Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                     'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... .....                     “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü .....                 

Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Tarix: 21-01-2025, 18:06 | Çap et
Trampdan “qızıl dövr” anonsu və:
Ötən gün ABŞ-ın 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi keçirilib. Andiçmə mərasiminin rəsmi proseduru həyata keçirildikdən sonra Tramp çıxış edib və ilk ifadəsi “Amerikanı birinci yerə qoyacağı” olub. “Amerikanın qızıl dövrü indi başlanır”, deyən Tramp mərasimə qatılan sabiq prezidentlərə, o cümlədən Prezident Co Baydenə minnətdarlığını ifadə edib.

“Bu gündən etibarən bizim ölkə çiçəklənəcək və dünya boyu yenidən hörmət olunacaq”, Tramp deyib: “Biz hər bir millətin həsəd obyekti olacağıq və başqalarına bizdən sui-istifadə etməyə imkan verməyəcəyik”.

İlkin ifadələrdən sonra Tramp keçmiş siyasi rəqiblərinin ünvanına tənqidlər səsləndirib və siyasətdə baş verəcək əsaslı dəyişikliklərin anonsunu edib. Tramp sələfi Co Baydenin administrasiyasının “daxildə adi böhranla ayaqlaşa bilmədiyini” və “xaricdəki fəlaklətli” olayların öhdəsindən gələ bilmədiyini vurğulayıb.

Tramp Ədliyyə Nazirliyindən silah kimi istifadə edilməsinə son qoyacağını bəyan edib: “Ədalətin tərəzisi balanslaşdırılacaq. Ədliyyə Nazirliyindən və hökumətdən yırtıcı, zorakı və ədalətsiz qaydada slah kimi istifadə edilməsinə son qoyulacaq”.

Tramp 47-ci Prezident olaraq milli uğur erasının başlanğıcında “arxayın və nikbin” olduğunu bəyan edib. O ölkənin böyük dəyişikliklər astanasında olduğunu bildirərək ABŞ-ın fürsəti qaçırmayacağını söyləyib.

Prezident hakimiyyətinin ilk günündə bir neçə fərmanlar verəcəyini elan edib: “Bu gün mən tarixi fərmanlar imzalayacağam. Bu addımlarlara biz Amerikanın tam bərpasına və sağlam zəkanın inqilabına başlayacağıq”.

47-ci prezident bu fərmanlar arasında cənub sərhədləri – Meksika ilə sərhədlə bağlı ölçülərin prioritet olacağını vurğulayıb.

Bu gün Ağ Evə qayıdan Tramp Oval Ofisdə bir sıra fərmanlar imzalayıb. Bunların sırasına ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi, sərhəddə divar inşasının bərpası və federal agentliklərdə müxtəliflik proqramlarına xitam verilməsi daxildir. Paytaxt Vaşinqtonda bayram nümayişinin ardınca Ağ Evdə Tramp mühacirətlə bağlı imzaladığı fərmanlar arasında doğum vətəndaşlığına son qoyan göstəriş də var.

ABŞ Konstitutsiyasının 14-cü maddəsi diktə edir ki, “Birləşmiş Ştatlarda doğulmuş və yaxud qəbul edilmiş və yurisdiksiyasına daxil olan bütün insanlar Birləşmiş Ştatlar vətəndaşıdırlar.”

Demokratlar və bir sıra hüquq müdafiə qrupları Trampın doğum vətəndaşlığını ləğv etməsinə qarşı məhkəmələrdə mübarizə aparacalarını aydın ediblər.

“Bu addımlarlara biz Amerikanın tam bərpasına və sağlam zəkanın inqilabına başlayacağıq”, Tramp inaqurasiya çıxışında söyləmişdi.

Onun “Capital One Arenada” izdiham qarşısında imzaladığı ilk fərman isə sabiq Prezident Co Baydenin qüvvəyə mindirdiyi 80 ölçünü ləğv etməsi olub.

Prezident Tramp həmçinin yeni tənzimləmələri və federal işə yeni qəbulları dondurub. O həmçinin Paris İqlim Sazşini tərk edən sənədə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq haqqında qərara imza atıb.

Prezidentin imzaladığı digər fərmanlıar arasında birinci dönəm administrasiyası zamanı qüvvədə olmuş "Meksikada Qal" proqramının bərpası nəzərdə tutulur. Həmin proqrama əsasən ABŞ-a daxil olmaq istyən şəxslər gözləmə müddəti ərzində Meksikada qalmalıdırlar.

Əlavə olaraq, Prezident Tramp kartelləri və miqrant qanqster qruplaşmalarını - spesifik olaraq MS-13 və “Tren de Aragua” qruplaşmalarını xarici terror təşkilatları elan edib. Sərhəd və yaxud mühacirətlə əlaqəsi olmayan digər fərmanlar federal hökumət idarəçiliyi və enerji hasilatı siyasətində rəsmi dəyişiklikləri əhatə edir.

Tramp çıxışında dünyadakı proseslərə, münaqişələrə dərindən toxunmayıb. Sadəcə bildirib ki, fəaliyyətində sülhün olması üçün əlindən gələni edəcək.

Artıq ABŞ Prezidenti postuna əyləşən Trampın Vaşinqtonun xarici siyasətində dəyişikliklər edəcəyini deyən ekspertlər bildirirlər ki, dünya üçün yeni dönəm başlayır. Bəs bu yeni dönəmin dünyaya, Cənubi Qafqaza hansı töhfələri, faydaları, ziyanları olacaq?

AYNA-nın mövzu ilə bağlı suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb. Siyasətçi bildirib ki, Tramp seçki kampaniyası zamanı proqramını açıqlayıb, hansı addımlar atacağını deyib:

- Amerika təcrübəsində nadir hadisədir ki, prezident arada fasilə verərək ikinci dəfə seçilir. Adətən ABŞ Prezidentləri ardıcıl seçilirlər və ona görə ikinci dönəmdə proqramları fərqlənmir. Lakin Trampın birinci prezidentliyi dövrü ilə ikinci prezidentliyi dövrü arasında 4 illik fasilə var. Son 4 ildə dünyada müəyyən dəyişikliklər oldu. Vaşinqtonun özü də dünya siyasəti ilə bağlı müəyyən dəyişikliklər etdi. Ona görə də Trampın əvvəlki prezidentliyi dövrünün proqramı ilə indiki dövrünün proqramında ciddi dəyişikliklər olacaq. Əslində andiçmə mərasimində Tramp bu dəyişikliklərin mesajını verdi. Elə Ağ Evə qayıtdığı ilk gündən də bir sıra sərəncamlar, fərmanlar imzalayıb. Bu, ABŞ-da yeni dönəmin başladığının göstəricisidir. Təbii ki, bu fərmanlar Amerikanın daxili ilə bağlıdır. ABŞ vətəndaşları Trampa səs verib onu qalib etdilər, indi isə vədlərinin yerinə yetirməsinə çağırış edirlər. Tramp da buna uyğun, proqramına uyğun addımlar atır, daxildə dəyişikliklər etməyə başlayıb.

- Bəs xarici siyasətdə hansı dəyişikliklər gözlənilir?

- ABŞ-ın xarici siyasət strategiyası bir günün içərisində, bir siyasətçinin qərarı ilə radikal şəkildə dəyişə bilməz. Əlbəttə, əsas strategiya, hədəflər müəyyənləşib və bu istiqamətdə də addımlar atılacaq. Sadəcə hər siyasətçinin, hər liderin bu siyasəti həyata keçirmək metodu fərqlidir. Tramp bu siyasəti Baydendən fərqli olaraq başqa metodlarla həyata keçirməyə çalışacaq. Təbii ki, müəyyən dəyişikliklər olacaq, amma bu da ABŞ-ın milli və dövlət maraqlarına uyğun şəkildə həyata keçiriləcək. Tramp nitqində ondan əvəllki Prezident baydenin səhvlərinin olduğunu və bu səhvlərin aradan qaldırılacağı vədini verdi. Söhbət Trampın qənaətincə olan səhvlərdən gedir: istər daxili, istərsə də xarici siyasətdən.

- Məsələn, Tramp seçki kampaniyası zamanı vəd vermişdi ki, Ukraynadakı müharibəni bir sutka ərzində dayandıracaq...

- Sonradan onun komandasına daxil olan şəxslər bildirdilər ki, bir günə müharibəni bitirmək real deyil, amma yaxın aylarda müharibənin dayanması üçün addımlar atılacaq. Məlumat var ki, Tramp artıq komandasına Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Bu danışıq zamanı Tramp müharibənin dayandırılması üçün Putinə təklifləri verəcək. Eyni zamanda, Ukraynalideri ilə də təmasları olacaq və ona da təkliflərini verəcək. Əvvəldən bu barədə Amerika mediasında yazılar yazılıb, ehtimallar irəli sürülüb. Məncə, Tramp həqiqətən də müharibənin dayandırılmasına nail olacaq, amma bu heç də Ukraynanın lehinə bir qərar olmayacaq. Çünki Amerikanın milli və dövlət maraqları var və ona uyğun addımlar atılmalıdır. Rusiya Trampın mətbuata sızdırılan, gündəmə gələn təklifləri ilə heç də razı deyil və bunları qəbul etmək niyyətində görünmür. Ona görə də Trampın da Ukrayna məsələsində siyasətinin Baydenin siyasətindən ciddi fəqrlənməyəcək.

Ola bilsin ki, Tramp sürpriz qərarlar da versin və dünyada bu qərarlar təəccüblə qarşılansın. Amma ümid edirəm ki, Tramp Amerikanın ümumi siyasi strategiyası kursu istiqamətində siyasət həyata keçirəcək, imperializmə qarşı mübarizəni davam etdirəcək. Və demokratiyanın dünyada bərqərar olması istiqamətində Tramp adminstrasiyasının ciddi dəstəyi olacaq.

Eyni zamanda, Trampın xarici siyasətdə əsas addımları İran və Çinlə bağlı olacasq. Tramp seçki kampaniyası zamanı bəyanatında bildirmişdi ki, əsasən İran məsələsi ilə məşğul olacaq, Yaxın Şərqdəki vəziyyətin həllinə çalışacaq. Ona görə də Yaxın Şərqlə, İranla bağlı ciddi addımların atılacağı istisna deyil. Təbii ki, yenə də söhbət Amerikanın maraqlarına uyğun addımlardan gedir.

- Bəs Cənubi Qafqazla bağlı siyasətində hansı dəyişikliklər olacaq?

- Amerikanın hər bölgə ilə bağlı oturuşmuş siyasəti var. Vaşinqtonun Cənubi Qafqaz siyasəti əməkdaşlığı tələb edir. Tramp da bölgə dövlətləri ilə əməkdaşlığa əsaslanan siyasət aparacaq. Məsələn, Ermənistan tərəfindən cəhdlər oldu ki, andiçmə mərasiminə erməni rəsmiləri dəvət edilsin. Amma Trampın andiçmə mərasiminə Ermənistandan heç kim dəvət edilmədi. Eləcə də, Azərbaycan və Gürcüstana da dəvət göndərilmədi. Bu onu deməyə əsas verir ki, Tramp adminstrasiyası Cənubi Qafqaz ölkələrini bir-birindən fərqləndirmir, hansınasa üstünlük vermir. Əlbəttə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində çağırışlar olacaq, tərəflərin görüşlərini də təşkil edə bilər, danışıqlar masası da qurmağa çalışacaqlar. Bu çağırışlar, cəhdlər Bayden adminstrasiyası tərəfindən də edilirdi. Çünki Amerikanın siyasəti bunu tələb edir. Vaşinqton bölgədə sabitlikdə maraqlıdır. Çünki Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etmək istəyir ki, bu əməkdaşlıq da bir tərəfdən də sabitliyə bağlıdır. Eyni zamanda, bölgə dövlətlərində demokratiyanın inkişafı da ABŞ-ın siyasətinin ana xəttidir. Bu siyasəti Tramp adminstrasiyası davam etdirəcək. Sadəcə dediyim kimi, fərqli metodlarla, fərqli yanaşmalarla siyasət aparılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru