müsahibə verməsi, belə bir yanaşması həqiqətən də bu böhtanın ağla sığmaz olduğunu göstərir. Mən o insanlara bir daha müradiyyət edirəm ki, bu cəhət çirkli troll yazılarından, troll təaliyyətindən əlçəlsinlər”.