Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır .....                     Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                     Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək .....                     Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                     Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                     “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır .....                     Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? .....                     Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... .....                     Corab satan aktyorun 2 evi varmış: .....                     Məktəb direktorunun səs yazısı yayıldı .....                     Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                 

Riyakarlığın fəlsəfəsi: 250 min azərbaycanlı haqda iftira - Bu qədər insan öz istəyi ilə doğma yurd-yuvasını tərk edib?
Tarix: 10-07-2024, 14:00 | Çap et
Riyakarlığın fəlsəfəsi: 250 min azərbaycanlı haqda iftira
Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Ankavanda keçirilən toplantısında Azərbaycanla bağlı diqqətçəkən fikir səsləndirib: “Azərbaycan bizə deyir: “Sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşatmayacağam” və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük sınaqdır”.

Onun səsləndirdiyi fikir kifayət qədər rasionaldır - Bakı ilə sülh müqaviləsi bağlanmayana, sərhəd delimitasiyasına, ölkə Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar çıxarılmayana qədər Ermənistan həmişə çağırışla üzləşəcək. Lakin müxalifət düşərgəsi Paşinyanın ağlabatan fikrini ciddi qəbul etməkdən imtina edir.

Belə ki, Baş nazirin bəyanatına cavab olaraq Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov qəzəbli etiraza başlayıb və qeyd edib ki, Paşinyanın Azərbaycanın revanşı ilə bağlı sözləri “Bakının gələcəkdə aqressiv hərəkətlərinə haqq qazandırmaq üçün istifadə olunacaq təhlükəli presedentə çevrilə bilər”.

Şarmazanovun sözlərinə görə, Paşinyanın bu bəyanatı Azərbaycanın Ermənistana və erməni xalqına qarşı keçmiş və gələcək bütün addımlarına, o cümlədən mümkün hərbi təcavüzə haqq qazandıra bilər.

Bu ideyanı həm də keçmiş deputat Arman Abovyan dəstəkləyib. Onun fikrincə, Ermənistanın indiki hakimiyyəti Azərbaycana güzəştə getmələrini qisas formulu ilə əsaslandırır: “Baxmayaraq ki, reallıqda Azərbaycanın Ermənistandan qisas almağa heç bir əsası yoxdur”(!).

Abovyan ciddi şəkildə hesab edir ki, “İrəvan münaqişənin başlanğıcında Ermənistanda yaşayan azərbaycanlılara qarşı heç vaxt vəhşilik etməyib”. Üstəlik, “Ermənistanda azərbaycanlılara qarşı nə qırğınlar, nə də təzyiqlər olub”, - deyə o sərsəmləyir.

Yəni, yaşı 1988-1989-cu illərdə Ermənistanda baş verən hadisələrin şahidi olduğunu deməyə əsas verən Abovyanın sözlərinə görə, 250 minə yaxın azərbaycanlı öz istəyi ilə doğma torpaqlarını tərk edibmiş. Belə çıxır ki, 1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən təmizləyin!”, “Ermənistan ermənilər üçündür” və s. kimi şüarların səsləndirildiyi kütləvi mitinqlər də olmayıb. Dəmirbulaq məscidi, eləcə də Azərbaycan orta məktəbi və C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı yandırılmayıb. Ermənistandan azərbaycanlıların qırğınlar, evlərin yandırılması, ermənilərin azərbaycanlılara hücumları ilə müşayiət olunan kütləvi surətdə deportasiyası baş verməyib...

Yəni, yalanın da bir həddi olmalıdır. Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, nəticədə onlar 185 yaşayış məntəqəsindən qaçıblar. Bu zaman 300-ə yaxın azərbaycanlı öldürülüb. Onlardan 49 nəfər qırğından qaçan zaman dağlarda donaraq, 41 nəfər vəhşicəsinə döyülmə nəticəsində, 35 nəfər vəhşicəsinə işgəncə nəticəsində həlak olub, 115 nəfər yandırılıb, 16 nəfər güllələnib, 10 nəfər işgəncələrə tab gətirməyərək can verib, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülüb, qalanları boğularaq asılıb, elektrik cərəyanı ilə vurulub və başı kəsilib.

Abovyan daha sonra iddia edir ki, “Ermənistan heç vaxt Azərbaycan ərazisinin bir santimetrini də işğal etməyib və Qarabağ erməniləri isə öz müqəddəratını təyinetmə yolu ilə getmək qərarına gəliblər”.

Bəs, Qazax rayonunun işğal olunmuş Azərbaycan anklavları və kəndləri nə idi?! Əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etməyibsə, niyə 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistanın Baş naziri tərəfindən imzalanır?

Əgər 1990-cı il avqustun 23-də Ermənistan parlamentinin qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsasən Qarabağ Ermənistana “birləşdisə”, Qarabağ erməniləri necə öz müqəddəratını təyinetmə yolu ilə getməyə qərar verdilər? Bu müddəa sonradan Ermənistan Konstitusiyasında təsbit edildi. Bilmirəm, Ermənistanda vəziyyət necədir, amma bütün dünyada bu cür hərəkətlər başqa dövlətə qarşı hərbi təcavüz aktı kimi qiymətləndirilir və bütün müvafiq nəticələrə gətirib çıxarır.

Bədbəxt analitik Abovyan öz fantaziyalarını və absurd söhbətlərini yüz il əvvəlki hadisələrə köçürür. O, Azərbaycanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında quru sərhədinin olduğunu unudaraq, “XX əsrin iyirminci illərindən başlayaraq Azərbaycan və Türkiyənin ümumi sərhədin yaradılmasına şərait yaratmaq siyasəti yürütdüyünü” iddia edir.

Yeri gəlmişkən, 1930-cu ildə Naxçıvan MSSR və Azərbaycan SSR-in Cəbrayıl rayonunun əraziləri hesabına Ermənistanın Meğri rayonu yaradıldı. Bu addım nəhayət, Naxçıvanı Azərbaycanın qalan hissəsindən torpaqla ayırdı.

Özünü görkəmli analitik hesab edən Abovyanın absurd bəyanatlarında mənasız olması onun “analitik hesablamalarını” cəfəngiyyata çevirir. Mövzunu başa düşmür, amma ağıllı baxışı ilə gülünc nəticələr çıxarır, öz axmaq uydurmalarını həqiqət kimi qələmə verməyə çalışır. Adi bir şey kimi təqdim etdiyi xəstə təxəyyülünün bəhrələri ondan xəbər verir ki, Abovyan xəyallarını reallıqla qarışdırıb. Bu isə artıq diaqnozdur...

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Dünən, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Dünən, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Dünən, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Dünən, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Dünən, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Dünən, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Dünən, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Dünən, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Dünən, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Dünən, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Dünən, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Dünən, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Dünən, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Dünən, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Dünən, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Dünən, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Dünən, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Dünən, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Dünən, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Dünən, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Dünən, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Dünən, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru