Paşinyan "Qarabağ klanı"-kilsə cütlüyünə hücuma keçdi - İNCƏLƏMƏ
Tarix: 15-06-2024, 09:00 | Çap et
 Ermənistanın Baş naziri Nikol Paşinyan "Qarabağ klanı"nı “Dağlıq Qarabağ”ın erməni əhalisindən öz məqsədləri üçün istifadə etməkdə ittiham edib.
“Cebhe.info”-nun məlumatına görə, Paşinyan “Qarabağ elitası”na, yəni keçmiş separatçı rejimin rəhbərliyinə xəbərdarlıq edib.
“Mən hökumətin iradəsini vurğulamaq istəyirəm. Biz “Dağlıq Qarabağ”ın klerikal-feodal elitasının “Dağlıq Qarabağ xalqı”ndan öz klan məqsədləri üçün istifadəyə cəhd etməsinə imkan verməyəcəyik. Biz çox səbirliyik, dözümlüyük, sevgimizi gizlətmirik. Ancaq təkrar edirəm, bunu heç kim səhv başa düşməsin və hakimiyyətin zəifliyi kimi qəbul etməsin”,- deyə Paşinyan bildirib.
O, bu bəyanatı alanların onu qəbul edəcəyinə ümid edib.
Qeyd edək ki, iyunun 13-də Paşinyan parlamentdə bildirib ki, “Dağlıq Qarabağ”ın klerikal-feodal elitası iki saat ərzində təslim olub, milyardlarla dollar dəyərində hərbi texnika və sursat olan arsenalları Azərbaycana təhvil verib.
Nikol Paşinyanın iki gün çıxışlarında "Qarabağ klanı"nı ardıcıl surətdə ittiham etməsi onun hədəfində eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı qüvvələrin olduğunu göstərir. Baş nazir “klerikal-feodal” ifadəsini işlətməklə həmin qüvvələrin Ermənistandakı etiraz aksiyalarının təşkilatçısı olan Eçmiədzin kilsəsi ilə əlbir olduğuna eyham vurur. Nikol Paşinyanın parlamentdə çıxışında aksiya iştirakçılarının polislərə hücumuna görə bütün ermənilərin katalikosu II Qaregini və sabiq prezident Robert Köçəryanı ittiham etməsi də bu səbəblə bağlıdır.
Qeyd edək ki, Ermənistan konstitusiyasının 44-cü maddəsinin 5-ci bəndinə görə, dövlətin təhlükəsizliyinə qarşı təhdid yarandıqda, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilər. Yəni Ermənistan hökumətinin başçısı "Qarabağ klanı"nın və kilsənin dövlətin təhlükəsizliyinə problem yaratdığına işarə edir.
Son vaxtlar separatçı rejimin nümayəndələrinin, yəni işğal dövründə Xankəndi, Əsgəran, Ağdərə şəhərlərinin qondarma meri postlarını tutmuş şəxslərin arxiyepiskop Baqrat Qalstanyanla görüşdən sonra həbs edilməsi, keçmiş qondarma rejimə rəhbərlik etmiş Samvel Şahramanyanın avtomobilini müsadirə etmək cəhdləri Paşinyan hakimiyyəti ilə kilsə-"Qarabağ klanı" cütlüyü qarşıdurmasının tərkib hissəsidir.
Çünki hazırda Ermənistanda baş verənlər 2023-cü ilin oktyabr ayında Qarabağda məskunlaşan ermənilərin anti-Paşinyan qüvvələr tərəfindən kütləvi şəkildə Ermənistana köçünün təşkil edilməsinin məntiqi nəticəsidir. Rusiyanın Qarabağdan gəlmiş ermənilər hesabına "Qarabağ klanı"nın "əlini gücləndirmək" və hakimiyyəti devirmək planı gec də olsa işə salınıb. Lakin Qarabağdan gələn ermənilərin təxminən yarısı daha çox Ermənistanı tərk etməyə və siyasi proseslərdən uzaqlaşmağa üstünlük verdi. Ona görə də aksiyalar istənilən nəticəni vermir. Paşinyan etirazların arxasında II Qaregin-Köçəryan ittifaqının dayandığını bilir və onun xəbərdarlığı bu formatı dağıtmaq üçün hücuma hazırlaşdığını göstərir.
Müşfiq Abdulla “Cebhe.info”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Bu gün, 17:47 |
|
|
|
• Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Bu gün, 17:41 |
|
|
|
• Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Bu gün, 17:23 |
|
|
|
• “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Bu gün, 17:19 |
|
|
|
• Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Bu gün, 17:15 |
|
|
|
• Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Bu gün, 17:14 |
|
|
|
• Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Bu gün, 17:10 |
|
|
|
• DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Bu gün, 17:01 |
|
|
|
• Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Bu gün, 16:54 |
|
|
|
• İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Bu gün, 16:50 |
|
|
|
• Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Bu gün, 16:48 |
|
|
|
• Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Bu gün, 16:45 |
|
|
|
• RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:39 |
|
|
|
• Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Bu gün, 16:34 |
|
|
|
• Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Bu gün, 16:31 |
|
|
|
• ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 16:28 |
|
|
|
• "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Bu gün, 16:26 |
|
|
|
• Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Bu gün, 16:24 |
|
|
|
• Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Bu gün, 16:08 |
|
|
|
• İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Bu gün, 16:05 |
|
|
|
• Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Bu gün, 16:01 |
|
|
|
• Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Bu gün, 15:57 |
|
|
|
• İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Bu gün, 15:53 |
|
|
|
• Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Bu gün, 15:31 |
|
|
|
• Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Bu gün, 15:29 |
|
|
|
• Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Bu gün, 15:27 |
|
|
|
• “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Bu gün, 15:25 |
|
|
|
• Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 15:22 |
|
|
|
• Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Bu gün, 15:14 |
|
|
|
• Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Bu gün, 15:11 |
|
|
|
• Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Bu gün, 15:00 |
|
|
|
• Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00 |
|
|
|
• AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52 |
|
|
|
• Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49 |
|
|
|
• “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33 |
|
|
|
• Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27 |
|
|
|
• Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24 |
|
|
|
• II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21 |
|
|
|
• Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19 |
|
|
|
• Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17 |
|
|
|
• Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14 |
|
|
|
• Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08 |
|
|
|
• AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57 |
|
|
|
• İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41 |
|
|
|
• “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38 |
|
|
|
• Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33 |
|
|
|
• Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25 |
|
|
|
• Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21 |
|
|
|
|