Hacı Surxay açıqlamasına görə tənqid edildi - “Bu düşüncə fars dinlərindən keçmədir, İslama dəxli yoxdur”
Tarix: 21-10-2024, 13:54 | Çap et
 İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Məmmədlinin “ATV” kanalında yayımlanan “Bizimləsən” verilişində səsləndirdiyi fikirlər müzakirə yaradıb. Belə ki, ilahiyyatçı efirdə “ən böyük günah günahkarı məyus etməkdir” deyərək bunun Məhəmməd Peyğəmbərdən gələn hədis olduğunu bildirib. Sosial şəbəkələrdə Hacı Surxayın bu görüntüləri tənqidlə qarşılanıb. Çoxsaylı şərhlərdə belə bir hədis olmadığı, ən böyük günahın isə Allaha şərik qoşmaq olduğu yazılıb.
Pravda.az-a Hacı Surxay Məmmədlidən mövqe öyrənməyə çalışsa da, mümkün olmayıb.
İlahiyyatçı Tural İrfan isə həmkarının açıqlamasını belə şərh edib: “İslamın özək mənbəyi olan “Qurani-Kərim” vəhyinə əsasən, ən böyük günah Allaha şərik qoşmaqdır. Çünki İslam dininin gəlmə səbəbi məhz insanların bütləri Allaha şərik qoşmaları idi. Əgər tövbə edilib bu günah tərk edilməsə, Allah özünə şərik qoşanı əsla əfv etmir. Ondan da böyük günah həmin şəriklərə ibadət etmək, onlardan yardım ummaqdır. Əgər o dövrdə şəriklər bütlər idisə, indi də pirlər, seyidlər, qəbirlər və başqa şeylərdir. Hətta Peyğəmbərin özünü, Əhli-beyt imamlarını, övliyaları da Allaha şərik qoşurlar. Ən böyük günah budur. Günahkarı məyus etmək isə günah deyil, istiqamətdir. “Qurani-Kərim”də Allah günahkarları məyus edir ki, tövbə etsinlər. Günahkarı tərifləmək, öymək, haq qazandırmaq olmaz. Elə olduqda o günaha daha da meyl edib cəsarət tapar. Peyğəmbərin belə hədisi yoxdur ki, günahkarı məyus etmək olmaz. Belə düşüncə qədim fars dinlərindən keçmədir, İslama dəxli yoxdur. Bəzi ruhanilər son zamanlar dini ciddi şəkildə təhrif edirlər. İslamın əsas prinsiplərini kənara qoyub, xurafat, cəhalət yayırlar, cəmiyyəti çaşdırırlar. Bu, doğru deyil. Günahkarı tövbə etməyə təşviq etmək üçün “Qurani-Kərim”də şiddət ayələri var. Adəm Peyğəmbər də günah etdi, Cənnətdən çıxdı. Allah onu məyus etdi, tənbeh etdi, o da nəticədə tövbə edib, hidayət oldu. Amma Allah ona xətasına görə haq qazandırmadı”.
İlahiyyatçı bildirib ki, günahkarı sadəcə naümid etmək, tövbə etdiyi təqdirdə belə ümidsiz etmək doğru deyil: “Yəni bəziləri günah edir, sanki bu günahın bağışlanmayacağını zənn edərək tövbə əvəzinə daha da günaha davam edirlər. Elə güman edirlər ki, onsuz da Allah məni bağışlamaz. Bax, bu da doğru deyil. Allahdan ümid kəsilməz, tövbə qapıları açıqdır. Əgər insan bir daha pis əmələ dönməyəcəksə, onun tövbəsi məqbuldur. Tövbə etməsi, pis əməlin mahiyyətini anlaması üçün onu tənbeh etmək, məyus etmək lazımdır. İnsanları günaha təşviq etmək, həvəsləndirmək olmaz. “Quran”ın, İslamın mahiyyətini kənara qoyub, fars, ərəb modellərini tətbiq etməyə cəhd etmək, din adına sırımaq dinə zərbədir. Əsas mənbə “Quran”dır. Orada da ən böyük günah şirkdir”. VİDEO BURADA....


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banklarda nağd pul çatışmazlığı yaranıb?
Bu gün, 18:04 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Bu gün, 18:01 |
|
|
|
• Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 18:00 |
|
|
|
• 240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• Deputatın partiyası da qurultaya gedir
Bu gün, 17:55 |
|
|
|
• 6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Bu gün, 17:48 |
|
|
|
• "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Bu gün, 17:47 |
|
|
|
• Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Bu gün, 17:41 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:37 |
|
|
|
• "Bu, tamam başqa bir hissdir"
Bu gün, 17:35 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Bu gün, 17:32 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Bu gün, 17:30 |
|
|
|
• İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Bu gün, 16:33 |
|
|
|
• Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Bu gün, 16:31 |
|
|
|
• Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Bu gün, 16:28 |
|
|
|
• Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Bu gün, 16:24 |
|
|
|
• Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Bu gün, 16:21 |
|
|
|
• Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Bu gün, 16:17 |
|
|
|
• Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Bu gün, 15:58 |
|
|
|
• Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Bu gün, 15:56 |
|
|
|
• Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:26 |
|
|
|
• Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19 |
|
|
|
• “Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17 |
|
|
|
• İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02 |
|
|
|
• QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57 |
|
|
|
• “Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52 |
|
|
|
• Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49 |
|
|
|
• Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04 |
|
|
|
• Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01 |
|
|
|
• Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58 |
|
|
|
• LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53 |
|
|
|
• BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42 |
|
|
|
• “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34 |
|
|
|
• Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30 |
|
|
|
• Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27 |
|
|
|
• Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25 |
|
|
|
• Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23 |
|
|
|
• BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21 |
|
|
|
• Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19 |
|
|
|
• Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19 |
|
|
|
• Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17 |
|
|
|
• Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01 |
|
|
|
• SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59 |
|
|
|
• Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57 |
|
|
|
• Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07 |
|
|
|
• Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03 |
|
|
|
|