Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                     ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                 

Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI - FOTO
Tarix: 1-08-2024, 15:59 | Çap et
Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI
31 iyul 2024-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclasında 2024-cü ilin birinci yarısında şəhərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Şəhər İcra Hakimiyyəti başçısının, YAP Şirvan şəhər təşkilatının sədrinin, Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən yığıncaqda öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, “İDEA” İB-nin “Bizim həyət” layihəsi çərçivəsində yeni “Abad məhəllə”lərin və yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edib.
Bildirib ki, 15 mart 2024-cü il tarixli, 43 nömrəli Sərəncamı ilə Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib. Proqramın məqsədi Şirvan şəhərinin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və digər kompleks tədbrləri təmin etməkdən ibarətdir. Bu istiqamətdə atılacaq addımlar sırasına dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkanlarının yaradılması, şəhər əhalisi üçün əlçatan, etibarlı və müasir enerji xidmətləri, habelə təmiz enerji texnologiyalarının tətbiqi, iqtisadi inkişafı və insan rifahını dəstəkləyən keyfiyyətli və möhkəm infrastrukturun qurulması, habelə ekoloji ekosistemlərin dayanıqlığının təmin edilməsi kimi prioritet məsələlər proqrama daxil edilmişdir. Bildirib ki, ölkədə aparılan uğurlu islahatlar şəhərimizin iqtisadiyyatında da əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Belə ki, Şirvan şəhərində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 2024-cü ilin 6 ayı ərzində 336 milyon 287,6 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 56,2 faizi dövlət, 43,8 faizi isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal olunmuşdur. 2024-cü ilin 6 ayı ərzində şəhərdə 108.4 min ton əmtəəlik neft, 2.3 milyon m3 əmtəəlik qaz və 2 milyard 695,9 milyon kvt-saat elektrik enerjisi istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,3 faiz, sərnişin daşınması isə 8,1 faiz artmışdır. 2024-cü ilin 6 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 1,1 faiz, ödənişli xidmətlərin həcmi isə 6,7 faiz artmışdır.
Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 857,0 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz çox olmuşdur.
Yığıncaqda Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva 2024-cü ilin 6 ayı ərzində şəhərdə ictimai-siyasi və keçirilmiş digər tədbirlər barədə geniş məlumatla çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, yeni nəslin vətənpərvərlik, azərbaycançılıq və müstəqil dövlətçilik prinsipləri əsasında formalaşdırılması, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılması, onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi işi davam etdirilmişdir. Qeyd edib ki, hesabat dövrü ərzində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Şirvan şəhərində maarifləndirmə tədbirləri keçirilmiş, şəhər ərazisində aparılmış yaşıllaşdırma tədbirləri ilə əlaqədar ümumilikdə 2950 ədəd müxtəlif növ ağac, 7712 ədəd gül kolları əkilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğı Şirvan şəhərində də uğurla həyata keçirilmişdir.
Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Şaiq Şıxəliyev şəhərdə görülmüş abadlıq-quruculuq işləri haqqında məlumat verərək “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində şəhərin Tofiq İsmayılov 1,3,17 və 20 Yanvar 17,17A nömrəli yaşayış binalarının qarşısında ümumi sahəsi 1,2 hektar olan nümunəvi məhəllədə abadlıq işlərinin başa çatdırıldığını və Novruz bayramı ərəfəsində bina sakinlərinin istifadəsinə verildiyini qeyd edib. Həmçinin Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində turizm nümayiş obyekti kimi istifadə oluna biləcək İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkında əsaslı yenidənqurma işlərinin aparılacağı, Kür çayı sahilində (sahilboyu) bulvarın salınacağı haqqında geniş məlumat verib.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Aynur Vələdova, Şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçuyev, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov çıxış edərək 2024-cü ilin 6 ayı ərzində ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib. Dövlətimizin başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyi, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan müstəqil dövlətçilik strategiyasının davam edəcəyinə inam ifadə olunub.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçıları adından şəhər Məhkəməsinin sədri Etibar Hümbətovu doğum günü münasibətilə təbrik edərək nailiyyətlər arzu edib.

Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI
Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI
Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI
Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI
Şirvan Şəhər İcra Hakimiyyətində mühüm TOPLANTI










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Bu gün, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Bu gün, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Bu gün, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Bu gün, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Bu gün, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Bu gün, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Bu gün, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Bu gün, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Bu gün, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Bu gün, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Bu gün, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Bu gün, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Bu gün, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Bu gün, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Bu gün, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Bu gün, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Bu gün, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Bu gün, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Bu gün, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Bu gün, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Bu gün, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Bu gün, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Bu gün, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Bu gün, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Bu gün, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Bu gün, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Bu gün, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Bu gün, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Bu gün, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru