Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                     “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                     Ermənistan Prezidenti Gürcüstana səfər edəcək .....                     “Kiyev milyonlarla yardımı itirə bilər” .....                     "Səs" qəzeti fəaliyyətini dayandırır .....                     Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb .....                     Sabirabaddakı qətlin TƏFƏRRÜATI .....                     Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü .....                     Leysan yağacağı gözlənilir .....                     Kukla teatrında böyüklər üçün “oyun” .....                     Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                     "Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                 

"Əcəb məhkəmədir, əcəb islahatdır..." - hakim öhdəlik qoymaq əvəzinə, öhdəlik götürür!
Tarix: 18-05-2021, 11:19 | Çap et
"Əcəb məhkəmədir, əcəb islahatdır..."
Torpaq-daşınmaz mülkiyyət hüququ Konstitusiyasının 13-cü və 29 -cu maddələri ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarındandır. Hamı kimi, torpaq uğrunda canını-qanını verən Qarabağ qazilərinin DƏ torpaq sahəsi əldə etmək hüququ var və hətta savaş adamlarına özəl imtiyazlar normativ -hüquqi aktlarla doğrulanıb. “Torpaq islahatı haqqında” 16.07.1996 tarixli 155-lQ saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə, qazilərə əlavə bir torpaqpayı verilir, 19-cu maddəyə görə, fərdi yaşayış evinin tikintisi üçün isə bir dəfə pulsuz bələdiyyədən torpaq ayrılır. “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991 tarixli 36 saylı Qanunun 12-ci maddəsinin 2-ci bəndinə görə, hərbi xidmətdən əlilliyinə görə buraxılmış hərbi qulluqçulara seçdikləri yerdə torpaq sahəsi növbədənkənar verilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15.03.2002 tarixli 274-IIQ saylı Əsasnamənin 13-1.1 maddəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə. .. torpaq sahələri bir dəfə pulsuz verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli 160-llQ saylı Qanunun 9.1 maddəsinə əsasən, bələdiyyə ərazisində azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahələri hərracdan və müsabiqədən kənar verilir. Sadaladıqlarımız maddi hüququ doğrulayır, qalır prosessual hüquq, yəni bu maddi hüququn həyata keçirilməsi qaydası .

Bakı şəhərində 1974-cü ildən yaşayan , son on ildə Nərimanov rayonunda qeydiyyatda olan Qarabağ qazisi ailəsi kimi Nərimanov bələdiyyəsinə on il olar torpaq sahəsi ayrılması haqqında ərizə verib, ali dövlət hakimiyyəti orqanları, BŞİH və müvafiq RİH-dən qanunla qorunan hüququmun təminatını dilədim. Ali dövlət hakimiyyəti orqanlarından, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ( bu qurum hal-hazıra kimi qanuni hüququmun müdafiəsindədir) BŞİH -ə, RİH-ə daxil olan müraciətlərimə cavab olaraq ərazinin tikinti -planlaşdırma idarəsinin müdiri İlqar Əliyev (BŞİH), RİH-in 1-ci müavini Şahmar İbadov (hazırda Yusif Sadıqov) on illərlə qanunu qəsdən yanlış izah və tətbiq edərək, hüquqa qadağa qoydular. Onu da vurğulayaq ki, BŞİH -də başçı dəyişsə də, hüquqa qadağa hələ də qüvvədədir. İlqar Əliyevin qanunsuz cavablarını indi Elgün Həbibullayev təkrarlayır.

Qanunvericiliyin tələblərinə görə, ən geci 15 günə cavab verməyə borclu olan Nərimanov bələdiyyəsi cavab vermədiyindən 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsində (BİİM) iddia qaldırıb , Nəsib bəy Yusifbəyli küçəsinin sonu, Fətəli Xan Xoyski-1 ünvanının arasındakı istifadəsiz boş torpaq sahəsinin on nəfərlik ailənin başçısına verilməsi öhdəliyinin cavabdeh Nərimanov bələdiyyəsinin üzərinə qoyulmasını tələb etdim. 2019-cu ilin əvvəlində hakim Rüstəm Kərimlinin sədrliyi ilə keçirilən ilk iclasda cavabdehin nümayəndəsi bildirdi ki, həmin torpaq sahəsi bələdiyyənin ərazisində yerləşsə də, hansısa hüquqi şəxsindir; bu səbəbdən qaziyə verilə bilməz. Bunun saxtalıq olduğunu bildirib, məhkəmədən və məhkəmə-hüquq orqanlarından məhkəməyə saxta sənəd təqdim edilməsinə hüquqi qiymət verilməsini istəyəndə , cavabdeh və məhkəmə heç bir sənəd təqdim edilmədiyini bildirdilər. Növbəti 31.05.2019 tarixli iclas başlanan kimi hakim torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün (?)(ƏMDK-ya) ekspertiza təyin etdiyini bildirdi. Ha müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin bələdiyyəyə aid olması haqqında məktublarını xatırlatsam da, köməyi olmadı . Ay yarımdan sonrakı iclas açılanda ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin torpaqların monitorinqi və yer quruluşu şöbəsinin aparıcı məsləhətçisi

İ. Şərifovun (müavin Rafiq Süleymanovun müşayiətedici məktubu ilə ) bir cümləlik “sahənin dövlət torpağı” olması haqqında möhürsüz -ştampsız “rəy”i cavabdehin nümayəndəsi tərəfindən iddiaçı Qarabağ qazisinə verildi. Belə anlaşıldı ki, hakim cavabdehə sərfedici “rəyi” almağı tapşırıb. Təbii ki, MPM-in 265.4 maddəsinə əsasən, məhkəməyə, saxta sənəd tərtib edilib verilməsinə görə, xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında və birbaşa hüquq -mühafizə orqanlarına müraciət etdim. Rüstəm Kərimli öncə cavabdehi dəyişməyi təklif etdi, “rəyçi”nin məhkəməyə dəvət edilməli olduğunu deyəndə isə iclası ertələyib, sonra heç bir əsas olmadan iddia üzrə icraata xitam verdi. Şikayətimi Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Vidadi Məmmədov) təmin etdi və 2 BİİM ləğv edildiyindən işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərdi. Rüstəm Kərimli Sabunçu rayon məhkəməsinə təyinat aldığından və qərardadı ləğv edilən hakimin yenidən həmin işə hakimlik etməsinin qanuna zidd olmasından, işə başqa hakimin baxacağı gözlənilirdi. Heç demə, cavabdeh hakim Nərimanov bələdiyyəsindən öhdəlik götürübmüş ! (?) Əcəb məhkəmədir, əcəb islahatdır, hakim öhdəlik qoymaq əvəzinə, öhdəlik götürür!

Bir il qabaq- 23.06.2020-ci ildə telefonuma Bakı İnzibati Məhkəməsindən hakim Rüstəm Kərimlinin “sms” bildirişi ilə 15.07.2020 -ci ildə Nərimanov bələdiyyəsinə qarşı iddia üzrə iclasa çağırılanda dövlətin və onun başçısının məhkəmə -hüquq sistemində qeyri-prosessual münasibətlərin yolverilməzliyi haqqında aktlarına əməl olunmaması gerçəkliyi ilə üzüldüm. Təsəvvür edin, “Məhkəmələr və hakimlər haqqında” 10.06.1997 tarixli 310-IQ saylı Qanunun 86-cı və 97-1-ci maddələrinə əsasən, Rüstəm Kərimli Ədliyyə Nazirliyinin araçılığı ilə (məhz!) Bakı İnzibati Məhkəməsinə ezam olunub və məhz qərardadı ləğv edilən iş üzrə hakim təyin edilib ! (?) Halbuki, həmin qanunun 16-cı maddəsində, MPM-in 18 və 19-cu maddələrində olduğu kimi, yazılıb ki, birinci instansiya , apellyasiya və kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Bəs Bakı İnzibati Məhkəməsinin sədri işləri “təsadüfi” necə bölüb ki, Qarabağ qazisininNərimanov bələdiyyəsinə qarşı iddiası üzrə qərardadı ləğv edilən, başqa məhkəmədən ezam olunmuş Rüstəm Kərimli “təsadüfən” iş üzrə hakim təyin edilib? Açıq -aşkar görünür ki , burada təsadüfdən söhbət gedə bilməz, Nərimanov bələdiyyəsi hakimdən qeyri-prosessual öhdəliyin icrasını tələb edir! Hakim də götürdüyü öhdəliyi icra edərək, işi icraatına götürüb, ört-basdır edir! “Məhkəmələr və hakimlər haqqında” Qanunun 17-ci maddəsinə görə isə, məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında , yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qeyri-prosessual münasibətlər yolverilməzdir.

Sonda 10 ilin hakiminin və öhdəlik götürdüyü bələdiyyənin diqqətinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinin 2-ci cümləsini çatdırırıq : “ Bələdiyyələr , bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda, dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır”. Bələdiyyələrin bu səlahiyyəti “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.8 maddəsində də doğrulanıb. Yəni, Tağı müəllimin “metrosu”nun bərk gedən çağında dediyi kimi , burcutmağın yeri yoxdur, torpaq sahəsi dövlətə məxsus olsa da, Qarabağ qazisinə verilməlidir, olmasa da.

Məğrur Bədəlsoy
//hurriyyet.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru