“Viktor, eşitdiklərim xoşum gəlmir. Buna çox qəzəbləndim”, - Rusiya neftini Macarıstan və Slovakiyaya daşıyan boru kəməri infrastrukturuna hücumla bağlı Orbanın məktubuna əlyazma ilə verdiyi cavabda ABŞ prezidenti vurğulayıb.
Balaj Orban sosial şəbəkədə Ağ Evdən Macarıstanın baş nazirliyinə daxil olan məktubun fotosurətini yayıb.

İşlər naziri Peter Siyyarto və Slovakiyanın İqtisadiyyat naziri Denis Sakov infrastruktura hücum nəticəsində Rusiya neftinin “Dostluq” kəməri vasitəsilə hər iki ölkəyə tədarükünün yenidən dayandırıldığını bildiriblər. Siyyarto qeyd edib ki, Rusiya-Belarus sərhədində neft kəmərinə hücum artıq qısa müddət ərzində üçüncü dəfə baş verib. Sakovun sözlərinə görə, hazırda dəymiş ziyan hesablanır. |
Xatırladaq ki, obyekt ilk dəfə avqustun 13-də vurulub və avqustun 18-də Macarıstan ikinci zərbədən sonra Rusiyadan neft tədarükünün yenidən dayandırıldığını elan etmişdi.
Bu gecə Ukraynaya məxsus PUA-lar “Dostluq” neft boru kəmərinin Rusiyanın Bryansk vilayətindəki nasos stansiyasına yeni zərbələr endirib.