"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                 

Köçəryanın İrəvan toplantısı: - "Sağdakı mənəm..."
Tarix: 18-02-2025, 12:28 | Çap et
Köçəryanın İrəvan toplantısı:
Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkənin baş naziri Nikol Paşinyanla birbaşa, açıq debatdan imtina edərək İrəvanda mətbuat konfransı keçirib. Konfrans əsnasında o, olduğundan ağıllı, qətiyyətli və müdrik görünməyə çalışsa da, alınmayıb.

Çünki Robert Köçəryan Ermənistanın qanlı keçmişi, oliqarxik rejimi, korrupsiyası, repressiyaları, Rusiyaya satılmış milli maraqlar və total yalanlar ilə assosiasiya olunan bir fiqurdur. Onilliklər boyu öz ölkəsinə qarşı çalışan bu şəxs yenidən Ermənistanda hakimiyyətə qayıtmaq xülyası ilə yaşayır, amma hətta adam saymadığı və düşmən hesab etdiyi Nikol Paşinyanla açıq dialoq əvəzinə, əvvəlcədən seçilmiş jurnalistlər qarşısında qorxaqlıqla monoloq oxumağı üstün tutur. Niyə? Çünki o, həqiqətdən qorxur.

Köçəryanın Nikol Paşinyanla açıq debatdan imtina etməsi sadəcə qorxaqlıq aktı deyil, həm də onun öz xəyanətkar keçmişinə dair əsas suallara cavab vermək iqtidarında olmadığının açıq sübutudur.

Köçəryan yaxşı başa düşür: əgər açıq müzakirələr olsaydı, onun yalanları faktlarla darmadağın ediləcək, riyakarlığı ifşa olunacaq və onun əsl simasını ermənilər bir daha görəcəkdilər. Lakin hətta əvvəlcədən hazırlanmış monoloqunda, hətta ona uyğun jurnalistlər qarşısında belə, Köçəryan açıq manipulyasiyalardan, isterikadan və öz ölkəsinə qarşı tam bir nifrət nümayiş etdirməkdən çəkinə bilmədi. Məsələn, mətbuat konfransı zamanı Robert Köçəryan iddia etdi ki, "Ermənistan Rusiyanı satıb". Fəqət əslində, Ermənistanı satan məhz elə Köçəryanın özüdür. Məhz o, ölkə iqtisadiyyatını rusiyalı oliqarxlara peşkəş etdi, müstəqil KİV-lər və müxalifətin axırına çıxmağa çalışdı, qarabağlı erməni separatçılarına tam dəstək verərək, terrorçuluğu tam və total şəkildə dəstəklədi, üstəlik, onilliklər boyu ermənilərə yalan danışaraq, boş şüarların arxasında gizləndi.

Əslən Qarabağdan olan və Ermənistan cəmiyyətinin hər tabanında təmsil olunaraq yerli ermənilərin "qarabağlılar" ("karabaxtsi", "karabaxneri") adlandırdıqları, artıq klan formatı almış şəxslərin liderlərindən olan Robert Köçəryan hakimiyyətə dönməklə Ermənistanı keçmişə qaytarmaq istəyir – həmin o dövrə ki, ölkə indikindən də yoxsul, səfil, korrupsiyalaşmış və qorxudulmuş vəziyyətdə idi.

Fəqət heç bir yalan, vəd və ya qüvvə Robert Köçəryanı hakimiyyətə qaytara bilməyəcək.

Köçəryanın tərəfdarlarının cəmiyyətə sırımağa çalışdığı ən absurdlardan biri də onun "əsl kişi", "güclü lider" obrazıdır.

Halbuki "əsl kişi" adlandırılan, əslində, insanlıqdan və kişilikdən çox uzaq Robert Sedraki Köçəryan çox zəif, hətta marionet siyasətçi hesab etdiyi Nikol Paşinyanla belə, açıq debata çıxmaqdan qorxur.

Səbəb? Köçəryan anlayır ki, birbaşa suallara cavab verməyə qadir deyil. Çünki o, bütün siyasi karyerasını Moskvanın kuratorları qarşısında alçaldılmış vəziyyətdə keçirmiş kölədir.

Robert Köçəryan onilliklər boyu özünü “dəmir lider” və “əsl kişi” kimi göstərməyə çalışsa da, əslində, qorxaq bir demaqoq olduğu üzə çıxdı. Onun Nikol Paşinyanla ictimai debatdan qaçması siyasi iflasının növbəti göstəricisi oldu. Bunun əvəzinə, o, yalnız “doğru” jurnalistlərin suallar verə biləcəyi və müxalif fikirlilərin susdurulduğu bir formatı - mətbuat konfransını seçdi.

Fəqət diqqətlə seçilmiş auditoriyaya baxmayaraq, onun sözləri manipulyasiya cəhdindən başqa bir şey deyildi. Ermənistanın ən qaranlıq illərində hakimiyyətdə olmuş biri müstəqil “A1” televiziya kanalının bağlanmasını “böyük faciə deyil” kimi təqdim etməyə çalışdı. Bununla belə, Navalnı məsələsinə gəldikdə Avropanı “ikili standartlar”da ittiham etməsi onun ikiüzlü riyakarlığını açıq şəkildə göstərdi.

O, artıq informasiya sahəsinə nəzarət edə bilmir və buna görə də real diskussiyalardan qaçır. Çünki yaxşı bilir ki, əsl debatlarda ona üzünə baxıb susduracaq faktları təqdim edəcəklər.

Kim düşünürsə ki, Köçəryan sadəcə yalançı və boşboğaz bir qocadır, yanılır. Bu adam əli on minlərlə azərbaycanlının qanına bulaşmış bir cinayətkardır.

1990-cı illərin əvvəlində o, Ermənistanın separatçı hərəkatının əsas fiqurlarından biri, həmçinin, Xocalı, Kəlbəcər, Laçın, Füzuli və Azərbaycanın digər bölgələrində etnik təmizləmə həyata keçirən şəxslərdən biri kimi tarixə düşdü. 1992-ci ilin fevralında onun silahlıları Ermənistan ordusunun və Rusiyanın 366-cı motoatıcı diviziyasının dəstəyi ilə Xocalıda dinc sakinlərə qarşı misli görünməmiş soyqırımı törətdilər. 600-dən çox insan vəhşicəsinə qətlə yetirildi, o cümlədən, 106 qadın, 63 uşaq və 70 yaşlı şəxs.

Daha sonra, Ermənistan prezidenti olduğu dövrdə, Köçəryan 2003-cü ildə açıq şəkildə belə bir ifadə işlətdi: “Azərbaycanlılarla ermənilər genetik cəhətdən uyğun gəlmirlər”.

Bu sözlər nəyi göstərir? Müharibəyə, yeni qurbanlara və erməni-azərbaycanlı münasibətlərinin dərin uçuruma yuvarlanmasına səbəb olan siyasətin əsasını qoyduğunu. O, özünü sülhpərvər kimi təqdim etməyə çalışsa da, əslində, müharibə tərəfdarı idi və bütün sülh danışıqlarını sabotaj edirdi. O, münaqişənin davam etməsindən qazanc götürənlərdən biri idi və Ermənistan xalqının iztirabları üzərində parazitlik edirdi.

Robert Köçəryanın təkcə hərbi cinayətkar deyil, həm də korrupsioner olduğu artıq heç kim üçün sirr deyil. O, Ermənistanın iqtisadiyyatını ucuz qiymətə xarici təsir dairələrinə sataraq, ölkəni Rusiyanın asılı vəziyyətinə saldı və özü isə milyarderə çevrildi.

2002-ci ildə baş tutan məşhur müqaviləni xatırlayaq: cəmi 98 milyon dollara Köçəryan Ermənistan iqtisadiyyatının strateji obyektlərini Rusiyanın nəzarətinə verdi.

Necə oldu ki, "Qarabağ qəhrəmanı" siyasi karyeradan milyardlarla sərvət qazandı? Cavab sadədir: o, müharibəni özünün şəxsi biznesinə çevirmişdi. Sadə ermənilər səngərlərdə ölürdü, o isə Kreml ilə danışıqlar apararaq ölkənin maraqlarını satırdı. 90-cı illərdə o, Türkiyədə istehsal olunan ucuz sviter geyinirdi, bu gün isə İrəvandakı dəbdəbəli villalarda özünü "milli maraqların qoruyucusu" kimi göstərməyə çalışır.

Bu gün Robert Köçəryan ermənilər arasında yalanın, xəyanətin və qanlı cinayətlərin simvoluna çevrilib.

O, ən böyük əzabı və məhrumiyyətləri elə ermənilərə yaşadıb. Minlərlə insanın qətli, etnik təmizləmələr və Ermənistanın iqtisadi çöküşü onun adı ilə bağlıdır. Lakin ən vacib məqam – onun dövrü artıq başa çatıb. Ermənistan cəmiyyəti artıq onun miflərinə inanmır.

Tarix artıq ona hökmünü verib. İndi isə hüquqi hökmün verilməsi gözlənilir. Köçəryan 1998-ci ildə prezident seçilərkən böhranı aradan qaldıracağını vəd edirdi. Lakin onun hakimiyyəti dövründə Ermənistanın xarici borcu 850 milyon dollardan 3,2 milyard dollara qədər artdı.

Bəs pullar hara getdi? Cavab aydındır: korrupsiya, hərbi xərclər və Ermənistanın iqtisadiyyatının Rusiyanın oliqarxlarına peşkəş edilməsi.

2002-ci ildə Köçəryan “borca görə əmlak” adlı biabırçı müqavilə imzaladı və Ermənistanın əsas iqtisadi aktivlərini Rusiyaya verdi. Bununla ölkə iqtisadi müstəqilliyini itirdi və Moskvanın tam nəzarətinə keçdi. Beləliklə, Robert Köçəryan Ermənistanın təkcə siyasi yox, həm də iqtisadi fəlakətinin memarı oldu.

Amma Köçəryan təkcə Ermənistanın iqtisadi maraqlarını satmaqla kifayətlənməyib, eyni zamanda, siyasi opponentlərinə qarşı amansız repressiyalar həyata keçirib. Belə ki, 2008-ci il martın 1-də prezident seçkilərinin saxtalaşdırılmasından sonra minlərlə insan küçələrə axışaraq kütləvi etirazlara başladı. Lakin Köçəryan etirazçıların səsini eşitmək əvəzinə, onlara atəş açmaq əmri verdi. Nəticədə 10 nəfər, o cümlədən, yeniyetmələr və jurnalistlər qətlə yetirildi, 131 nəfər yaralandı, 500 nəfər həbs edildi, bir çoxu işgəncəyə məruz qaldı. Köçəryanın dövründə ölkədə müstəqil mətbuatın mövcudluğuna son qoyuldu. Köçəryan özünü “Qarabağ qəhrəmanı” kimi təqdim etsə də, əslində, ona sülh yox, müharibənin davamı lazım idi. O, Qarabağı şəxsi qazanc alətinə çevirmişdi. Nəticədə, Ermənistan hələ də regional təcrid durumundadır.

Bu gün Robert Köçəryan artıq siyasi səhnədə öz aktuallığını itirmiş bir fiqurdur. Onu erməni xalqının əksəriyyəti rədd edib. Lakin hələ də onu dəstəkləyən müəyyən dairələr mövcuddur. Həmin qruplar Ermənistandakı Rusiya yönlü qüvvələr (onlar Moskvanın ölkə üzərində nəzarətini qorumaq istəyir), Köçəryanın dövründə varlanan oliqarxlar (məsələn, onun yaxın tərəfdaşı Qağik Tsarukyan), habelə hərbi cinayətkarlar və radikal şovinistlərdir (Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əsla istəməyənlər).

Köçəryan - korrupsiya, müharibə və məğlubiyyətin simvoludur. Onun yeri siyasət deyil, məhkəmə zalıdır!

Çünki bu şəxs Azərbaycan xalqına qarşı etnik təmizləmənin təşkilatçısı, erməni müxalifətinə qarşı qanlı repressiyalar həyata keçirən diktator, Ermənistan iqtisadiyyatını Rusiyaya satan korrupsioner və öz xalqını müharibəyə sürükləyib hər şeyi itirən siyasətçidir.

Tarix artıq ona hökmünü verib.

İndi isə növbəti addım məhkəmə olmalıdır. Beynəlxalq tribunal onu insanlıq əleyhinə cinayətlərə, dinc əhalinin qanını axıtmağa və öz xalqına xəyanətə görə mühakimə etməlidir.

Köçəryan debatlardan nə qədər qaçsa da, həqiqətdən qaça bilməz.

Final yaxındır.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru