Abşeron rayonu Məhəmmədi qəsəbəsində növbəti qanunsuz tikinti işləri aparılır.
Qanunsuz tikintilərlə bağlı mütəmadi,mətbuatda və sosial platformalarda xəbərlər dərc olunmaqdadır. Cavabdeh qurumlar qanunsuz tikintilərlə mübarizə aparılmasına baxmayaraq bəzi hallarda belə tikintiləri məmurlar himayə edir və qeyri-rəsmi “icazə”si verilir.
XALQ xəbər verir ki, bu qanunsuz tikintini Namiq Məmmədov adlı şəxs öz briqadası ilə icra edir. Belə ki, bir müddtə öncə “AAAF” Park ərazisizndə də qanunsuz tikinti işləri aparılmışdır.
Bəs görəsən hansı səlahiyyətli məmur belə qanunsuz tikintini aparılmasına icazə verib, və Namiq Məmmədova yaşıl işıq yandırıb?
Məsələ ilə bağlı Abşeron rayonu icra hakimiyyətindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən münasibət öyrənmək mümkün olmadı.
Qurumların və iş icracısının açıqlamasını dərc etməyə hazırıq.
Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik: