Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                     Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir .....                 

"Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" - deputat
Tarix: 19-05-2025, 05:58 | Çap et

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilən sammitdə iştirakı və burada Avropa İttifaqının rəhbər şəxsləri, eləcə də bir sıra Avropa ölkələrinin liderləri ilə keçirdiyi ikitərəfli görüşlər ölkəmizin beynəlxalq nüfuzunun və regional əhəmiyyətinin növbəti dəfə təsdiqi oldu. Bu səfər həm Azərbaycanın geosiyasi rolunu, həm də enerji və nəqliyyat sahələrində artan əhəmiyyətini üzə çıxardı. Bir neçə il öncəyə qədər Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərdə müəyyən gərginliklər və haqsız yanaşmalar müşahidə olunurdu. Aİ-nin əvvəlki administrasiyaları tərəfindən Azərbaycanın suverenliyinə və daxili işlərinə münasibətdə qeyri-obyektiv mövqe tutulmuşdu ki, bu da münasibətlərin gələcəyi ilə bağlı bəzi suallar doğururdu. Lakin Azərbaycan dövləti bu məsələlərə qarşı qətiyyətli, prinsipial və ardıcıl yanaşma sərgilədi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət, Azərbaycanın milli maraqlarını açıq şəkildə müdafiə etməsi və beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış etməsi nəticəsində bu gərginliklər aradan qalxdı. Aİ-nin mövcud rəhbərliyi ilə dialoqların intensivləşməsi və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi münasibətləri yeni müstəviyə daşıdı. Bu gün Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da siyasi, geosiyasi, enerji və nəqliyyat sahələrində mühüm aktora çevrilib. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rol Avropa ölkələri üçün həyati əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan qlobal səviyyədə sabitliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasında önəmli iştirakçıdır. Beləliklə, Azərbaycan artıq dünya tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur və bu statusunu möhkəmləndirməkdə davam edir.

Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Tirana şəhərinə səfəri və bu çərçivədə Avropa ölkələrinin liderləri ilə keçirilən çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir: 

"Tirana sammitinin əsas gündəm mövzusu enerji təhlükəsizliyi ilə bağlı olub. Bu səbəbdən Prezident İlham Əliyev bu tədbirdə iştirak etməyi məqsədəuyğun hesab edib. Qeyd edək ki, Qranada sammitindən sonra Azərbaycan tərəfi bu tipli tədbirlərə selektiv yanaşma sərgiləyirdi. Tirana sammitinə qatılmaqla Prezident İlham Əliyev Azərbaycanın enerji gündəmində nə qədər mühüm rol oynadığını, Avropanın enerji təhlükəsizliyində ölkəmizin əvəzolunmaz tərəfdaş olduğunu bir daha ortaya qoydu. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanın Aİ üçün "vacib və etibarlı tərəfdaş" kimi tanınması, enerji böhranı dövründə Azərbaycanın verdiyi dəstəyin yüksək qiymətləndirilməsi, həmçinin Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında və Orta Dəhlizin inkişafında Azərbaycanın aparıcı rolunun etiraf olunması olduqca mühüm siyasi siqnaldır. Bu, Azərbaycanın beynəlxalq miqyasda yürütdüyü müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətin konkret nəticəsidir. Bilirsiniz ki, yeni dünya düzənində nəqliyyat və kommunikasiya xətləri uğrunda gedən rəqabət fonunda Azərbaycanın mövqeyi daha da güclənməkdədir. Orta Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsi bütövlükdə dövlətimizin nəzarəti altındadır və bu infrastruktur heç bir xarici maliyyə dəstəyi olmadan, tamamilə Azərbaycanın öz vəsaiti hesabına reallaşdırılıb. Bu fakt Azərbaycanın iqtisadi müstəqilliyinin və strateji planlaşdırma bacarığının real təzahürüdür".

S. Alıyevin sözlərinə görə, Prezident İlham Əliyevin Tirana sammiti çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər təkcə rəsmi xarakter daşımayıb, həm də qarşılıqlı maraqlara və əməkdaşlıq perspektivlərinə əsaslanan siyasi dialoqların platformasına çevrilib:

"Bu görüşlər Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa verdiyi yüksək əhəmiyyəti və marağı göstərdi. Enerji təhlükəsizliyi, “yaşıl enerji” keçidi, nəqliyyat marşrutları və iqtisadi layihələr üzrə geniş miqyaslı əməkdaşlıq təşəbbüsləri Azərbaycanı Avropa üçün əvəzolunmaz strateji tərəfdaş statusuna yüksəldib.Eyni zamanda, bu diplomatik fəallıq Cənubi Qafqaz regionunda Azərbaycanın lider mövqeyini, sülh və sabitlik təşəbbüslərindəki aparıcı rolunu bir daha təsdiqlədi. Avropa ölkələrinin Azərbaycanın regional layihələrinə maraq göstərməsi və fəal iştirak arzusunu ifadə etməsi də bunu sübut edir. Uzun illər ərzində Ermənistan Aİ ilə münasibətlərdə özünü yeganə tərəfdaş kimi göstərməyə çalışıb, Azərbaycanı bu platformalardan təcrid etmək niyyətində olub. Təəssüf ki, bu yanaşmanı dəstəkləyən müəyyən Aİ dairələri də mövcud idi. Lakin Prezident İlham Əliyevin milli maraqlara söykənən prinsipial və balanslaşdırılmış siyasəti bu cəhdlərin uğursuzluğa düçar olmasına gətirib çıxardı. Azərbaycanın enerji, nəqliyyat və geosiyasi sahələrdə artan əhəmiyyəti Aİ üçün strateji tərəfdaşlıq modelini yenidən formalaşdırdı. Bu gün Aİ-Azərbaycan münasibətləri təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi, enerji və nəqliyyat sferalarında dərinləşən və qarşılıqlı inam üzərində qurulan əməkdaşlıq formatına keçib. Bu münasibətlərin hazırkı vəziyyəti Azərbaycanın regionda və dünyada güclənən mövqeyini, beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu və müstəqil diplomatiyasının uğurla nəticələndiyini açıq şəkildə nümayiş etdirir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Dünən, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Dünən, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Dünən, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Dünən, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Dünən, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Dünən, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Dünən, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Dünən, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Dünən, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Dünən, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 15:15
Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb - ŞƏRH
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru