Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                     Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb .....                     Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib .....                     Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                     Zakir Qaralovun vergi borcu iki qat artıb .....                     Ukrayna bu şəhəri itirsə... .....                     Paşinyanın ordu ilə bağlı PLANI... .....                     ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                     SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! .....                     Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                     Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır .....                     Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... .....                     İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Yeni il ərəfəsində əfv gözlənilir? .....                     "Gözlərimin içinə baxan o deyil" .....                     Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? .....                 

"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
Tarix: 17-05-2024, 10:47 | Çap et
 "Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb!
Şəkinin Orta Zəyzid kəndinin sakini Teymur Elxan oğlu Babayev baş prokuror Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məktub yazıb.

Surəti Musavat.com-a göndərilən məktubda müəllif yazır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

“Maddi imkanlarım səviyyəsində xeyriyyəçilik işlərindən də kənarda qalmıram. Şəhid, qazi ailələrinə, digər imkansız ailələrə, Şəki Psixiatriya xəstəxanasında müalicə alan xəstələrə imkanım daxilində yardımlar edirəm. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə öz şəxsi imkanlarımla Şəki-Oğuz magistral yolundan kəndimizə ayrılan yolun giriş hissəsini abadlaşdırmaq, ağaclar əkmək, səliqə-səhman yaratmaq fikri ilə Orta Zəyzid bələdiyyəsinin sədri Novruz Musayevə müraciət etdim. Bələdiyyə sədri mənim bu təşəbbüsümü dəstəklədi, bu məsələdə hər hansı problemin olmadığını bildirdi. Mən bu məqsəd üçün hazırlıq işləri gördüm, xeyli materiallar aldım və işə başladım” – deyə məktub müəllifi qeyd edir.

Yazır ki, xeyriyyə məqsədilə görülən işin ortasında bələdiyyə sədri ondan abadlıq işlərini dayandırmağı tələb edib: “Mən işləri yarımçıq saxlamalı oldum. Səbəbini araşdırarkən məlum oldu ki, bələdiyyə sədri görəcəyim abadlıq işlərinin müqabilində məndən rüşvət gözləyirmiş. Təbii ki, mən bundan imtina etdim və hər hansı məbləğdə pul vermədim. Buna qədər mən heç vaxt kənd bələdiyyəsinin fəaliyyəti ilə maraqlanmamışdım. Bələdiyyə sədrinin bu hərəkətindən sonra onun bəzi əməlləri ilə maraqlanmaq qərarına gəldim. Ortaya ciddi, qanunazidd faktlar çıxdı. Orta Zəyzid bələdiyyəsi özündə Şəki rayonunun 3 kəndini-Orta Zəyid, Qırxbulaq və Köbər Zəyzid kəndlərini birləşdirir. Bu kəndlərdə 10 minə yaxın əhali yaşayır. Novruz Musayev 2013-cü ildən bələdiyyə sədri vəzifəsini tutur. Bu müddət ərzində o hər hansı xeyriyyə, tikinti, abadlıq işləri ilə məşğul olmayıb. Əsas işi qanunsuz torpaq satışı və digər cinayət xarakterli əməllər olub. Bu adamın nə vaxtsa bir iclas keçirdiyi, bələdiyyə ərazisində yaşayan insanlarla hansısa bir məsələdə məsləhətləşməyi olmayıb. Günlərini müəyyən yerlərdə qumar, pul qarşılığında domino və nərd oynamaqda keçirir.

-Şəki İcra Hakimiyyətinin razılığı və Memarlıq Şöbəsinin rəsmi məktubu ilə Orta Zəyzid kəndində baxça və məktəb tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsini ayrı-ayrı şəxslərə şəxsi evlər tikilməsi üçün iri məbləğdə pula satıb.

Orta Zəyzid kəndinə məxsus örüş otlaq sahələrinin təyinatını dəyişərək müxtəlif şəxslərə ev tikintisi üçün satıb. Orta Zəyzid və Baş Zəyzid kəndlərinin birləşdiyi Zəyzid çayını qoruma zolağını, yüksək gərginlikli elektrik xəttlərinin altındakı torpaqları belə ev tikintisi üçün vətəndaşlara sənədsiz-sübutsuz satıb.

Şəki-Oğuz yolunun kənarında Orta Zəyzid kəndinə məxsus "Dördyol" adlanan yerdə vətəndaşa satdığı torpağı özündən 9 il əvvəlki bələdiyyənin adına sənədləşdirib. "Dördyol"da olan dəmir köşkün altındakı torpağı da özündən əvvəlki bələdiyyənin adına sənədləşdirib. Köbər Zəyzid kəndində təyinatına uyğun olmayan xeyli torpaq sahəsini vətəndaşlara həyətyanı torpaq adı ilə rüşvət qarşılığında satıb.

-kəndlərimizdə içməli su problemi var. Mövcud olan artezianlardan evinə su çəkmək istəyən hər bir vətəndaş N.Musayevə rüşvət vermədən bunu edə bilməz.

-bələdiyyənin ehtiyat fonduna daxil olan torpaqlar belə ayrı ayrı şəxslərə satılıb.

-hələ kolxoz dövründən qalmış, yol keçidləri və suötürücü asbest, dəmir və beton borular bələdiyyə sədrinin əli ilə çıxarılaraq satılıb.

-Orta Zəyzid tibb məntəqəsinin ərazisi və aptekin arxa hissəsi N.Musayevin özü tərəfindən zəbt edilib.

-Orta Zəyzid bələdiyyəsinə aid 80 hektar torpağı öz şəxsi istifadəsində saxlayaraq taxıl səpir.

-N.Musayev gününün çox hissəsini "Dördyol"da çayxanada keçirir, insanlar arasında dedi-qodu yayır, ona qarşı gələ biləcək hər kəsi polislə hədələyir, mənim işgüzar nüfuzumu zədələyəcək şayiələr yayır, iş adamlarını ələ salır, həddi aşan hərəkətlərə yol verir.

-camaat arasında rayonun vəzifəli şəxslərini, xüsusilə də Regional Ədliyyə İdarəsinin rəisi (sabiq) Abdulla Yusifovu saymadığını, "ağzına pay atıb səsini kəsdiyini" şəstlə danışır.

"Mənim adamım Rəhman Məmmədovdur" (bələdiyyələrlə iş mərkəzinin rəhbəri) deyir.

-N.Musayev son Prezident seçkilərində belə seçkinin nəticələrinə təsir edəcək qanunsuzluqlara yol verdi. Bu səbəbdən də seçkinin nəticələri ləğv edildi.

Konkret olaraq N.Musayev yolunu "Orta Zəyzidin Allahı mənəm"- deyəcək qədər azğınlaşıb.
Mən yazdığım məsələlərdən irəli gələn faktları detalları ilə Şəki Regional Ədliyyə İdarəsinə və Şəki Prokurorluğuna təqdim etmiş və ətraflı izahatlar vermişəm. Şəki prokurorluğu mənim şikayətimə baxaraq 14.08.2023-cü ildə (87c-23) cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Mənim Şəki Rayon Məhkəməsinə verdiyim şikayətə məhkəmədə baxılmış, prokurorluğun qərarı yetərsiz sayılmış, işə təkrar baxılması üçün prokurorluğa qaytarılmışdır. Şəki prokuroru Məhkəmənin bu qərarı ilə razılaşmamış və apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13.10.2023-də Şəki Rayon prokuroru Mehman Xankişiyevin verdiyi şikayətə baxaraq 87c-23 saylı material üzrə prokurorun protestini təmin etməyib, Şəki Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 6(075)-18/2023 nömrəli qərarını dəyişdirilmədən saxlamış, qərarın dərhal qüvvəyə minməsi, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməməsi haqqında qərar çıxarıb.

Lakin bütün bunlar Şəki prokuroru cənab Mehman Xankişiyevin mövqeyinə hər hansı təsir göstərmədi, prokuror bələdiyyə sədri N.Musayevi müdafiə etməkdə davam edir. Bu səbəbdəndir ki, bələdiyyə sədri Şəkidə "əlimin üstündə əl yoxdur" demək qərarına gəlib”.

Məktubun davamında Teymur Babayev qeyd edir ki, ötən 2 il ərzində müxtəlif dövlət orqanlarına məsələ barədə şikayət məktubları yazıb. Lakin hər hansı bir tədbir görülmədiyindən məsələnin ictimailəşməsi üçün Musavat.com-a müracət ünvanlayıb:

“Hər dəfə də məktublar Şəki prokuroruna yönləndirilir və orada ört-basdır edilir. Artıq üz tutacağım bir ünvan qalmayıb, odur ki, mətbuata müraciət etmək və haqqımı işıqlandıraraq daha yuxarı instansiyalara çatdırmaq istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim məktubumu işıqlandırasınız. Bəlkə bu yolla rüşvətxor bir bələdiyyə sədrinin öhdəsindən gəlmək mümkün oldu”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
“Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05
Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02
"Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru