Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                 

“Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar” – Oliqarx İsmayılovun gəlini danışdı
Tarix: 24-05-2024, 12:02 | Çap et
“Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar”
“Orxan İsmayılzadə DNK ekspertizasından keçmək əvəzinə, məni hədələyir. Mənə yazır ki, səni həbs etdirərik, “srok”a göndərərik. Mən bu SMS-lərlə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayət etmişəm” - bu sözləri Musavat.com-a SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasova deyib.

Bildirib ki, şikayəti araşdırılmaq əvəzinə rayon prokurorluqlarının birindən digərinə ötürülür: “Şikayətimi Baş Prokurorluğa etdim, ötürdülər Suraxanı Rayon Prokurorluğuna, oradan da Sabunçu Rayon Prokurorluğuna. Bu, necə olur? Bunların adamları var, külli miqdarda pul xərcləyib, ərizələri ora-bura atdırırlar”.

Fidan Abbasova üzləşdiyi qanunsuzluqlarla bağlı DİN-in 102 qaynar xəttinə, Baş Prokurorluğun 161 qaynar xəttinə şikayət verdiyini də bildirib.

Onun sözlərinə görə övladının atalığının təyini məsələsini qaldırdığına görə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov ona ən müxtəlif yollarla təzyiqlər etdirir. Qeyd edib ki, övladının atalığı təyin edilməyincə, geri çəkilməyəcək: “Orxan İsmayılzadə bilərəkdən ekspertiza keçməkdən imtina edir. Orxan deyir ki, guya Nil qızımız onun uşağı deyil. Eyni zamanda məhkəmənin təyin etdiyi ekspertizadan da keçməkdən yayınır. Gəl DNK testi ver, kimin yalan danışdığı üzə çıxsın. Mən tələbimdən geri dayanan deyiləm”.

Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadənin özünün iddiası əsasında Xətai Rayon Məhkəməsində ona açılan məhkəmə davasından dolayı DNK testi keçirilməsi barədə qərardad qəbul olunub: “Vəkili hakim Aygün Həsənovaya yalan məlumat verib ki, guya Orxan İsmayılzadə Bakıda deyil, bu səbəbdən də guya məhkəmənin təyin etdiyi ekspertizada iştirak edə bilməyib”.

Fidan Abbasovanın bəhs etdiyi DNT ekspertizası qərarını Xətai Rayon Məhkəməsi verib. Hazırda qeyd olunan məhkəmə instansiyasında Orxan İsmayılzadənin Fidan Abbasovaya və Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı qarşılıqlı iddialarına baxılır. Orxan Mikayıl oğlu İsmayılzadə şərəf, ləyaqətin və işgüzar nüfuza zərər verilməsi iddiası ilə Fidan Abbasovaya qarşı məhkəmədə dava açıb. Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edir. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib. Fidan Abbasova isə övladı ilə birgə Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) gedərək orada ekspertizanın keçirilməsini gözləyib. Orxan İsmayılzadə ekspertizada iştirak etmədiyindən məhkəmənin müvafiq qərarı baş tutmayıb.

Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş edib. Deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir. Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib: “Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”. Fidan Abbasova qeyd edib ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün: “Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru