“Qərb Ermənistan vasitəsilə Rusiyaya təzyiq göstərməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arman Boşyan deyib.
O, Ermənistanın Aİ-yə üzvlük məsələsini şərh edib və bildirib ki, qanun layihəsi heç bir real addımı nəzərdə tutmur.
“Layihəyə ölkə parlamenti baxmalıdır, təsdiq olunarsa, referenduma çıxarılacaq. Ermənistan hakimiyyətinin indiki addımlarına Qərbin təzyiqləri səbəb olur. Onlar göstərmək istəyirlər ki, Ermənistan öz xarici vektorunu dəyişir. Bu, Ukrayna müharibəsi fonunda Rusiyaya təzyiq cəhdidir. Qərb Ermənistanı Rusiyadan qopardığını göstərməyə çalışır. Bununla da Moskvanın regiondakı təsirini itirəcəyinə işarə edir. Eyni şey Suriyaya da aiddir. Burada Rusiya Federasiyasının böyük təsiri var idi. Amma indi vəziyyət dəyişib. Digər tərəfdən, Ermənistanın Aİ-yə daxil olması ehtimalı azdır. İrəvan artıq Rusiya ilə münasibətləri pisləşdirir. Aİ-də bizi heç kim gözləmir, ona görə də bu, xarici siyasəti dəyişmək üçün siyasi addımdır. Ermənistanın coğrafi mövqeyi elədir ki, onun Aİİ-dən başqa heç bir iqtisadi variantı yoxdur. İqtisadiyyat, xüsusən də ixrac tamamilə Rusiyadan asılıdır. Heç kim Avropa bazarında erməni məhsullarını gözləmir”, – Boşyan vurğulayıb.