Nəcməddin Sadıkov istefaya göndərilə bilər - Müdafiə Nazirliyində şok gəlişmə
Tarix: 4-03-2014, 13:49 |
Çap et
DİA.AZ: - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov istefaya göndərilə bilər. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən informasiya ötürülüb.
Xəbəri verən qaynaq iddia edir ki, Baş Qərargah rəisi ilə bağlı artıq nazir tərəfindən dövlət başçısına müvafiq təqdimat yazılıb.
Xatırladaq ki, yerli mətbuatda nazir Zakir Həsənovla Nəcməddin Sadıkovun münasibətlərində problemlərin yaranması barədə müəyyən informasiyalar yayılıb.
Onu da xatırladaq ki, Milli Məclisdə Baş Qərargahın Müdafiə Nazirliyindən ayrılaraq müstəqil qurum kimi ali baş komandana tabe etdirilməsi ideyasının müzakirə olunacağı da gözlənilir.
Belə bir şəraitdə Zakir Həsənovun artıq ona rəqibə çevrilən Nəcməddin Sadıkovdan isti-isti haqq-hesab çürütmə cəhdi hiss olunur. diaaz.space-a verilən xəbərə görə, yaxın günlərdə Nəcməddin Sadıkovla bağlı qərar rəsmiləşə bilər.