Bu ilin yanvar–oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 73,7 milyard manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Adambaşına düşən nominal gəlir isə 7 min 196,8 manat və ya ayda 719,7 manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 7,7 faiz artım deməkdir.
Hesabat dövründə əhalinin sərəncamında qalan gəlirlər 64,8 milyard manat səviyyəsində qeydə alınıb. Bu göstərici 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8,3 faiz artaraq 59 milyard 811,8 milyard manatdan 64 milyard 793,6 milyard manata yüksəlib. Adambaşına düşən sərəncamda qalan gəlirlər isə 6 min 326,6 manat və ya ayda 632,6 təşkil edib və illik müqayisədə 7,9 faiz artıb.








