Revanşist ermənilər, o sırada erməni lobbisi və ona bağlı çevrələr yenə yas içindədir. Gözlənildiyi kimi, ABŞ lideri Donald Trampın Azərbaycan Prezidentinin Xankəndidəki çıxışını öz sosial şəbəkəsində paylaşması onlara əməllicə yer edib. O dərəcədə ki, şokdan hələ də çıxa bilmirlər.
Azərbaycanın Vaşinqton üçün artan önəmini, regiondakı həlledici rolunu təsdiqləyən bu ilginc olaydan cəmi iki gün sonra 87 ermənipərəst konqresmenin əl-ayağa düşərək, dövlət katibi Rubioya uydurma “artsax”la bağlı məktub göndərməsi, həyasızcasına Azərbaycanı cəzalandırmaq xahişi eləməsi bu xüsusda təəccüblü olmadı. Çünki neçə vaxtdır haylar daxil, dünyadakı bütün Türk düşmənləri və erməni havadarları öz ərazi bütövlüyü və suverenliyini təkbaşına təmin eləmiş, Qarabağda separatizmin kökünü kəsmiş Azərbaycan üçün zəncir çeynəyirlər. Ayağımızdan vurmaq üçün fürsət axtarırlar...
Ancaq hər şey qırağa dursun, müraciətdə bir məqam xüsusilə ikrah doğurur. Söhbət “xristian ermənilərin haqları” ifadəsindən gen-bol istifadə edilməsindən gedir. Belə çıxır, təməl insan haqları anlayışı qeyri-xristianlara, müsəlmanlara, Qərbi azərbaycanlılara münasibətdə keçərli deyil? Ermənilər köynəkdəmi doğulub? XXI əsrdə bu yanaşmadır belə?
Bu yerdə yada bədnam “907-ci düzəliş” düşür. Hansı ki, 1992-də ABŞ Konqresi tərəfindən işğalçı Ermənistana yox, işğala məruz qalmış Azərbaycana tətbiq edilmişdi. Ermənistanı, “Dağlıq Qarabağ”ı blokadada saxladığımız üçün! İşğalçılara, separatçılara sən demə, hələ üstəlik, kömək eləməli, onların korluq çəkməsinə imkan verməməli imişik! Xristian təəssübkeşliyinin buynuzu olmur ki...
İndi isə radikal-revanşist dairələrin saytlarından sayılan Armenianreport.com-un srağagünkü redaksiya məqaləsindən aşağıdakı sözlərə diqqət:
“Bizə üçüncü yolla getməliyik. Yaxın 10 ildə müharibədən qaçmaq, eyni zamanda Qərbin himayəsi altında güclü iqtisadiyyat qurmaq yolu ilə. Bilirik ki, Azərbaycanın bütün gücü əbədi olmayan neft dollarlarına sahib olmasındadır. Uzunmüddətli perspektivdə isə neft ölkəsində müxtəlif klanlar və təsir agentləri arasında hakimiyyət uğrunda mübarizə qızışa bilər. Ukrayna savaşından sonra Rusiya Qərb üçün yanacaqdoldurma məntəqəsi kimi əvvəlki adi roluna qayıdacaq. Rusiya ilə Avropa İttifaqı arasında böyük ziddiyyətlər aradan qalxacaq və onların hər biri öz maraqları səbəbi ilə Azərbaycan və Türkiyəni sevmədiyi üçün bizə kömək edəcəklər. Türklər də sonsuzadək Ərdoğana dözmək istəməyəcəklər. Ola bilsin, Ərdoğanın varisi Şuşa Bəyannaməsinə yenidən baxsın. Sonra da kim bilir, bəlkə “erməni baharı” təzədən gələcək və biz itirdiklərimizi geri alacağıq. Səbirli olmalı, məqsədə doğru təmkin və inamla getməliyik”.
Bəlkə də bu sitatı “dəmir yumruq”dan sonra başı daha da qaçmış sarsaq hayın çəhrayi arzusu sayıb üstündən keçmək olardı. Amma axı belə əbləh düşüncə tərzi erməni cəmiyyətində nadir hal da sayılmaz. Əksinə. Ermənilərin nə qədər məkrli, nə dərəcədə hiyləgər toplum olduğunu ciddiyə alsaq, belə şeyləri gözardı eləmək uzaqgörənlik olmazdı...
Nə qədər çətin də olsa, biz hər şeydən öncə xəbis millətin hələ də sağalmayan “miatsum” mərəzini Azərbaycan üçün fəsadsız vəziyyətə gətirməliyik. Beləcə, onların ən zəhərli “dişini” çıxarmış olarıq. Yəni keyfiyyətli antidot, peyvənd məsələsi. Bu da Ermənistan konstitusiyasından ərazi iddiası ilə bağlı istinadın çıxarılmasına nail olmaqdan keçir.
Ümumiyyətlə isə xalq və dövlət olaraq, heç vaxt arxayınlaşmamalı, çomağı əlimizdən yerə qoymamalı, barıtımızı həmişə quru saxlamalı, hərbi və iqtisadi gücümüzü, dostlarımızın sayını daim artırmalı, ən ümdəsi, milli birliyimizi və daxili sabitliyimizi göz bəbəyi kimi qorumalıyıq. Unutmayaq, namərd qonşular torpaqlarımızı məhz Azərbaycanda daxili siyasi çəkişmələr və hakimiyyət davaları zamanı zəbt eləmişdilər. Faktiki müharibəsiz-zadsız. Tarixini düşmənimiz yaxşı tanımalı, sülh müqaviləsi imzalansa belə, onun şirtin dilinə, qulağa xoş gələn ritorikasına uymamalı, heç vaxt erməniyə arxa çevirməməliyik.
Və sonda. İnanırıq ki, satqın konqresmenlərin Rubioya məktubu elə kağız parçası olaraq qalacaq. Tramp isə İlham Əliyevin söylədiyi kimi, Bayden dövrünün mirası olan “Vaşinqton bataqlığı”nı axıradək quruda biləcək...
Z. SƏFƏROĞLU - musavat.com