Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                     Məktəbdə etiraz: nazirlik bilməlidir ki... .....                     “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib .....                     İcbari tibbi sığortadan imtina etmək olar? .....                     Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır .....                     Paraddan gedən təyyarənin qəza etməsi... .....                     "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb .....                     Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir? .....                     Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? .....                     Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb .....                     Moskva geri çəkilir .....                     Zaxarovanın fərqli tonda çıxışı .....                     “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, .....                     “İnsan nə qədər əclaf olmalıdır ki…” .....                     Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə .....                     Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir .....                 

Makron hakimiyyətinin rəzaləti – fransalı nazirin sayıqlaması
Tarix: 7-11-2024, 17:47 | Çap et
Makron hakimiyyətinin rəzaləti
Bir neçə gün sonra Bakıda BMT-nin ən ali tədbirlərindən biri - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Adından da göründüyü kimi, bu, təkcə Azərbaycanın deyil, tərkibində 200-ə yaxın dövləti birləşdirən bir qurumun - BMT-nin toplantısıdır.

Təəssüflər olsun ki, mötəbər tədbir ərəfəsində Fransa və onun sözü ilə oturub-duran Avropa Parlamenti hər vəchlə onu aşağılamağa, boykot etməyə çağırışlar səsləndirir. Avropa Parlamenti, Norveç, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin yer aldığı siyahıya Fransanın ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Panye-Runaşe də qoşulub.

Erməni lobbisinə yaxınlığı ilə seçilən nazir hər kəsi təəccübləndirəcək bir çıxış edib. Bildirib ki, Bakıda keçiriləcək COP29-da iştirak edəcək, lakin heç bir fransız rəsmi Azərbaycan hakimiyyəti ilə ünsiyyət qurmayacaq.

İqlim problemləri bütün dünyanın diqqətində olan məsələdir, fransalı nazirin isə bu məsələyə siyasi don geyindirməsi riyakarlığın və qərəzin göstəricidir. "Azərbaycan hakimiyyəti ilə heç bir təmas olmayacaq", - deyən Anyes əlavə edib ki, konfransın Bakıda keçirilməməsini üstün tutardı. O, hətta üstüörtülü şəkildə Ermənistanı da aşağılayıb. “Keçən il iştirak etdiyimiz səsvermədə Azərbaycan növbəti iqlim konfransının keçirilməsi hüququnu Ermənistandan qazandı”, - deyə o eyham vurub.

BMT tədbirinə siyasi don geyindirən nazir həmçinin deyib: “Azərbaycanla diplomatik dildə desək, mürəkkəb, çətin münasibətlərimiz var. Buna görə də Azərbaycan siyasətinin hər hansı elementlərini vurğulaya biləcək fransız rəsmiləri ilə heç bir tədbir olmayacaq".

Fransanın belə anormal, isterik mövqedə dayanmasına səbəb nədir? Bunu bir qədər aydınlaşdırmağa çalışaq. Əvvəla, ondan başlayaq ki, son bir neçə ildə Fransanın bölgəmizdə baş verən hadisələrə göstərdiyi münasibət heç bir diplomatik etikaya sığmayan, beynəlxalq hüquq normalarına uyğun gəlməyən və beynəlxalq münasibətlər sisteminin qanunauyğunluqlarına cavab verməyən ziddiyyətli bir münasibətdir. Bu da daha çox Fransa rəhbərliyinin, ayrılıqda Fransa prezidenti Emanuel Makronun siyasətdə naşı adam olması ilə əlaqədardır.

Konkret Azərbaycana olan münasibət Makron Fransasının daxili və xarici siyasətinin deqradasiyaya uğramasının göstəricisidir. Bu, özünü təkcə Azərbaycana qarşı münasibətdə göstərmir. Fransanın daxili siyasətində, Avropa İttifaqı daxilində öz müttəfiqləri, eləcə də ABŞ və NATO ilə münasibətlərdə də deqradasiya meyillərini görməmək mümkün deyil.

Fransanın anti-Azərbaycan mövqe sərgiləməsinin digər bir səbəbi, şübhəsiz ki, rəsmi Bakının başlatdığı antimüstəmləkə fəaliyyətidir. Bəlli olduğu kimi, Fransanın tarixi müstəmləkəçilikdən ibarətdir. Bu siyasət bu gün də davam edir. Bu dövlət öz qəddarlığı ilə tarixin arxivində qalmaqdadır və müasir dünyaya da yaxşı məlumdur. Son illər isə bu siyasət iflasa uğrayır. Keçmiş müstəmləkələrindən qovulur, anti-Fransa aksiyalarının sayı artır. Başını itirən Makron hakimiyyəti isə günahkar kimi məhz Azərbaycanı görür. Onun Korsika və Yeni Kaledoniyaya qarşı siyasəti də bundan xəbər verir.

Rəsmi Paris Fransadan 9 min kilometr məsafədə yerləşən Yeni Kaledoniyada yerli xalqların tələbi ilə keçirilən seçkiləri və referendumları öz emissarları vasitəsilə saxtalaşdırır, həmin ərazilərdə qalmağa çalışır. Bu, Fransa siyasətinin qoruyub saxladığı müstəmləkəçilik xüsusiyyətləri ilə bağlıdır.

Ən acınacaqlısı odur ki, Fransa daxilində yaşananların əvəzini keçmiş müstəmləkələrindən çıxmağa çalışır. Rəsmi Paris hakimiyyətini, təsir gücünü qoruyub saxlamaq üçün dənizaşırı əyalətlərində, konkret olaraq Martinika və Qvadelupada terror törətməkdən çəkinmir. Təzyiq, komendant saatı, elektrik enerjisinin dayandırılması Martinikada kütləvi etirazlara səbəb olub.

Şübhəsiz ki, Fransanın Azərbaycana qarşı hücumlarının arxasında dövləti maraqlar yox, sadəcə erməni lobbisinə yarınmaq durur. Makron hakimiyyəti ümid edir ki, ermənilərin maddi və mənəvi dəstəyi ilə seçkilərdə uğur qazana biləcək. Lakin məsələ ondadır ki, Makron 7 illik idarəçiliyi ərzində ölkəni fəlakətə sürükləyib. Prezidentliyi dövründə seçicilərin etimadını və dəstəyini tam itirib. Onun uğursuz idarəçiliyi, səriştəsizliyi Fransanı addımbaaddım fəlakətə, böhrana sürükləyir. Hökumət böhranları, miqrantlara qarşı sərt tədbirlər, antisemitizm və sosial problemlər günbəgün artır. Bütün bunlar da prezident və komandasını çətin duruma salır. Hakimiyyət ciddi reytinq problemi yaşayır.

Fransanın, bütövlükdə Makron və komandasının atdığı addımlar psixi problemli adamı xatırladır. Belə olmasaydı, bəşəriyyətin ən ciddi problemi kimi qəbul edilən iqlim məsələlərinə siyasi don geyindirilməzdi. Lakin Makron əmin olsun ki, bütün səyləri kimi, bu cəhdi də nəticəsiz qalacaq.

Report.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Dünən, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Dünən, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru