"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xidmət rəisi vəzifəsindən azad edilib.
"Qaynarinfo" xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov işdən çıxmaq üçün ərizə ilə müraciət edib.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov da işdən çıxmaq üçün QSC sədri Vüsal Aslanova ərizə ilə müraciət edib.
O, hələlik məzuniyyətə göndərilib.