"Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." .....                     "Supertoys"un vergi borcu artmaqda davam edir .....                     149 saylı məktəbin direktorunu kim və necə qoruyur? .....                     Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? .....                     Sülh zəmanəti? .....                     Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır .....                     "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." .....                     Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı .....                     Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı .....                     Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib .....                     Nazirliyin qərarı narazılıq yaratdı .....                     Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş .....                     "Tam əminliklə demək olar ki, bu gün..." .....                     “Mən alim axtarmıram, narkoman axtarıram” .....                     Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb .....                     Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb .....                     Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... .....                     Şəhid anası bu başçılardan şikayətçidir... .....                     Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər .....                     "Oğru" adından imtina etdi, .....                     Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır .....                     Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik .....                     Azərbaycanlı idmançı Türkiyədə vuruldu .....                     Hakerlər balları artıra bilir? .....                     Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... .....                     Əgər SSRİ hələ də varsa... .....                     "Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" .....                     "Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil" .....                     Rusiyanın ZƏNGƏZUR MARAĞI... .....                     Sumqayıtda evdə doğulan körpə öldü .....                     "Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm" .....                     TƏBİB sədri onu işdən çıxardı .....                     "Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm" .....                     “Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” .....                     Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! .....                     "Bilirsiniz sizi nə gözləyir?" .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb .....                     Tramp Putin üçün BİR FÜRSƏTDİR... .....                     9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi .....                 

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin hesabatı TAM MƏTN
Tarix: 17-01-2014, 17:28 | Çap et
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin hesabatı
DİA.AZ: - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimetmə mərasimi keçirilmiş, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2013-cü il ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir. Bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib.

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilmişdir.

Antikorrupsiya Şəbəkəsinin 25 sentyabr 2013-cü il tarixdə Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşündə qəbul edilmiş hesabatın dəyərləndirmə prosesinin tərkib hissəsi kimi Azərbaycan ictimaiyyətinə təqdimatı ilə əlaqədar baş tutan tədbirdə OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, ölkəmizin OECD ilə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məsul əməkdaşları, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Bildirilmişdir ki, OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə verilmiş tövsiyələrin icrası ilə əlaqədar 3-7 iyun 2013-cü il tarixlərdə OECD Katibliyi, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuş, həmin səfər çərçivəsində nümayəndə heyətinin üzvləri çoxsaylı dövlət qurumunun əməkdaşları ilə səmərəli və işgüzar görüşlər keçirmişlər. Həmin görüşlər zamanı nümayəndə heyəti tərəfindən son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Ekspertlər qrupunun səfəri ilə əlaqədar hazırlanmış hesabat layihəsi OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 23-25 sentyabr 2013-cü il tarixlərdə Parisdədə keçirilmiş 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclasında müzakirəyə çıxarılaraq qəbul edilmiş, bununla da Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.

Təqdimat zamanı Şəbəkənin rəsmiləri tərəfindən Azərbaycanın Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçən ilk dövlət olması qeyd edilməklə qəbul edilmiş hesabatda ölkəmizin antikorrupsiya qanunvericiliyi və onun icra səviyyəsi, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin modelinin uğurlu nümunə kimi tanınması, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan, vətəndaşla məmur arasında təmasın minimuma endirilməsinə xidmət edən, “Azərbaycan brendi” hesab olunan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təqdirəlayiq təcrübə olaraq göstərilməsi diqqətə çatdırılmışdır. Hesabatda Şəbəkə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bu sahədə mütəmadi olaraq treninqlərin, seminarların keçirilməsi, dövlət qulluğunda şəffaflığın daha da artırılması, etik-davranış kodekslərinə əməl edilməsi ilə bağlı treninqlərin keçirilməsi və digər məsələlərlə əlaqədar ölkəmizə ünvanlanmış 18 tövsiyənin uğurla icra ediləcəyinə əminlik ifadə olunmuşdur.

Tədbir zamanı Şəbəkənin rəsmiləri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

Təqdimat mərasimindən sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2013-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi 2013-cü ildə də ölkə həyatının bütün sahələrində yenidənqurma işləri davam etdirilmiş, möhtəşəm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır.
Ötən dövrlərdə olduğu kimi 2013-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.

Ölkə başçısının 2013-cü ilin sentyabrın 30-da “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı”nın icrası qaydasında milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı mərasimində iştirakı və kollektivlə görüşərək tapşırıq və tövsiyələr verməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü olduğu bildirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, “Transparency International” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, çoxsaylı araşdırmalar və təhlillərə əsasən tərtib edilmiş hesabatın nəticələrinə görə ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Bununla yanaşı, “Transparency İnternational”ın təqdim etdiyi 2013-cü ilin “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycan əvvəlki illə müqayisədə 12 pillə irəliləməklə qiymətləndirmə balı 28 olmuş, bununla da ölkəmiz son illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləyişini davam etdirməklə indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə ən yüksək nəticəni göstərmişdir.

Bundan başqa, 15 iyul 2013-cü il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin regiona ilk səfəri çərçivəsində Bakıda keçirilən mətbuat konfransında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını, korrupsiyanın aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldığını vurğulaması da xüsusi qeyd edilmişdir.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək 1 fevral 2013-cü il tarixli qanunla Milli Məclis tərəfindən qəbul edilmiş, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda korrupsiya hüquqpozmalarına görə fiziki və hüquqi şəxlərin məsuliyyətini müəyyənləşdirən norma 30 aprel 2013-cü il tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilmişdir.

Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsi, hüquqi şəxslər barədə cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi istiqamətində qanun layihələri hazırlanmışdır.

Bildirilmişdir ki, Prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ildə də uğurla davam etdirmişdir.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılmış, həmçinin 230 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 69%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 5311 müraciət daxil olmuş, həmin müraciətlərin 26-ı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 16-sı üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.

2013-cü il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 205, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul edilməklə ərizələri alınmış, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilmişdir.
Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanmışdır. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

2013-cü il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olmuşdur.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min manat və ya 42,9 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

2013-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.

Hesabat dövrü ərzində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilmişdir.

Belə ki, 2013-cü ilin aprel-may ayları ərzində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyası üzrə Nəzarət Qrupunun 2012-ci ilin iyun ayında keçirilmiş sessiyasında qəbul etdiyi qərara əsasən Meksika Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə Meksikanın cinayət qanunvericiliyində korrupsiyanın kriminallaşdırılması vəziyyəti və hüquq mühafizə sisteminin dəyərləndirilməsi idarə əməkdaşı tərəfindən həyata keçirilməklə ekspert rəyi hazırlanmışdır.

Görülən işlərin davamı olaraq, 18 - 22 avqust 2013-cü il tarixlərdə idarənin əməkdaşı Beynəlxalq Ekspertlər Qrupu tərkibində Mexiko şəhərində Dəyərləndirmə iclasında iştirak etmiş, tədbirdə Meksika hökumətinin özünüdəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi tərəfindən öyrənilərək qiymətləndirilmiş, cavabdeh ölkəyə ekspert rəylərinin layihələri təqdim olunmuşdur.

2013-cü ildə Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) ilə əməkdaşlıq genişləndirilmiş, idarə əməkdaşları Akademiyanın təşkil etdiyi tədbirlərdə iştirak etmişlər.

9-11 dekabr 2013-cü il tarixlərdə Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin 2-ci Assambleyası zamanı növbəti il üçün Assambleyanın rəhbər orqanı olan büroya üzvlərin seçilməsi ilə əlaqədar keçirilmiş seçkilər zamanı Azərbaycan nümayəndəsi də səs alaraq büroya üzv seçilmişdir.

2013-cü il ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir. GRECO-nun ölkəmiz üzrə 3-cü raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Belə ki, GRECO tərəfindən ünvanlanmış son hesabat layihəsində ölkəmizə korrupsiya cinayətlərinin kriminallaşdırılması və siyasi partiyaların maliyyələşdirilməsi üzrə verdiyi 17 tövsiyədən kriminallaşdırma sahəsində icra edilməmiş səlahiyyətli orqanlara məlumat vermiş aktiv rüşvət verən şəxslərin cəzadan avtomatik və tam olaraq azad edilməsi məsələsinə dair müvafiq normativ-hüquqi aktların layihələri İdarə tərəfindən hazırlanmışdır.

Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (İAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 12-14 aprel 2013-cü il tarixlərdə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) Prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Çao Cianminq Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul olunmuş və ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Anlaşma Memorandumu” imzalanmışdır.

22-24 noyabr 2013-cü il tarixlərdə Panama Respublikasında keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 7-ci illik Konfransı və Ümumi İclasında ölkəmizin nümayəndə heyəti iştirak etmiş, tədbir zamanı Assosiasiyanın prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə komitəsi üzvlərinin seçkisi keçirilməklə Çin Xalq Respublikasının Baş prokuroru yenidən qurumun prezidenti, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov isə vitse-prezidenti seçilmişdir.

Bundan başqa, 16-19 oktyabr 2013-cü il tarixlərdə Krans Montana Forumunun təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilmiş Transmilli cinayətkarlıq üzrə 15-ci Beynəlxalq Sammitdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Tədbir zamanı korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş sessiyada çıxış edən idarə rəisi Azərbaycan Respublikasında həyata keçirilən sistemli antikorrupsiya siyasəti, habelə idarə tərəfindən son illər aparılan cinayət təqibi barədə ətraflı məlumat vermişdir.

2013-cü il ərzində idarə tərəfindən həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı nəzdində yaradılmış “Korrupsiyaya qarşı mübarizə üzrə Panel”, Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə idarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, idarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar idarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriki zamanı və cari il yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2013-cü il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində idarə tərəfindən hazırlanaraq nəşr edilmiş bülleten, buklet, kitablar, metodiki vəsaitlərin təqdimatı keçirilmiş, qeyd olunan nəşrlər tədbir iştirakçılarına paylanmaqla onların böyük marağına səbəb olmuşdur.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39
"Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37
149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33
Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48
Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42
"Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39
Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58
Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56
Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37
Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23
"Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04
“Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02
Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58
Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53
Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49
Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42
Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33
"Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27
Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14
Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13
Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06
Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00
Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54
Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50
"Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" - ETİRAZ
Dünən, 16:49
"Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil"
Dünən, 16:40
Rusiyanın ZƏNGƏZUR MARAĞI... və yaxud ZƏNGƏZUR ƏNDİŞƏSİ
Dünən, 16:37
Sumqayıtda evdə doğulan körpə öldü
Dünən, 15:15
"Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm"
Dünən, 15:11
TƏBİB sədri onu işdən çıxardı - FOTO
Dünən, 13:08
"Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm"
Dünən, 13:05
“Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” – Hacı Qalib bu dəfə imtina etdi
Dünən, 13:00
Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
Dünən, 12:56
"Bilirsiniz sizi nə gözləyir?"
Dünən, 12:38
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:34
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Dünən, 12:31
Tramp Putin üçün BİR FÜRSƏTDİR... - AMMA...
Dünən, 12:12
9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
Dünən, 12:06
Qurban Pirimovun nəvəsi agentlikdə vəzifə aldı - ƏMR
Dünən, 12:04
Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 12:00
Sülh sazişi imzalanandan sonra... - AKTUAL
Dünən, 11:43
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Dünən, 11:38
Elmar Məmmədyarov yubiley planını açıqladı – “Bakıda yox…”
Dünən, 11:33
Alman nasistlərin erməni əlaltısının adı əbədiləşdirilir - FOTO
Dünən, 11:32
“Bərdə Broyler”in vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 11:27
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:24
Xəzərdə yeni ada peyda oldu
Dünən, 11:21
"Sülh müqaviləsi Paşinyanın gündəlik açıqlamalarından asılı deyil, beynəlxalq hüquqa uyğun olmalıdır"
Dünən, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru