Azərbaycanda fəaliyyət göstərən Çin şirkət cərimələnib. Şirkətin inzibati xəta törətməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən müəyən edilib.
Musavat.com xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Hua Construction” MMC-nin nizamnamə kapitalı 50 min manat olaraq göstərilir.
MMC dövlət qeydiyyatına alınıdığı gündən nizamnamə kapitalı Mülki Məcəllədə nəzərdə tutulmuş müddət ərzində ödənilməyib. Buna görə də şirkət inzibati xəta törətmiş hesab olunub.
Məhkəmənin qərarı ilə qanuni təmsilçisi Çin Xalq Respublikasının vətəndaşı Chen Leilei olan MMC 2 min manat cərimələnib.
Qeyd edək ki, MMC ölkədə tikinti avandanlıqlarının satışını həyata keçirir.