Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Tikinti-Təchizat Birliyi” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qurum tenderi Abşeron rayonunda planlaşdırılan Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu layihəsi çərçivəsində hüquqi məsləhət xidmətlərinin satın alınması məqsədilə keçirib.
Tenderin qalibi “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1301903431) olub.
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 189 390 manat təşkil edir.
Qeyd edək ki, “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı 2009-cu ildə qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi James Edvard Hogan-dır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 96, Landmark 1, 2-ci mərtəbədə yerləşir. Nizamnamə kapitalı qeyd olunmayıb.