"“Merser Food” MMC-nin rəhbərləri əvvəllər başqa adamlar idi" - “Location” İŞİ
Tarix: 6-09-2022, 11:03 | Çap et
 Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hüseyn Həmidov bildirib ki, "Location"da DJ kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, martın 11-dən sonra orada işə çıxıb.
"Əmək haqqını gündəlik alırdım. Axşam 9-da işə gəlib səhər 5-də çıxırdım. Bizdə daha çox gecə saat 12-dən sonra müştəri çoxluğu olurdu. Bizə göstəriş verən Rəsul idi. Mənimlə əmək müqaviləsi bağlanmamışdı".
Zərərçəkmiş Nurlan Kərimli isə 15 fevrala qədər klubda rəhbərlik Orxan Səfərli olduğunu deyib:
"Mənim Orxanla tanışlığım 2002-ci ildən başlayıb, birgə işimiz isə 2018-ci ildən başlayıb. “Merser Food” MMC-nin rəhbərləri əvvəllər başqa adamlar idi. Daha sonra Orxan və İsrail oranı götürüb işlətməyə başladı. Orxan dindar olduğu üçün pab işlətmək istəmirdi, sadəcə sənəd üzərində MMC-nin rəhbəri idi. Orxan hətta özünə gələn gəlirləri belə qardaşına verirdi. Çünki onun qardaşı Elşən “The Place” adlı obyekti işlədirdi. Faktiki olaraq kluba rəhbərliyi Rəsul Rəsulov edib. İşçilərin işə qəbulu, bazarlıqların və əyləncələrin təşkili hamısı Rəsulun səlahiyyətində idi. Sonradan qanun dəyişdi ki, bir direktor iki MMC-ə rəhbərlik edə bilməz. Ona görə onun direktor fəaliyyətini mən üzərimə götürdüm. Amma mən də formal olaraq direktor olmuşam. Bütün idarəetmə Rəsulda olub. Mən administrator olaraq fəaliyyət göstərmişəm".
Daha sonra şahid qismində Elşən Səfərov ifadə verib. O, təqsirləndirilən Orxan Səfərovun qardaşı olduğunu bildirib:
"Location"da bütün işçilərin hamısını Rəsul özü yığdı. Ora cəmi 20 gün işlədi. Mənə zəng edib dedilər obyektdə partlayış olub. Hamımız getdik ofisə müzakirə etməyə".
Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.
Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb. //report//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32 |
|
|
|
• “Maştağa-Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:31 |
|
|
|
• Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 09:28 |
|
|
|
• Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:26 |
|
|
|
• DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı - DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Marukyan baş nazirə “əlcək” atdı - Kreml Köçəryanı “xərcləyir”?
Bu gün, 09:16 |
|
|
|
• "SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?" - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Arayikin ermənilərin Qarabağda separatçılığa başladığı dövrdəki uşaqlıq şəkli üzə çıxdı... - "Armtimes"
Bu gün, 09:01 |
|
|
|
• Qısqanc ər arvadını döyərək işgəncə verdi: - “Etiraf et ki, pul müqabilində hotelə getmisən...”
Bu gün, 08:59 |
|
|
|
• Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:50 |
|
|
|
• "Bu MTK-dan ev almağa dəyməz" - ÇAĞIRIŞ
Bu gün, 08:43 |
|
|
|
• MSK üzvünə ağır itki üz verib
Bu gün, 08:34 |
|
|
|
• AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 08:28 |
|
|
|
• Avropanın təhlükəsizliyi dönüş nöqtəsindədir - Rasmussen
Bu gün, 08:25 |
|
|
|
• Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir - GƏLİŞMƏ
Bu gün, 08:22 |
|
|
|
• Həmkarlar İttifaqları əslində işçi üçün... - Ekspert danışır...
Bu gün, 08:10 |
|
|
|
• Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir - 150 milyardlıq silah fondu
Bu gün, 07:04 |
|
|
|
• ABŞ Ukrayna məsələsinə qarışmamalı idi - Tramp
Bu gün, 07:02 |
|
|
|
• Xəlil Arslanovu 19 il həbs gözləyir - BUNA GÖRƏ
Bu gün, 06:23 |
|
|
|
• Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - "Daha sonra öyrəndim ki.."
Bu gün, 06:20 |
|
|
|
• Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir
Bu gün, 06:09 |
|
|
|
• Pensiyalarla bağlı VACİB TƏKLİF – Mərhələli olaraq…
Bu gün, 06:05 |
|
|
|
• Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
Bu gün, 06:02 |
|
|
|
• İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
Bu gün, 05:57 |
|
|
|
• Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 05:50 |
|
|
|
• Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bu gün, 05:42 |
|
|
|
• Paşinyan hələ gözləmə mövqeyindədir - NƏ BAŞ VERİR?
Bu gün, 05:34 |
|
|
|
• “Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı - SİYAHI
Bu gün, 05:30 |
|
|
|
• "Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" - ETİRAZ
Bu gün, 05:26 |
|
|
|
• Müğənni Mirkamil əməliyyat olundu
Bu gün, 05:23 |
|
|
|
• Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46 |
|
|
|
• Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41 |
|
|
|
• Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38 |
|
|
|
• Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36 |
|
|
|
• Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30 |
|
|
|
• "Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" - FAKT BUDUR!
Bu gün, 00:27 |
|
|
|
• Azərbaycanda şair xərçəngdən vəfat etdi
Bu gün, 00:24 |
|
|
|
• Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
Bu gün, 00:20 |
|
|
|
• Erməni terrorçuları şərti sərhəddə
Bu gün, 00:13 |
|
|
|
• Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Dünən, 22:17 |
|
|
|
• “Qocalanda bunu sənə karyera verməyəcək”
Dünən, 21:23 |
|
|
|
• Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Dünən, 21:19 |
|
|
|
• Camaatımız nə istəyir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Dünən, 19:01 |
|
|
|
• "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Dünən, 18:52 |
|
|
|
• Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Dünən, 18:47 |
|
|
|
• “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Dünən, 18:37 |
|
|
|
• Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Dünən, 18:30 |
|
|
|
• Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Dünən, 17:19 |
|
|
|
|