Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
 Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. "Baku TV"-nin efirində “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir”- deyən kinorejissor ictimaiyyətin tənqidinə tuş gəlib. Sözügedən məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən Şair Aqşin Yenisey bildirib ki, “Rus dili" kərənayını çalan adamların çoxu yaşı 60-ı ötənlərdir:
“Həyatda qazandıqları hər şeyə görə bu dilə borcludurlar. Bu dildə Azərbaycanın nələr itirdiyi onları maraqlandırmır. Başadüşüləndir. Çünki bu dil azərbaycanlılara elə buna görə öyrədilib; şəxsi mənafeyini təmin etsin, milli mənafeyini unutsun. Azərbaycan dilinin məişət dili səviyyəsində, folklorik məzmunda ilişib qalmasının səbəbi rus dilinə yaradılan ideoloji şəraitdir. Ağır çəkili ziyalımız deyir ki, rus dili olmasaydı, mən adam olmayacaqdım. Anlamır ki, rus dili onu millət ola bilməsin deyə adam edib. Belə çıxır ki, ana dilimizdə adam olmaq mümkün deyil. Ona görə mümkün deyil ki, ana dilinin vətəndaş qarşısında daşımalı olduğu bütün intellektual öhdəliklər düşünülmüş şəkildə rus dilinin üzərinə qoyulub. Eyni intellektual öhdəliklər erməni dilinin də üzərinə qoyulub bizə təqdim olunsaydı, o ziyalı indi onu adam etdiyinə görə erməni diliylə qürur duyacaqdı”.
Şair hesab edir ki, nə qədər ki, Azərbaycanda rusdilli məktəblər olacaq, Azərbaycan dili zənginləşməyəcək. Ölü olmasa da, ölüvay bir dil olaraq qalacaq. Çünki millət yox, adam olmaq istəyənlər rus dilinin yaratdığı milli tənbəllikdən faydalanacaqlar. Eynən cəmiyyət qurmaq zəhmətinə qatlanmaqdansa, hazır qurulmuş cəmiyyətlərə köçüb faydalanmaq istəyənlərimiz kimi.
Ayaz Salayevin məlum çıxışını təəssüf hissi ilə izlədiyini vurğulayan siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında deyib ki, rusdillilərin türk dili fobiyası imperiya təfəkkürünün bariz nümunəsidir:
“Bir sənət adamı kimi ona böyük hörmətim var idi. Həqiqətən də, öz sahəsinin peşəkarıdır. Onun öz sahəsində apardığı maarifləndirmə işlərini də yüksək qiymətləndirirəm, lakin sözügedən efirdə türk dilini rus dilindən daha təhlükəli hesab etməsi ziyalı mövqeyi deyil. Hörmətli Xalq şairimiz Sabir Rüstəmxanlı elə efirdə Ayaz Salayevə uyğun cavab verdi. Onun sərgilədiyi bu mövqe özünü rus təfəkkürünə təslim etməsinin bariz nümunəsidir. Ayaz Salayevin bu çıxışı bir daha sübut elədi ki, bizim dəfələrlə həyəcan təbili çaldığımız, haqqında danışdığımız təhlükə realdır. Rusdilli məktəblərdə oxuyan insanlar özləri də bilmədən rus düşüncəsinin, rus təfəkkürünün təsiri altına düşürlər. Bir neçə il əvvəl Akademiyada çalışan alimlərimizdən biri sosial media hesabında rus dilində bir status yazıb, türk dilinin Azərbaycan dilini bərbad günə qoyması ilə bağlı həyəcan təbili çalmışdı. İddia etmişdi ki, Türkiyə türkcəsi Azərbaycan türkcəsinə zərər verir. Rus dilində təhsil alıb, rus mədəniyyətinin təsiri altına düşən bu cür insanlar sonra da çıxıb ictimai rəydə türk dilinin təhlükəli olduğundan danışırlar. Ayaz Salayevin misal gətirdiyi “kasaba” sözünün heç türk dilinə aidiyyəti yoxdur. Bu, ərəb sözüdür. Daha sonra kinorejissor fəxrlə xatırlatma edir ki, 90-cı ildə qızını məktəbə qoyanda direktor ona rus bölməsini tövsiyə edib ki, Azərbaycan bölməsində dərs deyən müəllimlər savadlı deyil. Bu misal birmənalı olaraq ölkədə rus təhsilinin təbliğatına hesablanıb. Rusdilli şagirdlər necə savadlı olur ki, illərdir qəbul imtahanlarında maksimum nəticə toplayan uşaqların hamısı Azərbaycan bölməsini bitirənlərdir. Müstəqil Azərbaycan Respublikasında yaşayan, rusdilli bölmələrdə oxuyan uşaqların hamısı “şikəst” olur. Böyük əksəriyyəti ana dilimizi mənimsəyə bilmirlər. Dil öyrənmək üçün kurslar var, proqramlar var. Bunun üçün uşaqları rus bölməsinə qoyub ana dilindən, milli tariximizdən, mədəniyyətimizdən, milli kimliyindən məhrum etmək lazım deyil”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27 |
|
|
|
• Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22 |
|
|
|
• Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
• ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13 |
|
|
|
• Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11 |
|
|
|
• İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38 |
|
|
|
• Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• 47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19 |
|
|
|
• Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04 |
|
|
|
• "Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59 |
|
|
|
• ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56 |
|
|
|
• "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47 |
|
|
|
• "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37 |
|
|
|
• Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32 |
|
|
|
• Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22 |
|
|
|
• BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21 |
|
|
|
• Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16 |
|
|
|
• Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11 |
|
|
|
• Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03 |
|
|
|
• İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01 |
|
|
|
• Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00 |
|
|
|
• Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57 |
|
|
|
• İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56 |
|
|
|
• Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53 |
|
|
|
• “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46 |
|
|
|
• Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45 |
|
|
|
• Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38 |
|
|
|
• “907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32 |
|
|
|
• Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19 |
|
|
|
• Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25 |
|
|
|
• Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16 |
|
|
|
• Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
• "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11 |
|
|
|
• Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08 |
|
|
|
• Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05 |
|
|
|
• "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02 |
|
|
|
• Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50 |
|
|
|
• Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45 |
|
|
|
• "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19 |
|
|
|
• "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13 |
|
|
|
• Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05 |
|
|
|
• Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05 |
|
|
|
• “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56 |
|
|
|
• Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49 |
|
|
|
• İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58 |
|
|
|
• Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07 |
|
|
|
|