Bakının dostu müharibə elan etdi .....                     Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                     Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib .....                     Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir .....                     Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                 

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə - NARAZILIQ VAR
Tarix: 1-04-2014, 13:16 | Çap et
Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə
Ağcabədi rayonu Şənlik kəndinə məxsus 4 saylı Dəlləkli- Muğanlı torpaq sahəsində Laçından köçkün düşmüş ailələr məskunlaşıblar. Həmin ərazidə onlar əsasən maldarlıqla məşğul olurlar. Əldə etdikləri ət, süd məhsullarını da Ağcabədinin yerli bazarında satırlar. Hətta yerli süd zavoduna da məhsul verirlər. Ərazi çox genişdir və əsasən düzənliklərdən ibarətdir. Hava yağmurlu olduqda isə bu əraziyə gediş- gəliş məhdudlaşır. Düzənliyin bir tərəfi Kür çayına gedib çıxır. Ancaq köçkünlər bu əraziləri itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Onlara deyilib ki, bir şirkət bu əraziləri

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə

icarəyə götürüb və orada taxılçılıqla məşğul olmaq istəyir. İndi Laçın köçkünlərindən ərazini tərk etmələri tələb edilir. Biz orada olduğumuz vaxt köçkünlərin evlərinin yaxınlığına kimi ərazinin şumlandığının şahidi olduq:

“ARTIQ HEYVAN OTARMAQ ÜÇÜN YERİMİZ QALMAYIB”

Ərazidə yaşayan 74 yaşlı Ağcabədi rayonu Şənlik kəndin:

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə

“Biz Laçın rayonunun Qarakeçid kəndindənik. Köçkün düşəndə biz gəlib Şənlik kəndinin bu insan yaşamayan ərazisində məskunlaşdıq. Biz bura gəldiyimiz vaxtdan mal- qara saxlayıb, dolanmışıq. Uzun illərdən sonra indi bir şirkət peyda olub, gəlib bizə deyir ki, bu torpaq mənimdi, siz buradan çıxmalısınız. Açığı bilmirik nə edək? Biz bilirik ki, bu işi edənlər yerli məmurlardır. Cənab prezidentin bu işdən xəbəri yoxdur. Bizə buradan çıxmaqla bağlı hər hansı konpensasiya təklif olunmayıb. Biz burada 8 ailə yaşayırıq və ümumilikdə 80 baş iri buynuzlu mal-qaramız var. Bu şirkət bizi hər tərəfdən mühasirəyə alıb və artıq heyvan otarmaq üçün demək olar ki, yerimiz qalmayıb. Bütün əraziləri şumlayıblar. Biz əldə etdiyimiz məhsulu satıb bir təhər dolanırıq. Dədə-babadan mal heyvanla dolanmışıq. Torpaqlarımızı əlimizdən alsalar biz məhv olacağıq. Yaşaya bilməyəcəyik. Müharibə vaxtı bizdən əsir düşən də olub, ölən də. Mən özüm vuruşmuşam, indi nə edək taleyimiz belə gətirdi? Biz azsaylı xalqıq, Kürdük. Dəfələrlə rayon rəhbərliyinə, torpaq şöbəsinin müdirinə, pambıq zavodunun müdirinə demişik. Xahiş etmişik ki, belə haqsızlıq etməyin, xeyri yoxdur, öz bildiklərini edirlər. Mən özüm şerə, sənətə, saza, sözə yaxın adamam, kitabım da nəşr olunub. Ulu öndərin oğlu İlham Əliyev ədalətli adamdı. İnşallah bizə rəhm edəcək. Bütün bunlar rayon rəhbərinin, torpaq şöbəsinin müdirinin əli ilə edilir”.

Digər köçkün İlyas Məmmədov:

“BELƏ OLSA BİZ DOLANA, YAŞAYA BİLMƏYƏCƏYİK”

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə

“Mənim hesabıma görə, burada təxminən 40 hektara yaxın sahəmiz var. İki oğlum, bir kürəkənim yanımda məskunlaşıb. Axır birtəhər dolanırdıq. İndi bu ərazilər başqa adamlara verilib və həmin 40 hektar yerimiz də əlimizdən alınmaq üzrədir. Axı belə olsa biz dolana, yaşaya bilməyəcəyik. Başqa əlimizdən nə alver gəlir, nə də ki, başqa iş. Heyvan saxlamağa yer lazımdır, onu da əlimizdən zorla alırlar”.

Bərzani Axundovun dedikləri:

“YA BİZİ BAŞQA ƏLVERİŞLİ YERƏ KÖÇÜRSÜNLƏR, YA DA...”

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə

“Bu ərazidə qırmızı kitaba düşmüş, yolğun ağacları var. Rəhmətlik ulu öndər H.Əliyev deyib ki, ağac mənim sağ qolumdu. Burada minlərlə hektar meşələri ağır texnika ilə məhv elədilər. Hansısa məmurlar burada taxıl əkəcək. Hansı ki, bu torpaqlar pambıq üçün nəzərdə tutulub. Bu işi həyata keçirənlər deyir ki, bu dövlət proqramına uyğun həyata keçirilir. Onlar deyir ki, ölkədə taxıl qıtlığıdır, ona görə bu ərazilərdə meşəliklər məhv edilib yerində taxıl əkilir. Ya bizi başqa əlverişli yerə köçürsünlər, orada öz mal qaramızı saxlayaq, ya da bizə dəyməsinlər”.

ƏRAZİDƏ QIZĞIN İŞ GEDIR...

Biz ərazidə olanda qızğın iş gedirdi. Ərazidə işləyən traktorçu deyirdi ki, su nasosu üçün yer tikirlər. Əraziyə Kürdən su çəkiləcək. Traktorçuların sözlərinə görə, ərazidə artıq 5 aydır iş gedir. Ancaq onlar işin sifarişçisinin kim olduğunu bilmirdilər.

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə

​Köçkünlərin şikayətlərinə münasibət öyrənmək üçün icra hakimiyyətinə yollandıq. Başçının humanitar məsələlər üzrə müavini, Əbülfət Tapdıqovla danışa bildik. Ancaq o bu məsələdən xəbərsiz oldğunu dedi. Bizə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komutəsinin yerli şöbəsinə müraciət etməyimizi məsləhət bildi. Biz isə başçının aqrar məsələlər üzrə müavini Leyla Əsgərova ilə telefon əlaqəsi saxladıq. O isə telefonla danışmaq istəmədiyini bildirdi.

“ONLARIN 100 HEKTAR TORPAĞI VAR, BƏS ELƏMİR?”

Daha sonra rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanova üz tutduq. Onun cavabı belə oldu:

“Laçından olan köçkünlərin torpaqları özlərindədir. Həmin ərazilərdə başqa təsərrüfatlar yaranıb və torpaqlar onlara verilib. Yenə deyirəm köçkünlərin istifadəsində olan torpaqlara toxunulmur. Heç bu nəzərdə belə tutulmayıb. 100 hektar onların torpağı var, bəs eləmir? Orada işləyən təsərrüfatların hamısı dövlət proqramına uyğun yaradılmış təsərrüfatlardır. Həmin ərazilərdə pambıq, buğda, arpa əkiləcək. Təsərrüfatların kimlərə məxsus olduğunu bilmirəm, deyə bilmərəm. Nə əcəb laçınlılar sizə deməyib?”

Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə

Abbas Süleymanov deyir ki, o rayon rəhbərliyinin tapşırıqları əsasında işləyir:
“Bilirsiniz rayonun rəhbəri var, mən kiməm. Mənə nə deyirlər onu da edirəm. Lazımi yerlərə rəsmi şəkildə müraciət olunub, əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra Kür çayının əsas hissəsindən yarılaraq su nasosu tikilməsi üçün işlər aparılıb. Hazırda iş yekunlaşmaq üzrədir. Gələcəkdə həmin sahələrin suvarılması üçün bu vacibdir. O, insanların kifayət qədər torpaqları var. Həm də ki, cəmisi orda 2 ailə yaşayır. Ayıbdır yalan danışmasınlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Dünən, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Dünən, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Dünən, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Dünən, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Dünən, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Dünən, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Dünən, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Dünən, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Dünən, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Dünən, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Dünən, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Dünən, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Dünən, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Dünən, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Dünən, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru