Əsas Səhifə > Güney Press > Trampdan “qızıl dövr” anonsu və:
Trampdan “qızıl dövr” anonsu və:Dünən, 18:06 |
Ötən gün ABŞ-ın 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi keçirilib. Andiçmə mərasiminin rəsmi proseduru həyata keçirildikdən sonra Tramp çıxış edib və ilk ifadəsi “Amerikanı birinci yerə qoyacağı” olub. “Amerikanın qızıl dövrü indi başlanır”, deyən Tramp mərasimə qatılan sabiq prezidentlərə, o cümlədən Prezident Co Baydenə minnətdarlığını ifadə edib. “Bu gündən etibarən bizim ölkə çiçəklənəcək və dünya boyu yenidən hörmət olunacaq”, Tramp deyib: “Biz hər bir millətin həsəd obyekti olacağıq və başqalarına bizdən sui-istifadə etməyə imkan verməyəcəyik”. İlkin ifadələrdən sonra Tramp keçmiş siyasi rəqiblərinin ünvanına tənqidlər səsləndirib və siyasətdə baş verəcək əsaslı dəyişikliklərin anonsunu edib. Tramp sələfi Co Baydenin administrasiyasının “daxildə adi böhranla ayaqlaşa bilmədiyini” və “xaricdəki fəlaklətli” olayların öhdəsindən gələ bilmədiyini vurğulayıb. Tramp Ədliyyə Nazirliyindən silah kimi istifadə edilməsinə son qoyacağını bəyan edib: “Ədalətin tərəzisi balanslaşdırılacaq. Ədliyyə Nazirliyindən və hökumətdən yırtıcı, zorakı və ədalətsiz qaydada slah kimi istifadə edilməsinə son qoyulacaq”. Tramp 47-ci Prezident olaraq milli uğur erasının başlanğıcında “arxayın və nikbin” olduğunu bəyan edib. O ölkənin böyük dəyişikliklər astanasında olduğunu bildirərək ABŞ-ın fürsəti qaçırmayacağını söyləyib. Prezident hakimiyyətinin ilk günündə bir neçə fərmanlar verəcəyini elan edib: “Bu gün mən tarixi fərmanlar imzalayacağam. Bu addımlarlara biz Amerikanın tam bərpasına və sağlam zəkanın inqilabına başlayacağıq”. 47-ci prezident bu fərmanlar arasında cənub sərhədləri – Meksika ilə sərhədlə bağlı ölçülərin prioritet olacağını vurğulayıb. Bu gün Ağ Evə qayıdan Tramp Oval Ofisdə bir sıra fərmanlar imzalayıb. Bunların sırasına ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi, sərhəddə divar inşasının bərpası və federal agentliklərdə müxtəliflik proqramlarına xitam verilməsi daxildir. Paytaxt Vaşinqtonda bayram nümayişinin ardınca Ağ Evdə Tramp mühacirətlə bağlı imzaladığı fərmanlar arasında doğum vətəndaşlığına son qoyan göstəriş də var. ABŞ Konstitutsiyasının 14-cü maddəsi diktə edir ki, “Birləşmiş Ştatlarda doğulmuş və yaxud qəbul edilmiş və yurisdiksiyasına daxil olan bütün insanlar Birləşmiş Ştatlar vətəndaşıdırlar.” Demokratlar və bir sıra hüquq müdafiə qrupları Trampın doğum vətəndaşlığını ləğv etməsinə qarşı məhkəmələrdə mübarizə aparacalarını aydın ediblər. “Bu addımlarlara biz Amerikanın tam bərpasına və sağlam zəkanın inqilabına başlayacağıq”, Tramp inaqurasiya çıxışında söyləmişdi. Onun “Capital One Arenada” izdiham qarşısında imzaladığı ilk fərman isə sabiq Prezident Co Baydenin qüvvəyə mindirdiyi 80 ölçünü ləğv etməsi olub. Prezident Tramp həmçinin yeni tənzimləmələri və federal işə yeni qəbulları dondurub. O həmçinin Paris İqlim Sazşini tərk edən sənədə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq haqqında qərara imza atıb. Prezidentin imzaladığı digər fərmanlıar arasında birinci dönəm administrasiyası zamanı qüvvədə olmuş "Meksikada Qal" proqramının bərpası nəzərdə tutulur. Həmin proqrama əsasən ABŞ-a daxil olmaq istyən şəxslər gözləmə müddəti ərzində Meksikada qalmalıdırlar. Əlavə olaraq, Prezident Tramp kartelləri və miqrant qanqster qruplaşmalarını - spesifik olaraq MS-13 və “Tren de Aragua” qruplaşmalarını xarici terror təşkilatları elan edib. Sərhəd və yaxud mühacirətlə əlaqəsi olmayan digər fərmanlar federal hökumət idarəçiliyi və enerji hasilatı siyasətində rəsmi dəyişiklikləri əhatə edir. Tramp çıxışında dünyadakı proseslərə, münaqişələrə dərindən toxunmayıb. Sadəcə bildirib ki, fəaliyyətində sülhün olması üçün əlindən gələni edəcək. Artıq ABŞ Prezidenti postuna əyləşən Trampın Vaşinqtonun xarici siyasətində dəyişikliklər edəcəyini deyən ekspertlər bildirirlər ki, dünya üçün yeni dönəm başlayır. Bəs bu yeni dönəmin dünyaya, Cənubi Qafqaza hansı töhfələri, faydaları, ziyanları olacaq? AYNA-nın mövzu ilə bağlı suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb. Siyasətçi bildirib ki, Tramp seçki kampaniyası zamanı proqramını açıqlayıb, hansı addımlar atacağını deyib: - Amerika təcrübəsində nadir hadisədir ki, prezident arada fasilə verərək ikinci dəfə seçilir. Adətən ABŞ Prezidentləri ardıcıl seçilirlər və ona görə ikinci dönəmdə proqramları fərqlənmir. Lakin Trampın birinci prezidentliyi dövrü ilə ikinci prezidentliyi dövrü arasında 4 illik fasilə var. Son 4 ildə dünyada müəyyən dəyişikliklər oldu. Vaşinqtonun özü də dünya siyasəti ilə bağlı müəyyən dəyişikliklər etdi. Ona görə də Trampın əvvəlki prezidentliyi dövrünün proqramı ilə indiki dövrünün proqramında ciddi dəyişikliklər olacaq. Əslində andiçmə mərasimində Tramp bu dəyişikliklərin mesajını verdi. Elə Ağ Evə qayıtdığı ilk gündən də bir sıra sərəncamlar, fərmanlar imzalayıb. Bu, ABŞ-da yeni dönəmin başladığının göstəricisidir. Təbii ki, bu fərmanlar Amerikanın daxili ilə bağlıdır. ABŞ vətəndaşları Trampa səs verib onu qalib etdilər, indi isə vədlərinin yerinə yetirməsinə çağırış edirlər. Tramp da buna uyğun, proqramına uyğun addımlar atır, daxildə dəyişikliklər etməyə başlayıb. - Bəs xarici siyasətdə hansı dəyişikliklər gözlənilir? - ABŞ-ın xarici siyasət strategiyası bir günün içərisində, bir siyasətçinin qərarı ilə radikal şəkildə dəyişə bilməz. Əlbəttə, əsas strategiya, hədəflər müəyyənləşib və bu istiqamətdə də addımlar atılacaq. Sadəcə hər siyasətçinin, hər liderin bu siyasəti həyata keçirmək metodu fərqlidir. Tramp bu siyasəti Baydendən fərqli olaraq başqa metodlarla həyata keçirməyə çalışacaq. Təbii ki, müəyyən dəyişikliklər olacaq, amma bu da ABŞ-ın milli və dövlət maraqlarına uyğun şəkildə həyata keçiriləcək. Tramp nitqində ondan əvəllki Prezident baydenin səhvlərinin olduğunu və bu səhvlərin aradan qaldırılacağı vədini verdi. Söhbət Trampın qənaətincə olan səhvlərdən gedir: istər daxili, istərsə də xarici siyasətdən. - Məsələn, Tramp seçki kampaniyası zamanı vəd vermişdi ki, Ukraynadakı müharibəni bir sutka ərzində dayandıracaq... - Sonradan onun komandasına daxil olan şəxslər bildirdilər ki, bir günə müharibəni bitirmək real deyil, amma yaxın aylarda müharibənin dayanması üçün addımlar atılacaq. Məlumat var ki, Tramp artıq komandasına Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Bu danışıq zamanı Tramp müharibənin dayandırılması üçün Putinə təklifləri verəcək. Eyni zamanda, Ukraynalideri ilə də təmasları olacaq və ona da təkliflərini verəcək. Əvvəldən bu barədə Amerika mediasında yazılar yazılıb, ehtimallar irəli sürülüb. Məncə, Tramp həqiqətən də müharibənin dayandırılmasına nail olacaq, amma bu heç də Ukraynanın lehinə bir qərar olmayacaq. Çünki Amerikanın milli və dövlət maraqları var və ona uyğun addımlar atılmalıdır. Rusiya Trampın mətbuata sızdırılan, gündəmə gələn təklifləri ilə heç də razı deyil və bunları qəbul etmək niyyətində görünmür. Ona görə də Trampın da Ukrayna məsələsində siyasətinin Baydenin siyasətindən ciddi fəqrlənməyəcək. Ola bilsin ki, Tramp sürpriz qərarlar da versin və dünyada bu qərarlar təəccüblə qarşılansın. Amma ümid edirəm ki, Tramp Amerikanın ümumi siyasi strategiyası kursu istiqamətində siyasət həyata keçirəcək, imperializmə qarşı mübarizəni davam etdirəcək. Və demokratiyanın dünyada bərqərar olması istiqamətində Tramp adminstrasiyasının ciddi dəstəyi olacaq. Eyni zamanda, Trampın xarici siyasətdə əsas addımları İran və Çinlə bağlı olacasq. Tramp seçki kampaniyası zamanı bəyanatında bildirmişdi ki, əsasən İran məsələsi ilə məşğul olacaq, Yaxın Şərqdəki vəziyyətin həllinə çalışacaq. Ona görə də Yaxın Şərqlə, İranla bağlı ciddi addımların atılacağı istisna deyil. Təbii ki, yenə də söhbət Amerikanın maraqlarına uyğun addımlardan gedir. - Bəs Cənubi Qafqazla bağlı siyasətində hansı dəyişikliklər olacaq? - Amerikanın hər bölgə ilə bağlı oturuşmuş siyasəti var. Vaşinqtonun Cənubi Qafqaz siyasəti əməkdaşlığı tələb edir. Tramp da bölgə dövlətləri ilə əməkdaşlığa əsaslanan siyasət aparacaq. Məsələn, Ermənistan tərəfindən cəhdlər oldu ki, andiçmə mərasiminə erməni rəsmiləri dəvət edilsin. Amma Trampın andiçmə mərasiminə Ermənistandan heç kim dəvət edilmədi. Eləcə də, Azərbaycan və Gürcüstana da dəvət göndərilmədi. Bu onu deməyə əsas verir ki, Tramp adminstrasiyası Cənubi Qafqaz ölkələrini bir-birindən fərqləndirmir, hansınasa üstünlük vermir. Əlbəttə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində çağırışlar olacaq, tərəflərin görüşlərini də təşkil edə bilər, danışıqlar masası da qurmağa çalışacaqlar. Bu çağırışlar, cəhdlər Bayden adminstrasiyası tərəfindən də edilirdi. Çünki Amerikanın siyasəti bunu tələb edir. Vaşinqton bölgədə sabitlikdə maraqlıdır. Çünki Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etmək istəyir ki, bu əməkdaşlıq da bir tərəfdən də sabitliyə bağlıdır. Eyni zamanda, bölgə dövlətlərində demokratiyanın inkişafı da ABŞ-ın siyasətinin ana xəttidir. Bu siyasəti Tramp adminstrasiyası davam etdirəcək. Sadəcə dediyim kimi, fərqli metodlarla, fərqli yanaşmalarla siyasət aparılacaq. Geri qayıt |