
Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkilib.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC məlumat yayıb.
"ASCO-nun həm Dəniz Nəqliyyatı, həm də Xəzər Dəniz Neft Donanmasına məxsus gəmiləri hava şəraiti ilə əlaqədar lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar", - məlumatda deyilir.
"DİA-AZ" xatırladır ki, bəzi mədənlərin neftçiləri havaların pisləşməsi səbəbindən növbədəyişim edə bilməyib.



