“Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb” – İqtisadçı səbəbləri açıqladı
Tarix: 8-08-2024, 17:08 | Çap et
 Azərbaycanda dolların bahalaşmaması üçün heç bir səbəb qalmayıb. Bildiyimiz kimi, ölkənin milli valyutasının məzənnəsinə təsir edən əsas amil tədiyə balansının vəziyyətidir. Mərkəzi Bank bu ilin ilk yarısı üçün tədiyə balansının vəziyyətini açıqlamayıb. Lakin, bu ilin ilk rübünə aid məlumatlardan açıq şəkildə görürük ki, tədiyə balansında kəskin azalma var. Əgər ötən ilin ilk rübündə cari əməliyyatlar hesabının profisti 3,4 milyard dollar olmuşdusa, bu ilin ilk rübündə təxminən 2 dəfə azalaraq 1,7 milyard dollara düşüb. İllik müqayisədə azalma daha böyükdür. Belə ki, 2022-ci ildə cari əməliyyatlar hesabının profisti 23,5 milyard dollar olduğu halda, 2023-cü ildə 8,3 milyard dollara düşüb. Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, son bir ildə tədiyə balansının cari əməliyyatlar hesabının profistində 2,8 dəfə azalma var. Milli valyutanın məzənnəsinə təsir edən əsas amil tədiyə balansı olsa da, digər vacib amillərdə də ciddi dəyişikliklər var. Son 3 ildə milli valyutanın məzənnəsinə təsir edən bu amillərə nəzər salsaq açıq şəkildə görərik ki, ciddi azalmalar var. Son 3 ildə ölkədə neft hasilatı: Yanvar-İyun 2022-ci il – 16,4 milyon ton ; Yanvar-İyun 2023-cü il – 15,2 milyon ton; Yanvar-İyun 2024-cü il – 14,4 milyon ton.
Son 3 ildə xam neftin dəyər ifadəsində ixracı: Yanvar-İyun 2022-ci il – 9,4 milyard dollar; Yanvar-İyun 2023-cü il – 7,8 milyard dollar; Yanvar-İyun 2024-cü il – 7 milyard dollar.
Neft hasilatının və ixracının azalması öz növbəsində ölkəyə valyuta daxilolmalarını da azaldır. Valyuta daxilolmalarının azalmasına paralel olaraq, valyutaya tələb də artır. Müqayisə üçün son 3 ilin 1-8 avqust tarixlərində valyuta hərracında satılan valyutanın məbləğinə diqqət edək: 1-8 avqust 2022-ci il – 104,9 milyon dollar; 1-8 avqust 2023-cü il – 93 milyon dollar; 1-8 avqust 2024-cü il – 200 milyon dollar. Göründüyü kimi, ötən ilin eyni dövrü ilə müqayisədə bu il avqust ayının ilk 8 günündə valyutaya tələb 2 dəfədən çox artıb. Manata təzyiq edən vacib amillər arasında Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi də var. Azərbaycanın məhsul idxal etdiyi 3 əsas ölkə var. Bunlar Çin, Rusiya və Türkiyədir. Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanın ümumi idxalının 49%-i bu 3 ölkənin payına düşüb. Əgər bu ölkələrin milli valyutaları dollar qarşısında dəyərdən düşürsə, bu manat üzərində də böyük təzyiq yaradır. Son 2 ildə Çin, Rusiya və Türkiyənin milli valyutalarının dollar qarşısındakı məzənnəsi aşağıdakı kimi dəyişib:

Azərbaycanın idxalda əsas ticarət tərəfadşı olduğu bu ölkələrdə milli valyutanın ucuzlaşması idxalı bir qədər də artıra bilər. Bu da öz növbəsində Azərbaycanda dollara olan tələbatın artmasına səbəb olacaq. Çünki insanlar mal gətirmək üçün daha çox valyuta almağa çalışacaqlar. Qeyd etdiyimiz məlumatlardan da açıq şəkildə görülür ki, milli valyutaya – manata təzyiqlər kəskin artıb. Belə bir vəziyyətdə dolların manat qarşısında tezliklə bahalana biləcəyi ehtimalı yüksəkdir. Amma onu da qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi valyuta bazarındakı tələb-təklif əsasında deyil, Mərkəzi Bank tərəfindən müəyyən olunduğu üçün məzənnənin nə zaman və hansı səviyyədə dəyişəcəyini proqnozlaşdırmaq olduqca çətindir.
İqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.Com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Bu gün, 17:47 |
|
|
|
• Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Bu gün, 17:41 |
|
|
|
• Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Bu gün, 17:23 |
|
|
|
• “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Bu gün, 17:19 |
|
|
|
• Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Bu gün, 17:15 |
|
|
|
• Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Bu gün, 17:14 |
|
|
|
• Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Bu gün, 17:10 |
|
|
|
• DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Bu gün, 17:01 |
|
|
|
• Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Bu gün, 16:54 |
|
|
|
• İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Bu gün, 16:50 |
|
|
|
• Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Bu gün, 16:48 |
|
|
|
• Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Bu gün, 16:45 |
|
|
|
• RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:39 |
|
|
|
• Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Bu gün, 16:34 |
|
|
|
• Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Bu gün, 16:31 |
|
|
|
• ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 16:28 |
|
|
|
• "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Bu gün, 16:26 |
|
|
|
• Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Bu gün, 16:24 |
|
|
|
• Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Bu gün, 16:08 |
|
|
|
• İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Bu gün, 16:05 |
|
|
|
• Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Bu gün, 16:01 |
|
|
|
• Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Bu gün, 15:57 |
|
|
|
• İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Bu gün, 15:53 |
|
|
|
• Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Bu gün, 15:31 |
|
|
|
• Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Bu gün, 15:29 |
|
|
|
• Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Bu gün, 15:27 |
|
|
|
• “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Bu gün, 15:25 |
|
|
|
• Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 15:22 |
|
|
|
• Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Bu gün, 15:14 |
|
|
|
• Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Bu gün, 15:11 |
|
|
|
• Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Bu gün, 15:00 |
|
|
|
• Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00 |
|
|
|
• AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52 |
|
|
|
• Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49 |
|
|
|
• “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33 |
|
|
|
• Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27 |
|
|
|
• Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24 |
|
|
|
• II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21 |
|
|
|
• Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19 |
|
|
|
• Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17 |
|
|
|
• Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14 |
|
|
|
• Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08 |
|
|
|
• AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57 |
|
|
|
• İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41 |
|
|
|
• “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38 |
|
|
|
• Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33 |
|
|
|
• Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25 |
|
|
|
• Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21 |
|
|
|
|