"Sizlərə "Kontakt Home"la yaşadığım problemin nəticəsi barədə məlumat vermək istəyirəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Emil adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bunları əlavə edir: "İlk ondan başlayım ki, rəsmi zəmanətsiz , sadəcə servis zəmanəti ilə aldığım 1344.79 manat dəyərində "Samsung" markalı televizor... 3 aydan sonra ekran aralanıb üstümə gəldi və "Kontakt Home" la uzun sürən söz-söhbətlərdən sonra nəticə olaraq mənim hüquqlarım kobud şəkildə pozuldu.
Azərbaycan vətəndaşı olaraq öz ölkəmdə "Kontakt Home" tərəfindən edilən qanun pozuntusu nəticəsində həm maddi həm mənəvi ziyana uğradım.
Məni belə bir xoşagəlməz və biabırçı vəziyyətə salan "Kontakt Home"u isə sadəcə Allaha tapşırdım və etdiyim hər ödənişin qəpiyinə qədər hallalığın vermirəm.
Burdan hamıya məsləhət görürəm ki, qeyd etdiyim şəbəkədən məhsul alanda 100 dəfə düşünsünlər, araşdırsınlar, çünkü məhsulda problem çıxsa, sizi yola verəcəklər... nəticə olaraq ziyana düşən müştəri olacaq.
Çox peşmanam ki, "Kontakt Home"dan məhsul aldım ..."