"Hər müraciət edəndə `gələn ay düzələcək` deyirlər.." - GİLEY
Tarix: 13-05-2024, 08:57 |
Çap et
"Şikayətim "Bakı Abadlıq Xidməti"ndəndir. Hər yerdə iş götürüb yarımçıq qoyub gedirlər..." diaaz.space bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ramil Həsənli adlı istifadəçi qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: "Pirşağı qızılqumun yanına su xətti çəkilib və bitiriblər, xəttə su verib sayğac qoymurlar ki, camaat yararlansın. 7 aydır artıq bütün işlər, xəttlər, qazıntılar bitib və hər müraciət edəndə "gələn ay düzələcək" deyirlər.
Səsimizi... şikayətimizi qonşularla bunlara necə çatdıra bilərik?"