Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı .....                     Daha bir icra hakimiyyətində əməliyyat .....                     Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq .....                     Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ .....                     Zaqatala sakinini döyüb öldürən .....                     Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe .....                     Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" .....                     Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər .....                     "Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" .....                     AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi .....                     “DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” .....                     Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq .....                     GDU nəzdində Regional Kollecdə nə baş verir? .....                     “Ermənistanda vətəndaş qarşıdurması olacaq” .....                     Xalq artisti "Şən gənc"dən niyə getdi? .....                     GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... .....                     “Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” .....                     Nazir hamilə arvadının şəklini paylaşdı .....                     Ermənilər sərhəddə bunkerlər tikirlər .....                     ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib .....                     “Əgər referendum keçirilsəydi, çox riskli olardı” .....                     Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş .....                     Bakı razılaşmaları praktiki müstəviyə köçürür .....                     “Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” .....                     Sabah bəzi yerlərə yağış yağacaq .....                     Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib .....                     Müştəri taksidən düşmək istəmədi .....                     Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü .....                     G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək .....                     Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? .....                     Paşinyana ağır ittiham .....                     Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi .....                     Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı .....                     Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı .....                     Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib .....                     Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı .....                     Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? .....                     Gürcüstan Avronest PA-da iştirakını dayandırıb .....                     Donald Trampın oğlu Ermənistana səfər edəcək .....                     “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” .....                 

İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Tarix: 15-05-2025, 09:58 | Çap et
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA
Xəbər verildiyi kimi, 9 may günü İmişlidə rus-sovet simvollarını açıq şəkildə təbliğ edən Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin qərarı ilə rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən və qurumun üzvlüyündən azad edilib. Qərarda bununla bağlı deyilir:

“İdarə heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib”.

S.Səmədovun bioqrafiyasından görünür ki, o həm də 1993-cü ildən YAP-ın üzvüdür. O, vaxtilə partiyanın rayon təşkilatının “Energetik” ərazi partiya təşkilatının sədri vəzifəsində çalışıb.

Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb. “Unikal”ın əldə etdiyi məlumata görə, Saleh Səmədovun İmişlidə “Kral Saray” adlı şadlıq sarayı, “Kral” çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli “Rolls-Royce” ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, marketi, restoranları və tikinti şirkətinin olduğu deyilir. Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləlikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub. Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat İdarəsində fəhlə kimi işləyən Saleh Səmədov çox keçmədən müxtəlif məsul vəzifələrdə işləyib.

Sonra o, özəl sektorda fəaliyyət göstərib, ard-arda müəsisələr, firmalar təsis edib. 2024-cü ilin aprel ayının sonlarında Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli rayon Ağsaqqallar Şurasının inzibati binasında sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun 9 may günü ilə bağlı çıxışında sinəsinə “Georgi lenti”ni heç də təsadüfən taxmadığından xəbər verir.

Həmçinin araşdırmamız zamanı məlum olub ki, mayın 9-da Sarıxanlı kəndində keçirilən tədbir zamanı müharibə qurbanlarına həsr olunmuş kompleksin üzərində SSRİ bayraqları çox olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə qarşı müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında dələduzluq edib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd olunduğu kimi, artıq Saleh Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri və Ağsaqqqlar Şurasının üzvlüyündən çıxarılıb. Bəs bu qalmaqala səbəb olmuş şəxs üzvü olduğuYAP-dan da xaric ediləcəkmi?

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov bildirdi ki, bu hadisənin cəmiyyətdə birmənalı qarşılanmamasının motivlərini başa düşmək olar: “İmişlidə baş verən bu hadisəni pisləyirəm. Əvvəla, Sovet İttifaqı yoxdur. Onun bərpası mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin də çıxışlarından birində Sovet İttifaqının dağlmasının əleyhinə olduğunu, lakin daha onun bərpa olunmasının qeyri-mümkünlüyünü dilə gətirib. Belə bir reallıq şəraitində İmişlidə Ağsaqqallar Şurasının sədrinin sovet bayrağı qaldırması, ”Georgi lenti"ni taxması anlaşılan deyil. İmişlidə belə bir hadisənin baş verməsi çoxlu suallar, təəccüb və təəssüf doğurur. Bu nə deməkdir, hadisəni necə izah etmək olar? İmişlidə, eləcə də respublikamızın heç bir yerində SSRİ ilə bağlı nostalji hisslər yoxdur. Ümumiyyətlə, yeni nəsil yetişir, onlar da Sovet İttifaqı ilə bağlı ancaq kitablardan nəsə oxuyublar. Belə olan halda müstəqillik ən böyük nemətdir. İndi kimlərsə, görünür, müstəqilliyin əleyhinədir. Onlar bunu belə əməlləri ilə isbatlamaq istəyirlər. Bunu pisləyirik, qəbuledilməz yanaşmadır. Hesab edirəm ki, İmişli camaatı da birmənalı olaraq bunun əleyhinədir. Qoy, ilk növbədə belə bir addımı atan, özünü Ağsaqqallar Şurasının sədri kimi təqdim edən şəxs “bununla SSRİ ilə bağlı nostalgiya yaşayır?”, yoxsa “müstəqilliyin əleyhinədir?” suallarına cavab versin. Məsələyə Təftiş Komissiyası tərəfindən qiymət verilə bilər. Onun jurnalistlərin suallarına verdiyi cavabları da təəccüb və təəssüf doğurur".

Deputat qeyd etdi ki, o şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Bundan sonra digər siyasi addımların atılması düzgün olar: “Mən də Təftiş Komissiyasının üzvüyəm. Biz partiya daxilində qanunazidd əməllər baş verdikdə öz mövqeyimizi ifadə edirik. İstisna deyil ki, məsələyə Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarından olan Təftiş Komissiyası qiymət verə bilər”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
Dünən, 23:39
Daha bir icra hakimiyyətində əməliyyat – o da həbs edildi
Dünən, 23:10
Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
Dünən, 18:11
Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ - TƏFƏRRÜAT
Dünən, 18:00
Zaqatala sakinini döyüb öldürən daha bir nəfər SAXLANILDI
Dünən, 17:48
Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe - Bəlkə, FHN-ə hücum edək?
Dünən, 17:46
Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" - Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir
Dünən, 17:42
Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər - MƏNHUS SİYASƏT
Dünən, 16:51
"Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:48
AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:40
“DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” - ÇÜNKİ...
Dünən, 14:05
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...
Dünən, 14:03
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur..
Dünən, 13:58
“Ermənistanda vətəndaş qarşıdurması olacaq”
Dünən, 13:33
Xalq artisti "Şən gənc"dən niyə getdi?
Dünən, 13:32
GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... - SAB HEYRƏTLƏNDİRİR...
Dünən, 13:29
“Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” - KİV
Dünən, 13:21
Nazir hamilə arvadının şəklini paylaşdı - Tənqid olundu
Dünən, 13:20
Ermənilər sərhəddə bunkerlər tikirlər - Orduya yeni silahlar verildi
Dünən, 13:15
ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib
Dünən, 13:05
“Əgər referendum keçirilsəydi, çox riskli olardı” - MÜSAHİBƏ
Dünən, 13:03
Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş - QALİB
Dünən, 13:01
Bakı razılaşmaları praktiki müstəviyə köçürür - ŞƏRH
Dünən, 12:55
“Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” – Qurbanov
Dünən, 12:50
Sabah bəzi yerlərə yağış yağacaq - belə deyirlər...
Dünən, 12:47
Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO
Dünən, 12:46
Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü
Dünən, 12:43
Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü - TƏFƏRRÜAT
Dünən, 12:41
G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək
Dünən, 12:36
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? - "...təzə nazirin danlağının dozası çox olub"
Dünən, 12:34
Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır
Dünən, 11:48
Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi - Bu qədər cəza gözləyir
Dünən, 11:38
Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:27
Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 11:14
Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib
Dünən, 11:05
Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Dünən, 11:03
Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Dünən, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Dünən, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Dünən, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Dünən, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Dünən, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Dünən, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Dünən, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Dünən, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Dünən, 10:14
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Dünən, 10:01
“İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Dünən, 09:54
Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Dünən, 09:51
Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Dünən, 09:38
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Dünən, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru