Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                 

“Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" - Politoloq ŞƏRHİ
Tarix: 7-07-2025, 03:39 | Çap et

"Bakı-Moskva xəttində Rusiyadan qaynaqlanan gərginliyin arxasında regionda güc balansının dəyişməsi uğrunda mübarizənin dayandığı getdikcə daha da aydınlaşır".

Musavat.com bildirir ki, bu barədə politoloq Asif Nərimanlı deyib.

Politoloq qeyd edir ki, Regionda Azərbaycan, Türkiyə və Ermənistan üçbucağının formalaşması perspektivləri yaranıb və II Qarabağ müharibəsindən sonra bölgədə itirdiyi tarixi rıçaqlarını tranzit xətlərində – Zəngəzur dəhlizində hərbi mövcudluğa nail olmaqla saxlamağa çalışan Rusiya kənarda qalır:

"Bu, Rusiya üçün həlledici məqamdır, çünki müharibədən sonra Qarabağa daxil etdiyi qoşunlarını da məhz regionu itirmək təhlükəsinə görə çıxarmışdı, əvəzində Avrasiyanın nəqliyyat şəbəkəsində, xüsusilə Orta dəhlizdə nəzarət payına sahibi olmağı hesablayırdı. Hərçənd, Bakı-Ankara-İrəvan xəttində ehtimal olunan anlaşma regionda daşların yerini tamamilə dəyişir və Moskvanın Ukrayna müharibəsinə görə uzaqlaşdığı prosesə ABŞ-la danışıqların başlanmasından sonra yaranan qayıtmaq imkanlarının önünü kəsir. “Karnegi” fondunun yazdıqları da bunu təsdiq edir və məlum olur ki, Azərbaycan, Türkiyə və Ermənistan anlaşmasının əsas dəstəkçisi ABŞ-dır.

Yekaterinburq hücumu Rusiyanın kənarda qalacağı regional plana qarşı Moskvanın “müharibə elanı” idi və eyni təzyiq aktının hədəfində Bakı ilə yanaşı, İrəvan da var. Bu kontekstdə qarşıdurmanın tezliklə səngiməyəcəyi, regionda uzunmüddətli mübarizənin başlandığı görünür.

Və burada Azərbaycan cəmiyyətində narahatlıqla müzakirə olunan əsas sual aktullaşır: Moskva Bakıya qarşı hansı rıçaqlardan istifadə edə bilər?

Ən böyük rıçaq – Qarabağ kartının artıq mövcud olmaması Rusiyanın əlini kifayət qədər zəiflədib. Türkiyə qalxanı Gürcüstan və Ukrayna ssenarisinin Azərbaycana qarşı işə salınmasını da mümkünsüz edir. Bu halda Moskvanın kartlarını hazırda işə saldığı “azərbaycanlılarla hücum”la yanaşı, bir neçə istiqamətdə dəyərləndirmək olar.

1. İnformasiya təxribatı: media və siyasətçilərin xorunda kampaniyaya aparılsa da, effektsizdir: istisna deyil ki, Azərbaycan cəmiyyətində “sensasion” kimi qarşılana bilən feyk-nyusların tirajlanmasına da start verilsin;
2. Kiberhücumların edilməsi: daha öncə də bu taktikadan istifadə edilib;
3. Azərbaycanlılara yaratdıqları problemlərin günahkarı kimi Bakını göstərə, soydaşlarımız arasında narazılığın yaradılması cəhdləri edə bilərlər;
4. Klassik “etnik kart”dan istifadə istisna edilməməlidir"

Politoloqun fikrincə, Rusiya aqressiyasından qaynaqlanan digər təxribatlar törədilə bilər:

"Lakin Moskva bunlarla ciddi nəticə əldə edə bilməyəcəyini anlayır. Onu da anlayır ki, Bakı bu prosesdə güclü halqadır və belə bir qarşıdurma onu regionda çıxılmaz vəziyyətə sala bilər. Rusiyadan “problemlərin həll yollarının tapılması” cəhdləri də göstərir ki, Azərbaycanla müzakirə kanallarını bağlamaq istəmirlər.

Bu halda Rusiyanın iki mümkün variantı qalır. Birincisi, Zəngəzur dəhlizinə “sponsorluq” etmək istəyən ABŞ-la razılaşmaqdır, lakin bu, mürəkkəb görünür:

- Orta dəhliz Vaşinqton üçün əsas rəqib kimi gördüyü Çinlə mübarizədə strateji coğrafiyadır;
- regionda Rusiyasız tranzit xətlərinin yaradılması Moskva-Pekin ittifaqını gücləndirə bilər ki, bu ABŞ-a sərf etmir;
- tranzit xətlərinə Rusiyanın nəzarətinin tanınması isə bölgədə güc balansını rusların xeyrinə dəyişdirə, həm də Vaşinqton-Moskva danışıqlarında ikincinin əlini gücləndirə bilər;
- Rusiyanın ABŞ-la “anlaşma imkanları” da çox deyil, Vaşinqton Cənubi Qafqazda Moskvaya güzəştə gedərsə, Ukraynada güzəşt istəyəcək ki, Kreml bunu “qazanclı” hesab etmir;

Bu baxımdan, Rusiyanın çoxkombinasiyalı olan bu variant üzərində dayanacağı ehtimalı azdır.

İkinci variant daha real görünür: Ermənistanda nəzarəti bərpa etmək və prosesə buradan müdaxilə etmək.

Moskvanın Bakı ilə yanaşı, İrəvana hücumları da bundan qaynaqlanır. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan zəif bənddir və Rusiya məsələni burada həll etməyə çalışacaq, bu isə hadisələrin hakimiyyət çevrilişinə qədər inkişaf edə biləcəyini vəd edir".

Asif Nərimanlı həmçinin qeyd edir ki, regionda kommunikasiyanın Rusiyasız açılması ən azı texniki baxımdan mümkün deyil:

"Çünki plan çoxşaxəli tranzit xətlərinin birləşdirilməsidir və bura həm Tehran, həm Moskvanın iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi də daxildir; mübarizə Rusiyanı regional kommunikasiyadan kənarda qoymaq uğrunda yox, Zəngəzur dəhlizinə nəzarət uğrunda gedir;

Rusiya dəhlizdə təhlükəsizliyin rus qoşunları tərəfindən təmin edilməsini istəyir, Qərb və Ermənistan əvvəldən buna qarşı çıxır. Azərbaycan daha öncə Rusiyanın iştirakını dəstəkləyirdisə, indi alternativ variantlara açıq mövqe sərgiləyir. Bu, Azərbaycanın Rusiyaya qarşı cəbhədə yer almasından daha çox, Zəngəzur dəhlizi – Naxçıvana çıxışın əldə edilməsi məsələsini “ölü nöqtədən” tərpətmək gedişi kimi görünür. Və hər iki halda Bakı istəyinə - Naxçıvana çıxış imkanına nail olacaq:

- Rusiya bu mübarizədən “sağ çıxacaq”sa və dəhlizə nəzarət payı əldə edəcəksə, Naxçıvana maneəsiz keçid artıq praktiki olaraq mövcud olmayan 10 noyabr bəyanatının 9-cu bəndinə bənzər formada təmin edilə bilər;
- Rusiya məğlub olacaqsa və ABŞ-ın planı önə çıxacaqsa, Naxçıvana maneəsiz keçid (daha öncə yazdığımız kimi) “Azərbaycandan Azərbaycana prinsipi”, yaxud de-fakto dəhliz olacaq digər variantlar üzrə reallaşa bilər.

Azərbaycan iki cəbhə arasında yekunda qazanacağı oyunu qurur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Bu gün, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Bu gün, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Bu gün, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru