Türkiyəli məşhur yutuber, serial və film tənqidçisi Murat Soner Bakıya gəlib.
Axşam.az xəbər verir ki, o, şəhərin müxtəlif məkanlarında olmaqla yanaşı, yerli televiziyada yayımlanan proqramları və serialları da analiz edib.
Murat bildirib ki, keçirdiyi sorğu zamanı ona bir yaxşı, bir də bəyənilməyən ekran işi nümunə göstəriblər. O, "Vicdan haqqı" serialının adını eşidən sakinlərin reaksiyasından təəccübləndiyini vurğulayıb:
"Azərbaycanda "Vicdan haqqı" adlı serialın adını çəkəndə hamı üzünü bağlayır. Çox qəribədir. İzləməyim üçünsə "Əqrəb mövsümünü" tövsiyə etdilər".
Tənqidçi yerli serialların keyfiyyətsiz çəkildiyini əlavə edib:
"Reklamlar çox keyfiyyətlidir. Amma serialları elə bil telefonla çəkiblər".