Sıravi neftçinin MAAŞ PROBLEMİ... - MÜRACİƏT
Tarix: 7-05-2024, 08:42 |
Çap et
"Cənab Mikayıl Cabbarov, yaxşı olardı ki, vaxtınız olanda neftçilərin əmək haqqı ilə də maraqlanardınız". diaaz.space bildirir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciətində Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.
"Üç ildir ki, neftçilərin əmək haqqı artırılmır" deyə mövqeyini əsaslandıran hüquq müdafiəçisi daha sonra bildirir: "Neftçilərin rifahının yüksəldilməsi üçün onların normal əmək haqqı ilə təmin olunması lazımdır. Quruda çalışan işçinin aylıq tarif maaşı 500 manatdır.
Dənizdə çalışanların əmək haqqı işlədikləri zərərli,təhlükəli ağır iş şəraitinə görə aldıqları dəniz əmsalı hesabına quruda çalışanlarla müqayisədə artıqdır".
Onu da qeyd edək ki, 2022-ci ildə SOCAR prezidenti ilə yanaşı onun komandasının və yüksək vəzifə sahiblərinin əmək haqqıları artırılıb.