Rusiya tərəfindən Ukraynada gedən döyüşlərə qatılan 58 yaşlı Müşfiq Hüseynəliyev itkin düşüb.
"DİA-AZ" Teleqraf-a istinadən xəbər verir ki, yaxınları və dostları onunla sonuncu dəfə 2024-cü ilin oktyabr ayında danışıblar.
O tarixdən bu yana heç bir xəbər yoxdur. Məlumat üçün bildirək ki, M.Hüseynəliyev iki uşaq atasıdır.