"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

Zəngəzur dəhlizinə yaşıl işıq - Əbu-Dabi görüşü tarixi dönüş nöqtəsi ola bilər
Tarix: Dünən, 09:56 | Çap et

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında saatlarla davam edən görüş keçirildi. Nümayəndə heyətləri ilə görüşdən əlavə liderlər iki dəfə təkbətək görüşdülər. Çox konstruktiv mühitdə baş tutan görüşdə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparıldı. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edildi. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Qeyd olunub ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Əbu-Dabidə baş tutan görüş Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır. Bu görüş uzun illər beynəlxalq vasitəçilərin iştirakı ilə nəticəsiz qalan danışıqlardan fərqli olaraq, tərəflərin birbaşa iradəsi və məsuliyyəti əsasında irəliləyən, nəticə yönümlü formatın mümkünlüyünü ortaya qoyur. İkitərəfli birbaşa danışıqlar üçün Əbu-Dabinin seçilməsi təsadüf deyil. Ən əsası ona görə ki, BƏƏ-nin bu məsələdə heç bir marağı yoxdur, hər hansı tərəf rolunu oynamır, Azərbaycana dost ölkədir, Ermənistanla da yaxşı münasibətləri var. Əbu-Dabi görüşünü tarixi dönüş nöqtəsi adlandırmaq olar. Hər hansı vasitəçinin iştirakı olmadan baş tutan ikitərəfli təmas Azərbaycan tərəfinin illərdir irəli sürdüyü mövqeyin-sülhün regional çərçivədə, birbaşa və şəffaf dialoqla mümkün olmasının praktiki təsdiqidir. Bu görüş həm də region dövlətlərinin öz talelərinə sahiblənmək iradəsini göstərir. Azərbaycan öz milli maraqlarını yalnız özünün müəyyən etdiyi siyasi trayektoriya üzrə təmin edir və vasitəçilərin manipulyativ təsirini kənarlaşdıraraq, prosesi suveren iradəsi ilə formalaşdırır. Bu, həm də Ermənistan üçün açıq mesajdır: danışıqlar masasındakı qeyri-səmimi oyunlar dövrü başa çatıb. İndi real siyasətin və qarşılıqlı məsuliyyətin zamanıdır. Bu görüş bir daha sübut edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün üçüncü tərəflərin, xüsusilə də prosesi öz geosiyasi maraqları üçün alətə çevirən güclərin iştirakı zəruri deyil.

Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında 5 saata qədər davam edən Əbu-Dabi görüşünü sülh danışıqlarında irəliyə doğru addım kimi qiymətləndirmək olar. Ekspertə görə, bu, son dövrlər keçirilən əsas görüş idi:

"İki ölkə lideri son vaxtlar müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir araya gəlirdi ki, bu, təmasların davam etdirilməsi baxımından vacib olsa da, detallı müzakirələrin aparılması ən azı texniki baxımdan mümkün deyildi. Görüş geniş tərkibdə keçirildi: bu, sülh sazişinin bütün istiqamətlərinin müzakirə edildiyi və razılaşma imkanlarının tükənmədiyi deməkdir. Görüşdən çıxan nəticə: Bakı və İrəvanda problemlərin ikitərəfli formatda müzakirə edilməsi və həll yollarının tapılması üçün siyasi iradə mövcuddur. Tərəflərin görüşlə bağlı rəsmi açıqlamalarının fərqlənməməsi də diqqətçəkən məqamdır. Bu o deməkdir ki, ziddiyyətli məqamlardan daha çox, uzlaşma nöqtələri tapılıb. Ən önəmli məqam danışıqların vasitəçi olmadan – ikitərəfli formatda davam etdirilməsinə dair razılaşmadır. Razılaşmalara əsasən təmaslar davam etdiriləcək, lakin əsas məqam konkret məsələlər üzrə praktiki addımların atılıb-atılmayacağıdır. Bakı-İrəvan xəttində baş verənlər, xüsusilə regional proseslər fonunda müəyyən ehtimalları önə çıxır".

Analitik qeyd edib ki, regional kommunikasiyanın bərpası əsas ziddiyyətli məqam olsa da, hazırda tərəflər arasında mövqelərin yaxınlaşdığı müşahidə edilir:
"Rusiyanın dəhlizdə hərbi mövcudluğu hər iki tərəfdə qəbul edilmir, eləcə də Naxçıvana maneəsiz keçidin təmin edilməsində müəyyən razılaşma ehtimalları var. Əks təqdirdə, Bakı nəinki bu görüşü konstruktiv hesab etməzdi, ümumiyyətlə, Əbu-Dabiyə getməzdi. Əsas həll edilməli detal maneəsiz keçidin təhlükəsizliyinin necə qorunmasıdır. ABŞ qarant ölkə kimi çıxış etmək istəsə də, üçüncü qüvvələrin mövcudluğunun regionu qlobal mübarizə platformasına çevirdiyini nəzərə alsaq, Bakı və İrəvan bu məsələdə də ikitərəfli formatda həll yolunun tapılmasına çalışa bilər. Rəsmi məlumatda sərhədin delimitasiyası ilə bağlı dövlət komissiyalarına tapşırıqların verildiyi qeyd olunur. Bu, anklavlar məsələsində həll yollarının tapılması istiqamətində işlərin davam etdiriləcəyi gözləntisini yaradır. Tərəflər etimad mühitinin yaradılmasına razılaşıb. Parlamentlər, eləcə də ictimaiyyət nümayəndələri arasında müxtəlif təmasların daha intensiv şəkildə qurulmasının şahidi ola bilərik".

A.Nərimanlı vurğulayıb ki, Bakının iki əsas tələbi hələ də aktualdır:
"Ermənistan konstitusiyasını dəyişdirməlidir. İrəvan bunu qəbul edir, lakin bunun 2026-cı ildən tez olacağı ehtimalı azdır, xüsusilə Paşinyanın daxildəki “minaları” tam neytrallaşdıra bilməməsi fonunda.. ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması da mühümdür. Görüşün nəticəsi kimi qarşıdakı dövrdə Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin ediləcəyi istisna edilməyən məqamlardandır. Paşinyanın Ermənistan daxilində mövqelərini gücləndirmək istiqamətində atacağı addımlar və regionda maraqlı tərəflərin “zəif bənd” kimi gördüyü İrəvan üzərindən prosesə müdaxilə cəhdləri razılaşmaların icrasına, ümumilikdə hadisələrin inkişafına təsir edə biləcək amillərdir".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli də Sherg.az-a deyib ki, iki ölkə arasında davamlı sülhün əldə olunması, ilk növbədə, hər iki ölkənin və bütövlükdə, regionun strateji maraqlarına uyğundur:

"Regionda sülhün olmaması, hərbi-siyasi eskalasiyanın davam etməsi isə yalnız və yalnız bölgədə imperialist maraqları, təsir imkanları olan kənar güc mərkəzlərinin istəyidir. Bu baxımdan Ermənistan rəhbərliyi siyasi yetkinlik nümayiş etdirib Azərbaycanın haqlı sülh gündəliyini qəbul edərək ölkəmizlə sülhə nail olmalıdır. İndiki mərhələdə əsas gözləntimiz sülh müqaviləsinin imzalanması və regionda kommunikasiyaların açılması istiqamətində konkret addımların atılmasıdır. Bütün bunları və son zamanlar regionda, Ermənistan daxilində baş verən prosesləri nəzərə alanda, bu gün Əbu-Dabidə keçirilən görüşü tarixi əhəmiyyətli, vacib görüş hesab etmək olar".

Millət vəkili Ceyhun Məmmədov da bildirib ki, bu cür görüşlər regionda sülhün və sabitliyin bərqərar olunması baxımından strateji əhəmiyyət daşıyır. Deputat vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyi, suverenliyimizin və ərazi bütövlüyümüzün birmənalı şəkildə qorunması bu görüşdə bir daha nümayiş etdirildi:

"Cənab Prezidentin qətiyyətli və balanslaşdırılmış yanaşması həm bölgədə davamlı sülhün təmininə, həm də Ermənistanı real vəziyyəti qəbul etməyə vadar edən mühüm siyasi mesaj idi. Azərbaycan dövləti sülhə hazırdır, lakin heç bir halda suveren hüquqlarından geri çəkilmək niyyətində deyil. Sülh prosesinin sürətlənməsi üçün imkanlar var. Ermənistan sadəcə çalışmalıdır ki, bu imkanlardan istifadə etsin və prosesə müsbət töhfə versin. Ermənistan sülh üçün real addımlar atmadığı üçün sazişin imzalanmasını yubadır. Bütün hallarda belə görüş və danışıqların böyük əhəmiyyəti var. Gözləntimiz odur ki, İrəvan hökuməti real və doğru addımlar atacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru