Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                 

"Zorla adamın boynuna qoymaq istəyirlər ki..." - “Vopşe”, “tak şto”, “znaçit”, “kakraz”... məsələsi...
Tarix: 27-05-2025, 06:44 | Çap et

“Vopşe”, “tak şto”, “znaçit”, “kakraz” və s. Dilimizə keçən və bu gün də işlənən on minlərlə belə sözlər var. Bu cür sözlərdən ibarət ayrıca bir lüğət yaradılmalı və prosesin səbəbləri təhlil olunmalıdır”.

Akademik Nizami Cəfərov TNS-ə açıqlamasında belə deyib.

Nizami Cəfərov bu cür sözlərin dilimizin lüğət tərkibinə daxil edilməsi ilə bağlı fikirlərinin geniş müzakirə olunmasına, haqqında xoşagəlməz fikirlər səsləndirilməsinə də münasibət bildirib.

O, bəzilərinin məsələnin mahiyyətini qəsdlə dolaşdırdığını da vurğulayıb: “Görünür, bəzi adamlar mənim dediklərimi ya oxumayıb, ya da oxuyub qəsdlə dolaşdırır. Yəqin nəyəsə lazımdır. Mən ayrı söz demişəm, bəziləri ayrı bir şeydən danışır. Bu hal bizim cəmiyyətimiz üçün elə də qeyri-adi vəziyyət deyil. Əslində, reallıq nədən ibarətdir? Mənə süni zəka və dil məsələləri ilə bağlı sual verilib. Suala izah verəndə demişəm ki, danışıq dilimizdə işlənən xeyli sözlər var və həmin sözlər hərdən yazıya, bədii ədəbiyyatın dilinə də keçir. Həmin sözlərdən də bir neçəsini saymışam. Mənim hesablamama görə on minlərlə belə söz var. Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra bu sözlər rus dilindən müxtəlif forma və vəziyyətlərdə dilimizə keçib. Həm də cəmiyyətin müxtəlif təbəqələrinin dilinə keçib. Onların arasında ziyalılar, eyni zamanda heç zaman bir kitab açmayan insanlar da var. Belə sözlər Bakıdan başlamış ən ucqar rayonlarımıza qədər yayılıb”.

Akademik qeyd edib ki, bu cür sözlərin tədricən dilimizdən çıxma ehtimalı da çox güclüdür: “Yeni nəsillər gəldikcə güman edirik ki, 30-40 ilə bu sözlər dilimizdən çıxacaq. Amma, hamısı çıxan deyil. Bu sözlərin bəzilərinin Azərbaycan dilində qarşılığı yoxdur. Bəzilərinin qarşılığı yazılı dildə var, amma şifahi dildə o sözlər yazılı dilin təzyiqinə məruz qala bilmir. Adətən dil ədəbiləşdikcə yazılı dili daha çox təqlid etməyə başlayır. Amma burada vəziyyət bir az mürəkkəbdir. Heç kim, danışıqda əgər xüsusi məcburiyyət hiss etmirsə “ümmumiyyətlə”, “belə ki” demir, yaxud “kakraz” əvəzinə başqa söz işlətmir. Hətta məni tənqid edənlər özləri danışa-danışa birinci yemək mənasında “pervı” sözü işlədirlər. “Birinci yemək” özü də çox süni sözdür. Amma “pervı” geniş yayılıb. Başqa bir misala baxaq.

-Sən harada qalırsan? Evin varmı? Cavab verir ki, yox, evim yoxdur “kvartirant” qalıram, yaxud “kvartirada” qalıram. “Kvartirantı” başa düşmək olar. Amma, “kvartirada” qalıram, yaxud “kvartira” tutmuşam düz olmur. “Kvartiranın” mənzil sözündən məğzi fərqlidir”.

Akademikin sözlərinə görə, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı kimi qələm sahibi olmuş mütəfəkkirlərimiz də bu cür sözlərdən istifadə edib: “Zakon”, “naçalnik”, “silist”, “obrazovonnı”, “subutalni-dokumentalni” kimi sözlər bu günə qədər ədəbiyyatımızın dilində müəyyən üslubi çalarla işlənir. Bu sözlər azərbaycanlının beynində, şifahi nitqində özünə yer tutub. Bəzən bunlara “parazit sözlər” də deyirlər. Amma nə etmək olar. Parazit də bir canlı məfhumdur. O baxımdan bu cür sözlər də dilin canlı hadisəsidir.

Mənim dediyim isə odur ki, bu sözlərin lüğəti hazırlanmalıdır. Biz bu cür sözlərin sayının nə qədər olduğunu bilməliyik. Bu sözlərin ədəbi dildə qarşılığı nədən ibarətdir, hər birinin qarşılığı var, ya yox. Qarşılıqların içində sinonimlik varmı? Nə üçün bunlar bizim şifahi dilimizdə 200 ildir ki, çoxala-çoxala gedir? Bu, psixoloji, ya sosioloji hadisədir? Bu sözlərin dilimizdə mövcudluğu xüsusi təzyiqdənmi qaynaqlanır, yoxsa özümüzün də bu sözləri yaşatmaqda, istifadə etməkdə hansısa daxili ehtiyacımız var? Deməli, işlənən sözün dilimizdə olan yazılı qarşılığı bizim beynimizdə mükəmməl yer tutmur. Yeri möhkəm olsaydı, onun yerinə rus sözü gəlməzdi. O qrammatik əlamətin yerinə rus qrammatikası gəlməzdi. Biri var biz deyək ki, bu sözlər bizim dilimizə nahaq gəlib. Nahaq gəldiyinə görə də, bizim acığımız tutur, heç öyrənmirik də. Amma, dünyada belə olmur. 200 ildir danışıq dilində mövcud olan bir hadisə öyrənilməsin? Axı bu sözlər həm geniş işlənir, yayılıb, həm də yazı dilimizə keçib. Üslub elementi olaraq keçir. Biz bundan üslubi estetik zövq alırıq. “Subutalni-dokumentalni” deyəndə camaat bundan zövq alır.

Süni intellekt məsələsinin müzakirə olunduğu bir vaxtda bu cür alınma sözlər öyrənilməli, araşdırılmalıdır və cəmiyyət bununla bağlı maariflənməlidir. İnsanlar bu sözlərin necə ortaya çıxdığını, nə üçün işlədildiyini bilməlidir. Yəni, hansı vəziyyət bu sözləri yaradır və şifahi nitqimizdə saxlayır?”.

Orfoqrafiya lüğətinin öz missiyası olduğunu deyən Nizami Cəfərov işlətdiyi fikrin nadan dilinə düşməsindən danışıb: “İndi orfoqrafiyanın bura nə dəxli var, mən bunu başa düşə bilmirəm. Fikir hanısa bir nadanın dilinə düşüb. Guya bu sözlərin lüğəti hazırlanmalıdır açıqlaması, o deməkdir ki, bu sözlər orfoqrafiya lüğətinə daxil edilməlidir. Heç bu işin o işə dəxli var? Zorla adamın boynuna qoymaq istəyirlər ki, guya mən bu sözlərin lüğətə daxil olunmasını irəli sürmüşəm. Yəni, burda da orfoqrafiya lüğətini nəzərdə tutmuşam. Və bunu da belə demişəmsə, guya mən “Rusiyanın şpionuyam”. Bunu deyənlər bu “şpion” sözünü çox rahat şəkildə işlədirlər. Bizim cəmiyyətmizdə belə qəribə məsuliyyətsizlik var”.

Akademik vurğulayıb ki, az-çox oxumuş, orta məktəbi 3-4 qiymətlərlə bitirmiş adam şifahi dildə olan bu cür sözlərin orfoqrafiya lüğətinə daxil edilmədiyini bilməlidir: “Məlum oldu ki, bizim oxuyub-yazmayanlar öz yerində, çox belə möhkəm oxuyub-yazanlarımız da elə bilir ki, Azərbaycan dilinin cəmi bir lüğəti var, o da orfoqrafiya lüğətidir. Axı dilimizin onlarla lüğəti var. Bu lüğətlər də bir-birindən fərqlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Bu gün, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Bu gün, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Bu gün, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru