Suyun qiyməti bahalaşacaq? - BELƏ HARA GEDİRİK?..
Tarix: 15-10-2024, 14:00 | Çap et
 "Azərbaycanda suyun tarifinin diferensiallaşması təkcə suyun qiymətinin artacağı anlamına gəlməməlidir. Su tariflərinin diferensiallaşdırılması zamanı bəzi bölgələrdə suyun qiyməti ucuzlaşa da bilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov söyləyib. Qeyd edək ki, Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq. Bu, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb. Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq. Ekspertin qənaətinə görə, su tarifinin diferensiallaşdırılması dünyada mövcud olan praktikadır.
F.Həsənov bildirib ki, su mənbələrinə yaxın yerlərdə suyun qiyməti baha olmamalıdır. Dosentin sözlərinə görə, su mənbələrinə yaxın yerlərdə suyun qiyməti Bakı və Abşerondan ucuz olmalıdır. "Suyun düzgün diferensiallaşdırılmasının arxasında duran məsələ ondan ibarətdir ki, əhali ölkənin müxtəlif yerlərində içməli su mənbələrinə yaxın və ya aralı yaşayır. Onlara suyun çatdırılmasının maya dəyəri də müxtəlifdir. Suyun maya dəyəri Bakı və Abşerona çatdırılana qədər kəskin artır. Abşeronda su mənbəyi yoxdur. Su Bakı və Abşerona bölgələrdən gətirilir. Ona görə də, suyun daşınma xərci hesablanmalıdır. Kürdən gətirilən su Bakı və Abşeronda əhaliyə verilməzdən öncə həm də təmizlənməlidir. Suyun süzgəcdən keçirilməsinə də xeyli vəsait xərclənir. Amma məsələn, Cəbrayılda, Füzulidə yerdən çıxan suyun, kəhrizlərdən gələn suyun təmizləməsinə ehtiyac yoxdur. Həmin suyu birbaşa əhaliyə vermək olar. Ona görə də su mənbələrinə yaxın yerlərlə müqayisədə uzaq yerlərdə su tarifləri fərqli olmalıdır. Bu Türkiyədə də belədir", deyə F. Həsənov bildirib. Həmsöhbətimiz bildirib ki, su resurslarına yaxın olan yerlərdə yaşayanlar suya yüksək qiymət ödəməsi doğru deyil. İqtisadçı Natiq Cəfərli isə bu qənaətdədir ki, ölkəmizdə tariflərlə bağlı istənilən dəyişikliklər mütləq şəkildə qiymətlərin artmasına gətirib çıxarır. "Azərbaycanda onsuz da suyun qiyməti çox bahadır. Yeni yanaşma tətbiq olunacaqsa, sözsüz ki, bu qiymət artımına səbəb olacaq. Su tarifləri diferensiallaşdırılarkən qiymət bəzi yerlərdə bahalaşdırıla və ucuzlaşdıra bilər. Ancaq bu barədə hələ ki, məlumat yoxdur. Dünyada suyun qiymətinə fərqli tariflər tətbiq edilir. Amma bu zaman operatorlar fərqli olur. Dövlət topdansatışla məşğul olur. Suyun vətəndaşlara çatdırılması ilə isə özəl yerli şirkətlər məşğul olur. Müqavilələr də əhali ilə fərdi qaydada bağlanır. Buna görə də vətəndaşların suyun keyfiyyətli verilməsini həmin şirkətlərdən tələb etmək hüququ yaranır. Hazırda xüsusilə Bakı və paytaxt ətrafında suyun kəsilərək günlərlə verilməməsi hallarına tez-tez rast gəlinir. Vətəndaşlar dövlətdən suyu tələb etdikdə müxtəlif bəhanələr gətirilir. İnsanlar günlərlə hansısa borunun təmir olunmasını gözləyərək susuz qalır. Amma su özəl şirkətlər vasitəsilə əhaliyə satıldıqda, vətəndaş həmin operator şirkətdən müqaviləyə əsasən dayanıqlı və fasiləsiz su verilməsini tələb edə bilir. Supaylayıcı şirkətlərin üzərinə birbaşa məsuliyyət qoyulur", - deyə Natiq Cəfərli bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov isə bu qənaətdədir ki, su tarifinin regiona yox, vaxta bağlı olması daha məqsədəuyğundur. "Suyun fərqli tarifi məhsulun maya dəyərinə təsir edəcək. Vaxta görə suyun fərqli tarifi daha məqsədəuyğundur. Suyun qiyməti qışda ucuz, yayda baha ola bilər. Su tariflərinin diferensiallaşdırılması suya qənaət imkanı yaradacaq. Fermerlər su itkilərini azaltmaq üçün daha müasir suvarma üsullarına keçə bilərlər", - Rövşən Abbasov söyləyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41 |
|
|
|
| • Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39 |
|
|
|
| • "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25 |
|
|
|
| • Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21 |
|
|
|
| • Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19 |
|
|
|
| • Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13 |
|
|
|
| • DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54 |
|
|
|
| • Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53 |
|
|
|
| • "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36 |
|
|
|
| • Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23 |
|
|
|
| • TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17 |
|
|
|
| • Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02 |
|
|
|
| • İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54 |
|
|
|
| • İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46 |
|
|
|
| • Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43 |
|
|
|
| • “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46 |
|
|
|
| • Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41 |
|
|
|
| • "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39 |
|
|
|
| • 'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35 |
|
|
|
| • 1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29 |
|
|
|
| • Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22 |
|
|
|
| • Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20 |
|
|
|
| • Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
| • Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
| • Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04 |
|
|
|
| • 8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01 |
|
|
|
| • Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54 |
|
|
|
| • Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52 |
|
|
|
| • Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43 |
|
|
|
| • “Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26 |
|
|
|
| • Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57 |
|
|
|
| • Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02 |
|
|
|
| • “Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59 |
|
|
|
| • “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54 |
|
|
|
| • Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52 |
|
|
|
| • Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43 |
|
|
|
| • Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41 |
|
|
|
| • ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38 |
|
|
|
| • “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24 |
|
|
|
| • Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19 |
|
|
|
| • Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17 |
|
|
|
| • Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03 |
|
|
|
| • Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00 |
|
|
|
| • İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Dünən, 16:55 |
|
|
|
| • Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
| • "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Dünən, 16:36 |
|
|
|
| • Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Dünən, 16:33 |
|
|
|
|