Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                     Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                     “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır .....                     Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? .....                     Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... .....                     Corab satan aktyorun 2 evi varmış: .....                     Məktəb direktorunun səs yazısı yayıldı .....                     Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                     Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj .....                     II Qaregin həbs oluna bilər .....                     Canlı yayımda gərgin anlar .....                 

Paranoik diplomatın hədyanları - İranın səfirini Azərbaycana qarşı kim kökləyir?
Tarix: 20-07-2024, 11:32 | Çap et
Paranoik diplomatın hədyanları
Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etdi. Ötən il diplomatik nümayəndəliyimizə edilən silahlı hücumdan sonra səfirliyin normal fəaliyyətinin bərpası aydındır ki, sadə məsələ deyil və mürəkkəb danışıqların nəticəsidir. Eyni zamanda, bu, rəsmi Bakının cənub qonşusuna doğru atdığı addım, xoş məram jestidir. Səfirliyimizə edilən hücum sıradan hadisə deyildi. Xüsusilə 44 günlük müharibənin gedişində və sonra rəsmi Tehranın ayrı-ayrı instansiyaları tərəfindən Azərbaycana münasibətdə aqressiv davranış adi hal almışdı. Bu abı-havanın sıravi vətəndaşlara da sirayət etməməsini düşünmək absurd olardı.

Aqressiv diplomatiyanın iflası

Azərbaycanın Tehrandakı səfirliyinin təqribən bir il ərzində işləməməsi yaşanan diplomatik gərginliyə rəsmi Bakının adekvat reaksiyası idi. Hamı bilir ki, bu hücum sadə vətəndaş cinayəti deyildi. Çünki sıravi iranlının diplomatik nümayəndəliyimizə silahla soxulmasının dövlətlərarası və geosiyasi müstəvidə də eynisi yaşanırdı: II Qarabağ savaşı günlərində qonşuluq münasibətlərinə xoş olmayan bəzi xəbərlər geniş ictimaiyyət üçün də müzakirə mövzusu olmuş və Azərbaycanda dərin təəssüf hissi yaratmışdı. Qonşuluqdan savayı, İslam dövləti olan İranın onillərdir müsəlman azərbaycanlıların qətlinə, deportasiyasına, Qarabağdakı məscidlərimizin dağıdılmasına qeyri-adekvat münasibəti cəmiyyətimizdə cənub qonşumuz haqqında təsəvvürlərin formalaşmasına təsir etməyə bilməzdi.

Son üç il göstərdi ki, Tehran 44 günlük müharibə ərzində nümayiş etdirdiyi arzuolunmaz siyasəti davam etdirmək niyyətindədir. İran rəsmilərinin ən yüksək səviyyədə Zəngəzur dəhlizinə münasibətdə qısqanc və qızışdırıcı reaksiyası, tarixi Azərbaycan torpağı olan bu bölgədə ilk konsulluğu açması, açılışa hətta xarici işlər nazirinin də təşrif buyurması İrəvana göstərilən güclü diplomatik dəstəyin göstəricisi idi. Durum regional siyasi tarazlıq baxımından o qədər anormal görüntü almışdı ki, yarıməsrlik düşmənlər - ABŞ ilə İranın, NATO ilə Tehranın maraqları üst-üstə düşür, sanki atdıqları addımların koordinasiya edildiyi təsəvvürü yaranırdı. Üstəgəl, İranın ölkəmizə münasibətdə ikitərəfli platformada da aqressiyaya meylli davranışları, məsələn, düz sərhəddə hərbi təlimlər keçirməsi təəssüf doğuran hadisə idi. Təbii ki, Azərbaycanın da bu reallığa münasibəti adekvat olmalı idi və hazırki gerçəklik cənub qonşumuzun bu canfəşanlığının iflas etdiyinin, Bakının isə daha bir regional diplomatik qələbə qazandığının göstəricisidir.

Səfirlik niyə bərpa olundu?

Narazılıqları unutmaq və barışmaq özünəinamın göstəricisidir. Bu baxımdan səfirliyimizin işinin bərpası bu qədər ədalətsizliyə rəğmən regional sülh və sabitlik naminə atılmış effektiv addımdır. Bu gedişlə rəsmi Bakı ciddi tərəfdaş olduğunu və xoş məramını nümayiş etdirir. Sürətlə dəyişən bölgəmizdə qlobal iqtisadi, logistik və infrastruktur layihələr həyata keçirilir. Bu layihələrdən hər iki tərəfin eyni dividendləri əldə etməsi mümkündür. Ancaq bir şərtlə: ötən əsrdə qalmış hərbi-siyasi intervensiya cəhdləri unudulmalıdır. XXI əsrin reallıqları tarixi mifləri, kaprizləri və iddiaları inkar edir. Süni intellektin artan rolu şəraitində bölgədəki sərhədlərə və logistik marşrutlara orta əsr vizyonu ilə baxmaq mümkün deyil. İran paslanmış hərbi arsenalını dəyişməyə can atdığı kimi, regional dəyişikliklərə də adekvat baxış sərgiləməlidir. Bu baxımdan yeni seçilmiş prezidentə və onun komandasına asta, ürkək ümidlər ola bilər.

Səfir özfəaliyyəti, yoxsa ikibaşlı siyasət?

Təəssüf ki, Tehrandakı səfirliyimizin işə başlaması İran-Azərbaycan münasibətlərinə pozitiv prizmadan baxmaq üçün yetərli deyil. Qonşumuzun ikibaşlı xarici siyasəti ola bilsin ki, “Şərq incə məsələdir” deyiminin reallıqdakı təcəssümüdür. Ancaq ikitərəfli və regional müstəvidə problemlərin heç də hamısının aradan qalxmadığının əlamətidir. Söhbət bu ölkənin Ermənistandakı səfiri Mehdi Sobhaninin müəmmalı və aşkar anti-Azərbaycan məzmunlu bəyanatlarından gedir. Səfir Azərbaycana münasibətdə aqressiv və yalan dolu bəyanatlar verməkdə davam edir. Onun davranışları elə bir absurd həddə çatıb ki, diplomatın sanki özfəaliyyətlə məşğul olması təəssüratı yaradır. Sobhaninin rəsmi Tehranı illərdir tənqid edən Qərbin media orqanına müsahibəsində “Qarabağdan deportasiya edilən ermənilərin hüquqları” mövzusunda açıqlamaları ironiya və yüngül sarkazm doğurur. Ermənistan hökuməti üçün belə aktual olmayan bir mövzunun İran səfirini narahat etməsi, onun insan hüquqlarına dair mülahizələr irəli sürməsi gülünc deyilmi? İran və insan hüquqları?

Paranoik diplomatın hədyanları

Sobhaninin dövlətinin elan etdiyi prioritetlərdən xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Ola bilsin ki, Tehranda Azərbaycanla xoş münasibətlərə can atanlar kimi, əks mövqedə olanlar da var. Sobhani də həmin o köhnə qvardiyanın təmsilçilərindəndir, ilişib qalıb Ermənistan bataqlığında. Sızan məlumatlara görə, o, İranın yeni seçilmiş azərbaycanlı prezidentinə olduqca neqativ münasibət bəsləyir. Ancaq gerçəklik budur ki, ikitərəfli münasibətlər üçün bir yara, çiban rolunda çıxış edən diplomatın nəinki bu kimi bəyanatları davam etdirməsi, hətta onun Ermənistandakı səfir vəzifəsində qalması belə Tehran-Bakı münasibətlərində arzuolunmaz amilə çevrilir. Onun yaxın müddətə diplomatik fəaliyyətini bölgəmizdən uzaqda, məsələn, şərti Nikaraquada davam etdirməsi Tehrandakı yeni hakimiyyətin atdığı ən ağıllı addımlardan biri ola bilər. Ciddi dövlətlər ikitərəfli münasibətləri bir paranoik diplomatın güdazına vermirlər...

Prezident İlham Əliyevin İranın sabiq dövlət başçısı İbrahim Rəisi ilə Araz çayı üzərindəki görüşü ilə başlanan normallaşma prosesinin Tehrandakı yeni hakimiyyətlə davam etdirilməsi üçün ciddi imkanlar var. Ancaq ikitərəfli münasibətlər yalnız bir tərəfin iradəsi ilə düzəlməz. Problemlər qarşılıqlı xoş məramla aradan qaldırıla bilər.

"Kaspi" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Bu gün, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Bu gün, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Bu gün, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Bu gün, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Bu gün, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Bu gün, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Bu gün, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Bu gün, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Bu gün, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Bu gün, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Bu gün, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Bu gün, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Bu gün, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Bu gün, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Bu gün, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Bu gün, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Bu gün, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Bu gün, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Bu gün, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Bu gün, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Bu gün, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Bu gün, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Bu gün, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Bu gün, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Bu gün, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Bu gün, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Bu gün, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Bu gün, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38
Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33
Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25
Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru