Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                 

Mİ6 şefinin Paşinyanla görüşü və... - NƏ BAŞ VERİR?
Tarix: 28-05-2025, 09:33 | Çap et

Böyük Britaniya Azərbaycandan sonra Ermənistanda da hərbi attaşe açmaq istəyir. “Yeni Müsavat” xatırladır ki, Britaniya Azərbaycana artıq iki ay əvvəl hərbi attaşe təyin edib. Sözügedən vəzifəyə Gavin Tarbard təyin olunub. “Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi addımdır və bizim müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”, - deyə paylaşımda bildirilirdi.

Hərbi attaşelərin vəzifəsi iki ölkə arasında hərbi və təhlükəsizlik əlaqələrini çevik şəkildə idarə etmək, sürətli kommunikasiya qurmaqdır. Hərbi attaşe məxsus olduğu ölkənin səfirinin hərbi məsələlər üzrə müşaviri olur. Ekspert rəylərinə görə, 30 ildən sonra Böyük Britaniyanın Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etməsi yeni geosiyasi reallıqlarla bağlıdır. Bəzi ehtimallara görə isə regionda qarşıda ciddi geosiyasi hadisələr gözlənilir. Bura həm də İrana mümkün hərbi zərbələr də daxildir.

Bəllidir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasından yayınır. Bütün bu reallıqları nəzərə alan beynəlxalq mərkəzlər, eləcə də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər bir sıra beynəlxalq reytinq təşkilatları Ermənistan-Azərbaycan arasında növbəti hərbi toqquşmanı mümkün ssenarilərdən biri kimi qiymətləndirirlər.

Bu baxımdan qısa bir zamanda Azərbaycandan sonra Ermənistana da hərbi attaşenin təyin edilməsi başqa nə kimi amillərlə bağlıdır? Bu, Böyük Britaniyanın ara-sıra regionda yeni gərginliklər, hətta müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıqlarla əlaqəli ola bilərmi?

Çünki ötən ay Böyük Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib.

Yeri gəlmişkən, Böyük Britaniya Azərbaycanla tərəfdaş olsa da, krallığın Ermənistandakı səfiri Con Qalleger apreldə sərhədimizə gələrək müşahidə aparmışdı. AB-nin Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur. Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü Azərbaycanda narazılıq doğurmuşdu. Bunun ardınca İrəvanda hərbi attaşe təyinatı sualları artırır.

O da məlumdur ki, Fransadan fərqli olaraq, İngiltərə ilə Ermənistan arasında xüsusi yaxınlıq yoxdur. Ən azından ona görə ki, Böyük Britaniyada güclü erməni lobbisi yoxdur. Üstəlik, orada yaşayan ermənilərin sayı da digər Avropa ölkələri ilə müqayisədə azdır. Amma son zamanlar London-İrəvan yaxınlaşması müşahidə edilir. Onu da yada salmaq yerinə düşər ki, 2022-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murla görüşüb.

Həmçinin bu ilin aprelində Paşinyanın Estoniyaya səfəri çərçivəsində Türkiyə və Böyük Britaniya kəşfiyyat liderləri ilə görüşdüyü haqda xəbərlər yayılmışdı.

Bütün bu sadalanan faktorlarla bağlı hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, Britaniyanın Ermənistana da hərbi attaşe təyinat etməsinin səbəbi Cənubi Qafqazda fəallaşmasından irəli gəlir. Fransa ilə yanaşı bu dövlətin də regionda mövqeyini gücləndirməyə çalışdığını deyən hərbi analitikin sözlərinə görə, burada tək Ermənistan götürülmür.

“Cənubi Qafqaza vahid bir coğrafiya kimi baxılır. Britaniya Gürcüstanda da təsirlərini artırmağa cəhd edir. Bunun üçün qərb qonşumuza bütün yardımları dayandırmaq qərarı verməklə Tiflisə təzyiqləri artırır. Ona görə Britaniyanın hədəfi Azərbaycanla onsuz da çoxdan yaxşı olan münasibətlərin ardınca Ermənistanda da nüfuzunu gücləndirməkdir. Çünki Ermənistanda Fransa və ABŞ daha çox təsir imkanlarına sahibdir”, - deyə R.Məmmədli qeyd edib.

Britaniyanın digər hədəfinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğunu bildirən hərbi ekspert hesab edir ki, buna müvəffəq olmaq asan deyil: “Əvvəla, yenidən Moskva ilə İrəvan arasında "buzlar əriməyə" başlayıb. İkincisi, təkcə hərbi attaşe təyinatı ilə regionda geniş təsir dairəsi yaratmaq mümkün deyil. Ancaq bütün hallarda Britaniya ilə Ermənistan əlaqələrində yeni bir dövr başlanıb. Halbuki tarixən onların ciddi əməkdaşlıq təcrübəsi yoxdur. Paşinyan dönəmində bu təmasların intensivləşdiyini görmək mümkündür. Xüsusən də onun Mİ6 şefi ilə görüşü qeyd olunmalıdır. Deməli, Britaniya və bütövlükdə Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirlərini minimuma endirmək üçün dəridən-qabıqdan çıxır".

Hərbi ekspert əlavə edib ki, Estoniyada keçirilən görüşdə Türkiyə MİT rəhbəri İbrahim Kalının da iştirak etdiyi barədə məlumatlar Ankara ilə Londonun Ermənistanla bağlı birgə planlarından xəbər verir: “Burada da Rusiyanın təsirinin azaldılması niyyətini görmək olar. Britaniya Türkiyə-Ermənistan quru sərhədlərinin açılmasında maraqlıdır, buna dəstək verməyə hazırdır. İkincisi, kəşfiyyat rəhbərlərinin Paşinyana bəzi səhih informasiyalar vermələri də istisna deyil. Bu, təhlükəsizlik, sərhədlərdə olan rus hərbçiləri, ölkə daxilində ictimai-siyasi vəziyyətə nəzarət məsələləri haqda ola bilər”.

Ekspert onu da deyib ki, Böyük Britaniya Ermənistan hakimiyyətinin KTMT-yə üzvlüyünü dondurmaq qərarını tanıyıb: “Britaniya Rusiyadan gələn təhlükələr qarşısında Ermənistana dəstək verməyə hazır olduğunu bəyan edib. Hərbi attaşe təyinatı da göstərir ki, Krallıq Ermənistanda hərbi təsirlərini dərinləşdirmək niyyətindədir. Mən burada Azərbaycan əleyhinə addım görmürəm. Sadəcə, Britaniya bölgədə mövcudluğunu genişləndirir. Fikrimcə, qarşıda Britaniya-Ermənistan münasibətlərinin inkişafını görə bilərik”.

Xatırladaq ki, britaniyalı politoloq Neil Vatson da bu proseslərdə Rusiya mövzusunun olduğunu istisna etməmişdi: “Onilliklər ərzində Ermənistan Cənubi Qafqazda Rusiyanın "forpost" ölkəsi olub, ancaq Paşinyanın dövründə ondan uzaqlaşıb. Rusiya, şübhəsiz ki, erməni ictimai rəyini öz xeyrinə dəyişməyə çalışır və Ermənistanın buna qarşı Türkiyə və Böyük Britaniyanın dəstəyinə ehtiyacı ola bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru