Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq .....                     “Qocalanda bunu sənə karyera verməyəcək” .....                     Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib .....                     Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: .....                     Ermənilər Qarabağa GERİ DÖNÜR? .....                     Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                 

"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Tarix: Bu gün, 18:52 | Çap et

“Hesab edirəm ki, təcili qaydada müvafiq qərarlar və konkret işlər görülməsə, gələcəkdə belə faciələr daha da arta bilər. Bu durum ölkənin imicinə, suverenliyinə, təhlükəsizliyinə də təhdid yaradır. Bu mənəvi durum Qalib xalqa yaraşmır”.
Tanınmış təhsil eksperti İlham Əhmədov bu fikri Moderator.az-a açıqlamasında “Son günlər ölkədə xüsusilə gənclər, məktəblilər, tələbələr arasında artan və insan itkiləri ilə nəticələnən bu aqressiya, amansız münasibətlərin səngiməsi, profilaktikası üçün hökumət və qeyri-hökumət qurumları hansı tədbirləri görməlidir və görə bilər?” sualını cavablandırarkən ifadə edib.
“Bəli, təəssüf ki, son günlər, qeyd etdiyiniz kimi, ölkədə, insanlar, xüsusən də gənclər, məktəblilər arasındakı münasibətlərdə baş verən amansızlıq, aqressiya aktları artmaqdadır. Əslində baş verən bər bir zorakılıq, qətl olayı bir və ya bir neçə nəfərin deyil, bütövlükdə ictimaiyyətin, Azərbaycanın faciəsidir. Elə bu günlərdə Gəncədə çox böyük amansızlıqla qətlə yetirilmiş 17 yaşlı Elgünün də faciəsi ictimai faciədir. Elgünün faciəsi fərdi deyil, bu ictimai hadisədir, ictimai problemdir. Bu cəmiyyətə ötürülən növbəti həyəcan siqnalıdır”,- davamında bunları söyləyən ekspert hesab edir ki, ölkədə belə faciəvi hadisələrdən heç bir gənc, heç bir ailə sığortalanmayıb.
Bəs belə olayların profilaktikası, onların sayının minimuma endirilməsi üçün nə etmək gərəkdir? Öncə cəmiyyət, hər bir vətəndaş bu cür hadisələrə biganə qalmamalı, ciddi düşünməli, yaranmış vəziyyətdən çıxış yolları axtarmalıdır. Əks halda gələcəkdə daha böyük faciələr, daha ağır durum yarana bilər. Cəmiyyət saflaşmalı, özü-özünü təkmilləşdirməli, milli- mənəvi dəyərlərə qayıtmalıdır. Dövlət və hökumət qurumları nə edə bilər? Əlbəttə, əvvəla, təhsil, mədəniyyət, səhiyyə, gənclər, KİV siyasətlərinə bir daha, yenidən baxılmalıdır. Bu sahələrdə edilən çoxsaylı səhvlər ciddi araşdırılmalı, aradan qaldırılmalı, ictimai nəzarətin keyfiyyəti yüksəldilməlidir”, - alim pedaqoq belə düşünür.
İlham Əhmədov bütün problemlərin həllində olduğu kimi, sözügedən müşkülün həlli üçün də ölkədə azad və tənqiqi düşüncənin, müzakirələrin varlığı da önəmli rol oynadığını bildirib:
“Cəmiyyət tənqidə, alternativ fikirlərin müzakirəsinə açıq olmalıdır. Bir çox sahələrdə şəffaflıq artırılmalı, ictimaiyyətin ötürdüyü həyəcan siqnalları aidiyyatı qurumlar tərəfindən vaxtında və obyektiv tədqiq edilməli, düzgün qərarlar qəbul edilməlidir. Cəmiyyət bu qərarlar haqqında məlumatlandırılmalıdır”.
İnzibati orqanların belə hadisələrin təkrarlanmaması üçün qanunun aliliyini tam təmin etməsinin vacibliyini vurğulayan ekspert ölkədə amansız münasibət və qətllərin sayının minimuma endirilməsində əsas yükün təhsil sisteminin üzərinə düşdüyünü diqqətə çatdırıb:
“Cəmiyyətdə insani dəyərlər, insanı hisslər, hətta bir çoxları üçün milli maraqlar artıq yox olmuşdur. İdeoloji boşluğun olması, hər işin pula bağlanması gənclərin tərbiyəsində öz dağıdıcı rolunu göstərir. Bu proseslərdə məsuliyyət daha çox təhsil sisteminin üzərinə düşür.
Təəssüf ki, son illər məktəblərdə təlim-tərbiyə prosesi pozulmuş, təhsil sistemində illər ərzində davam edən səhv strategiyalar, uğursuz islahatlar, qüsurlu kadr siyasəti sonda bu sahədə xaos və anarxiyanın yaranmasına səbəb olmuşdur. Fotomodelə oxşayan, bahalı avtomobillərdə gəzən, çox vaxt layiq olmadıqları halda məktəb direktorları təyin edilən belə “pedaqoq”ların vaxtaşırı “pul razborkası”na həsr edilən səsli mesajları məktəbdə təlim-tərbiyə prosesinin vəziyyətini aydın göstərir. Bütün bunlar isə Elm və Təhsil Nazirliyinin belə neqativlərə susqunluğu və biganəliyi şəraitində baş verir. Reaksiyalar isə geçikmiş və ictimailəşmiş hadisələrə qarşı olur, özü də tək-tük hallarda...”
Ekspert uşaqlar, yeniyetmə və gənclərimiz üçün nümunəvi, etalon olan şəxsiyyətlərin azlığının ölkədə neqativ olayların artımında xüsusi rol oynadığını da nəzərə çatdırıb:
“Bu gün gənclərin özlərinə ideal seçəcək, ona oxşamağa çalışacaq, yüksək milli- mənəvi dəyərlərə sahib- yəni, yalan danışmayan, haram yeməyən, korrupsiyaya qurşanmayan, yüksək vəzifəlilərə yaltaqlıq etməyən şəxsiyyət nümunələrinə çox ehtiyacı var. Amma bu gün belələrinə nəinki həyatda, heç ədəbiyyatda, kino ekranında, TV verilişlərdə də rast gəlmək çətindir.
TV kanalların təbliğ etdiyi bayağı, mənəviyyatsız verilişlər, seriallar öz bəhrəsini verməkdədir. Müqəddəs yer boş qalmaz. Bu “nümunəvi etalon” obrazını son illər kriminal aləmin nümayəndələri tutur. Hətta təhsil müəssisələrdə keçirilən kütləvi tədbirlərdə də vətənpərvərlik mahnıları əvəzinə, daha çox kriminal aləmə xas musiqilər eşidilir.
Ölkədə kitabxanalar azalsa da, mərc oyunları, TOPAZ-xanalar artmaqdadır. Bu duruma getdikcə artan narkotik aludəçiliyini, insan alveri, şübhəli “massaj salonları”nı da əlavə etsək, ümumi durum aydın olar”.
“Təcili qaydada müvafiq hökumət qurumları tərəfindən müvafiq qərarlar və konkret işlər görülməsə, gələcəkdə belə faciələr daha da arta bilər. Bu durum ölkənin imicinə, suverenliyinə, təhlükəsizliyinə də təhdid yaradır. Belə mənəvi durum Qalib xalqa yaraşmır...
Suverenlik və konstitusiya ili həm də milli-mənəvi dəyərlərə “böyük qayıdış”ın başlanğıc ili kimi tariximizdə qalmalıdır”, - deyə sonda İlham Əhmədov vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Bu gün, 22:17
“Qocalanda bunu sənə karyera verməyəcək”
Bu gün, 21:23
Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Bu gün, 21:19
Camaatımız nə istəyir? - AKTUAL
Bu gün, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Bu gün, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Bu gün, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Bu gün, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Bu gün, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Bu gün, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Bu gün, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Bu gün, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Bu gün, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Bu gün, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Bu gün, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Bu gün, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Bu gün, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Bu gün, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Bu gün, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Bu gün, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Bu gün, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Bu gün, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Bu gün, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Bu gün, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Bu gün, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Bu gün, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Bu gün, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Bu gün, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Bu gün, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Bu gün, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru