Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır .....                     Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                     Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək .....                     Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                     Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                     “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır .....                     Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? .....                     Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... .....                     Corab satan aktyorun 2 evi varmış: .....                     Məktəb direktorunun səs yazısı yayıldı .....                     Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                 

İnternetin bahalaşan “benzini”... - BELƏ HARA GEDİRİK?..
Tarix: 20-07-2024, 09:03 | Çap et
İnternetin bahalaşan “benzini”...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər avqustun 15-dən genişzolaqlı internetin tariflərinə dəyişiklik edəcəklər. Bu barədə dövlət provayderləri məlumat yayıb. Bildirilir ki, Şirkətlər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə, 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.

Qeyd etmək yerinə düşər ki, onsuz da əhali internet provayderlərin aylıq ödənişə uyğun xidmət göstərmədiyindən şikayətçi idi. “”Aztelekom" internetin qiymətini müştərilərdən xəbərsiz qaldırıb. 15 manat ödədiyimiz internet üçün qəfildən 20 manat istəyirlər. Keyfiyyət bir yana, müştəridən xəbərsiz qiyməti necə qaldırmaq olar?" deyənlər çoxluq təşkil edir.

Mütəxəssislər də illərdir ki, Azərbaycanda mobil internetin keyfiyyətinin digər ölkələrlə müqayisədə aşağı olduğunu nəzərə çatdırır. Qafqaz regionunda mobil internetin həcmi və qiyməti ilə bağlı müqayisə apardıqda Azərbaycan standart aylıq internet paketlər üzrə heç bir parametr üzrə önə çıxmır. Bununla belə Azərbaycandakı mobil internet qiyməti Gürcüstandan 2 dəfə baha, Ermənistandan isə bir az bahadır. İllərdir Qafqaz regionunda ən sərfəli aylıq internet paketi Gürcüstanın təqdim etdiyi bildirilir. Türkiyə, Rusiya və ya Avropa ölkələri ilə isə müqayisə edilsə, daha qabarıq rəqəmlər ortaya çıxar. Bu səbəbdən də ölkəmizdə keyfiyyətsiz, zəif internetlə bağlı şikayətlər şikayətlər səngimək bilmir. Hər ay vaxtlı-vaxtında ödəniş edildiyi halda günün müxtəlif saatlarında internetin ya zəiflədiyini, ya da ümumiyyətlə olmadığını müşahidə edirik.

Ən acınacaqlısı isə odur ki, internet şəbəkəsinə tam qoşulmayan kəndlərimiz hələ də var. Ümumiyyətlə isə bölgələrin sosial-iqtisadi vəziyyətini, işsizliyi nəzərə alsaq, qiymət artımından sonra insanlar internetdən istifadə edə biləcəklərmi, o da sual yaradır. Bir-iki aydan sonra isə ali təhsil müəssisələrində, orta məktəblərdə dərslər də başlayacaq. Pandemiyadan sonra ənənəvi tədris tətbiq olunsa da, demək olar ki, müəllimlər şagirdlərə tapşırıqları əsasən onlayn şəkildə göndərir. Bir sıra dərs vəsaitləri, ədəbiyyatlar internet üzərindən axtarılır, əldə edilir. Bir sözlə, internet insanların həyatını zəbt edib. Yəni bahadır deyib, imtina etmək olmur, digər tərəfdən, insanlara seçim hüququnun verilməməsi də absurd görünür.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının rəhbəri Elvin Abbasov hesab edir ki, qiymət artımı qərarı veriləndə istehlakçını da nəzərə almaq lazım idi: “İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu ediblər”.

Elvin Abbasov deyir ki, qiymət artımı gözlənilən idi. Çünki ucqar bölgələrdə infrastrukturun qurulması üçün böyük pullar xərclənib. Mütəxəssis maarifləndirmə işinin zəif aparıldığını düşünür: “Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki, tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir”.

Ucqar bölgələrdə infrastruktur qurulması, genişzolaqlı internet imkanlarının yaradılması yaxşı haldır. İnternetin sürətinin artırılması da müsbət tendensiyadır. Hər halda beynəlxalq reytinqlərdə də faydasını görəcəyik. Amma qiymət artımı heç yerinə düşmədi. Bütün dünyada internet qiymətlərinin aşağı salınması müzakirə mövzusudur. Bizdə isə benzin və dizelin qiyməti artan kimi başqa sahələrdə də bahalaşma müşahidə edilir. Ucqar kəndlərə internet gətiririk, lakin düşünmürük ki, insanlar xidmət haqqını necə ödəyəcək. Onsuz da bölgələrdə 18 manatdan ucuz internet əldə etmək mümkün deyil. Bəzi özəl provayderlər 40 Mbit/s sürəti 15 manata təklif edir. Belə çıxır ki, indi qiymət 20 manatı aşacaq. Bizə kiçik rəqəmlər kimi görünə bilər, amma bölgə camaatı üçün ağır yükdür".

Milli Məclisin VI çağırış deputatı Aqil Abbas “Yeni Müsavat”a mözvu ilə bağlı bunları deyib: “Əlbəttə, mən də istəmirəm qiymət artımı olsun. Amma bu günə kimi kəndləri internetlə təmin etmək nə çətin bir şeydir ki?! Ölkənin bütünlükdə internetlə təmin olunması vacib amildir. Əhali bütün informasiyanı, qəzet materiallarını internet üzərindən əldə edir, mütləq internet olmalıdır. Amma bölgələrimizdə qiymətlər aşağı olmalıdır, bunu aidiyyəti qurumlar nəzərə almalıdır. Ümumiyyətlə, qiymət artımlarının hər zaman əleyhinə olmuşam”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də qiymətlərin artırılmasının əleyhinə danışıb: “Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırır. Görəsən ”yüksək sürətlər və yüksək qiymətlər" prinsipi doğrumu yanaşmadır? Baxıram ki, yenə manipulyasiyalar, yenə provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri bürüyüb aləmi. Görünən odur ki, sanki bir separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən birə 40% qaldırmaq istəyirlər. Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür ki, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər. Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün. Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100 Mbit/s etmək görəsən kimin ağlına gəlib. Hansı təfəkkürün məhsuludur bu? İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-i olmayan, min cür əziyyətlə çörəkpulu - gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı? Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq? Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun.

Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq , digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq.

Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib. On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi , həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb.

Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92% -ə çatıb. Bu çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı.

İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun.

Ekspert “Aztelekom minimal 100 Mbit/s sürət vermək iqtidarındadırmı ” sualına belə cavab verib: “Baxıram ki, Aztelekom tarana gedir. Açıqlayıblar ki, deyilənlər düzdür, amma dövlət provayderi də olsaq qiymətləri 40% qaldıracağıq. Gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir. Aztelekom-un tarana getməsi ilk öncə onun göstəricisidir ki , hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil. Aztelekom da nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Antiinhisarla da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir. Belə olan halda nə etməli? Düşünürəm ki , yenicə magistral (backbone) statusu qazanan Aztelekom-un hər bir müştəriyə minimal 100 Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur. İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb Aztelekomun elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki, Aztelekom-da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. Açıqlasın görək Aztelekom hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin Aztelekom bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var. Aztelekom güman ki, müqavilədə nəzərdə tutulanı deyil - aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq, sadə vətəndaşlara qarşı sadəcə ”çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək. Bununla o, uzağa gedə biləcəkmi? Bu da asılı olacaq İKTA və Antiinhisarın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Dünən, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Dünən, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Dünən, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Dünən, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Dünən, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Dünən, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Dünən, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Dünən, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Dünən, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Dünən, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Dünən, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Dünən, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Dünən, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Dünən, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Dünən, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Dünən, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Dünən, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Dünən, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Dünən, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Dünən, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Dünən, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Dünən, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru