“VVAFT Coffee” Məhdud Məsuliyyətli Cəmiyyətinə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az-ın məlumatına görə, bu barədə Operativ vergi nəzarəti çərçivəsində tərtib olunmuş akta əsasən qərar verilib.
Qeyd edək ki, “VVAFT Coffee” MMC-nin qanuni təmsilçisi SAEID NAKHJAVANI-dır. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Əldə etdiyimiz məlumata görə, SAEID NAKHJAVANI bundan əvvəl uzun müddət “Baku Electronics” mağazalar şəbəkəsində general menecer vəzifəsində çalışıb.