Paşinyan iqtidarı odla oynayır: - Sülhə tələsənlərin gerçək məqsədi nədir?
Tarix: 20-07-2024, 14:02 | Çap et
 ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağı barədə xəbər yayılıb. Bununla bağlı, Ermənistan kimi KTMT üzvü olan ölkənin müdafiə strukturunda NATO-nun aparıcı ölkə nümayəndəsinin təmsil olunması və bunun nəticələrinin nə olacağı suallar doğurur. Böyük Britaniyada Azərbaycanla lideri ilə görüşdən yayınan Paşinyan hökumətinin addımları Ermənistanı yeni bir oyunun içində vurnuxmağa məcbur edir. Ermənistan o ölkədir ki, onun İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri mühafizə edir. Bəs ABŞ hərbçisi Ermənistanda nəyi mühafizə edəcək? Mövzu ilə bağlı politoloq Elşən Manafov və hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a danışıblar. Politoloq Elşən Manafov qeyd edir ki, ABŞ və Fransa Cənubi Qafqazda sülh və sabiltiyin bərqərar olmasında maraqlı olduqlarını bəyan etmələrinə baxmayaraq, onlar Paşinyan iqtidarının Azərbaycanla sülh danışıqlarından çəkindirirlər: "ABŞ və Fransadan Paşinyan iqtidarına göstərilən təzyiqlər güclənməkdədir. Çünki Avropa sammiti çərçivəsində Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtina etməsi belə bir fikri ifadə etməyə əsas yaradır. Fransa liderinin Azərbaycan əleyhinə açıqlamaları və ABŞ dövlət katibinin köməkçisinin açıqlamaları həm də Rusiyaya qarşı yönəlib. ABŞ-ın bölgə ilə bağlı hərəkətləri Rusiyanın maraqlarına qarşıdır. ABŞ danışıqlarda Qarabağı könüllü tərk etmiş ermənilərin taleyini qabardır, amma uzun illər ərzində evlərindən zorla qovulmuş azərbaycanlılarının faciəsini görməzdən gəlir. Bu baxımdan ABŞ və Fransanın mövqeyi rəsmi Bakının Cənubi Qafqazla bağlı siyasətinə adekvat deyil. Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtinası göstərir ki, bu ölkə himayədarları olmadan danışıqlara getməyə hazır deyil".
Politoloq qeyd edir ki, Paşinyanın görüşdən imtina mövqeyinə Makronun çox ciddi təzyiqi olub, o cümlədən ABŞ sülh danışıqlarının mətni ilə bağlı Azərbaycanın təkliflərini gözardı etməsi prosesləri çıxılmaz nöqtəyə gətirib çıxarır: "ABŞ və Fransanın məqsədi Azərbaycanın qlobal Cənubla, ŞƏT-lə əməkdaşlığına təsir göstərmək istəyidir. ABŞ Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsini də həzm etməyib. Ona görə də, Britaniyanın təklifi ilə keçiriləcək görüşün qarşısını alıb. Britaniyanın Azərbaycanla münasibətləri fərqlidir və bu ölkə Azərbaycan və Ermənistan arasında gedən proseslərə beynəlxalq hüquq çərçivəsində mövqe sərgiləyir". Onun sözlərinə görə, ABŞ hərbçisinin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlaması ilə bağlı xəbərlər də regionda vəziyyəti gərginləşdirəcək: "ABŞ və Aİ ilə hərbi texniki əməkdaşlığı genişləndirən Paşinyan iqtidarı hazırda odla oynayır. Ermənistanın son həftə ərzində ABŞ-la müdafiə sahəsində atdığı birgə addımlar, o cümlədən Aİ-nin mülki missiya adı altında bölgədə hərbi mövcudluğuna və bu mövcudluğun genişlənməsinə yaradılan şərait ümumilikdə sülh prosesini də ləngidən amillər sırasındadır. Qərbdəki havadarlardan Paşinyana verilən direktivlər bugünkü vəziyyətin əsas səbəbidir". Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə deyir ki, indi daha aydın olur ki, uzun illər ərzində ATƏT-in Minsk Qrupu adı altında regionda münaqişəni həll etməklə məşğul olan ölkələr niyə nəticəyə nail olmadılar: "Bu ölkələr 28 il ərzində məsələnin uzanması ilə məşğul olub. İndi ABŞ hərbi nümayədəsini Ermənistana göndərir, bundan əvvəl Fransa müdafiə naziri Ermənistana gəlib bu ölkəyə dəstəyini ifadə etmişdi. Ermənistana hücum deyil, müdafiə silahları verəcəklərini iddia etsələr də, sonradan isə bunun belə olmadığını gördük". Hərbi ekspertin sözlərinə görə, ABŞ-ın addımında əsas məqsəd Ermənistan hərbçilərini tədricən öz təsir dairəsinə salmaqdır: "Bu iki ölkənin öz işidir, amma Ermənistan işğalçı ölkədir və onun hərbiləşdirilməsi region üçün təhlükə mənbəyidir. Bu baxımdan Fransa və ABŞ bunu nəzərə almalıdırlar. Fransa prezidenti hazırda gedən proseslərdə qeyri-səmimi mövqe tutur. Bütün açıqlamalarında ABŞ və Fransa rəsmiləri sülhə tələsirlər. Ancaq hansı sülhə? Onların sülh dedikləri şey Azərbaycanın təkliflərinin gözardı edildiyi mətndir? Rəsmi Bakı İrəvandan konstitusiyasında işğalçılığa təşviq edən müddəaları dəyişməyi tələb edir. Bax bu təklifin reallaşması gerçək sülhü yarada bilər. Ermənistan elə bilir ki, böyük ölkələr ona kömək edəcəklər. Paşinyan hökuməti Azərbaycanın işğal altında digər ərazilərini qaytarmaqla bağlı öhdəlik götürüb və bundan yayına bilməz".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Bu gün, 17:47 |
|
|
|
• Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Bu gün, 17:41 |
|
|
|
• Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Bu gün, 17:23 |
|
|
|
• “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Bu gün, 17:19 |
|
|
|
• Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Bu gün, 17:15 |
|
|
|
• Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Bu gün, 17:14 |
|
|
|
• Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Bu gün, 17:10 |
|
|
|
• DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Bu gün, 17:01 |
|
|
|
• Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Bu gün, 16:54 |
|
|
|
• İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Bu gün, 16:50 |
|
|
|
• Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Bu gün, 16:48 |
|
|
|
• Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Bu gün, 16:45 |
|
|
|
• RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:39 |
|
|
|
• Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Bu gün, 16:34 |
|
|
|
• Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Bu gün, 16:31 |
|
|
|
• ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 16:28 |
|
|
|
• "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Bu gün, 16:26 |
|
|
|
• Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Bu gün, 16:24 |
|
|
|
• Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Bu gün, 16:08 |
|
|
|
• İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Bu gün, 16:05 |
|
|
|
• Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Bu gün, 16:01 |
|
|
|
• Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Bu gün, 15:57 |
|
|
|
• İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Bu gün, 15:53 |
|
|
|
• Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Bu gün, 15:31 |
|
|
|
• Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Bu gün, 15:29 |
|
|
|
• Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Bu gün, 15:27 |
|
|
|
• “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Bu gün, 15:25 |
|
|
|
• Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 15:22 |
|
|
|
• Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Bu gün, 15:14 |
|
|
|
• Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Bu gün, 15:11 |
|
|
|
• Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Bu gün, 15:00 |
|
|
|
• Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00 |
|
|
|
• AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52 |
|
|
|
• Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49 |
|
|
|
• “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33 |
|
|
|
• Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27 |
|
|
|
• Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24 |
|
|
|
• II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21 |
|
|
|
• Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19 |
|
|
|
• Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17 |
|
|
|
• Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14 |
|
|
|
• Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08 |
|
|
|
• AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57 |
|
|
|
• İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41 |
|
|
|
• “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38 |
|
|
|
• Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33 |
|
|
|
• Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25 |
|
|
|
• Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21 |
|
|
|
|