Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                     “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                 

TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 23-04-2021, 10:15 | Çap et
TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi?
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi.

Qurumun yaydığı məlumatda deyilir ki, əməliyyat nəticəsində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri - “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə də onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilir ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.

Əvvəlcə onu qeyd edək ki, reallıqda alınan məbləğlər pandemiyanın pik vaxtlarında 4000-5000 manatı da keçirdi. İkincisi, rəsmi məlumatda qeyd olunan “qabaqcadan əlbir olaraq” ifadəsini yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmazdı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti törədə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğu inanmaq, sadəlövhlük də yox, axmaqlıq olar. Həm də ona görə ki, “Yeni klinika”nın artıq həbsdə olan rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın olduqları bildirilir.

“AzPolitika.info”-ya səhiyyə sisteminə aid mənbələrdən daxil olan məlumata görə, P.Abbasovla TƏBİB rəhbərinin yaxın, hətta dostluq səviyyəsində münasibətləri var. Bildirilir ki, onlar bir müddət Bakıdakı özəl klinikaların birində birgə çalışıblar. Lakin külli miqdarda maxinasiya və maliyyə yeyintilərinə yol verdikləri üçün həmin klinikanın sahibi tərəfindən eyni vaxtda işdən kənarlaşdırılıblar. Ancaq görünür, buna baxmayaraq, hansısa əlaqələr, yaxud digər səbəblər hesabına yüksək vəzifələrə təyin olunublar... Bütün bunlardan çıxış edərək demək olar ki, TƏBİB-də keçirilən əməliyyat və həbs olunanların verəcəkləri ifadələr qurumun rəhbərliyinin, o cümlədən şəxsən R.Bayramlının da istintaqa cəlb edilməsilə nəticələnə bilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sözügedən xəstəxana rəhbərlərinin artıq çoxdan bəri heç kim üçün sirr olmayan korrupsiya cinayətlərini TƏBİB rəhbərindən gizlin şəkildə törətmələri qeyri-mümkün idi. Ümumiyyətlə, belə əməllər təkbaşına törədilmir. Əgər qurum rəhbərliyi bunu bilib də, heç bir tədbir görməyibsə, deməli bunun müqabilində maddi marağı olub. Və belə çıxır ki, R.Bayramlı ilə P.Abbasovun “əməkdaşlığı” TƏBİB-də də davam edib. Eynilə FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkiminin də məlum əməlləri R.Bayramlıdan gizli törətməsi mümkün deyildi...

Bu arada korrupsiya cinayətlərini vaxtında üzə çıxarmalı olan hüquq-mühafizə orqanlarının fəaliyyətini, daha doğrusu uzun müddət davam etmiş fəaliyyətsizliyini də qeyd etməmək olmur. Məsələ ondadır ki, xüsusilə də pandemiyanın pik vaxtlarında koronavirus xəstələrindən rüşvət alınaraq xəstəxanalara yerləşdirildiyini Azərbaycanda, demək olar, bilməyən yox idi. Evə təcili yardım çağıran vətəndaşların böyük əksəriyyəti şahidlik edə bilərlər ki, çağırışa gələn həkimlərin bir çoxu xəstələrin bu və ya digər xəstəxanaya pulla yerləşdirilməsi üçün vasitəçi olmağı təklif edirdilər. Sosial şəbəkələrdə, mətbuatda bununla bağlı saysız-hesabsız məlumatlar dərc olunub.

Məsələn, elə “AzPolitika.info”-da ötən ilin dekabrında bu mövzuyla bağlı böyük yazı dərc olunmuşdu. Həmin yazıda FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında koronavuirus xəstələrinin yerləşdirilməsi üçün 4000 manat rüşvət tələb olunduğu qeyd edilirdi. Qanunla mətbuatda dərc olunan bu cür materiallar hüquq-mühafizə orqanlarının göstərilən faktla bağlı araşdırma aparmasına əsas verir. Lakin heç bir orqan saytımızda gedən həmin məlumatla maraqlanmadı, soruşmadı ki, bu məlumat sizdə hardandır, pulu verən və alan kimlərdir. Yalnız pandemiyanın üçüncü dalğasının pik həddi yaşanan günlərdə, nəhayət ki, müvafiq orqanlar uzun müddətdir bütün ölkənin bildiyi faktlardan xəbər tutdu və məlum əməliyyatı keçirdi...

Hər halda, necə deyərlər, heç olmamaqdansa gec olmağı yaxşıdır. İndi çox irəliyə getmədən TƏBİB-lə bağlı keçirilən əməliyyatın gedişatını və sonunu gözləmək lazımdır. R.Bayramlının da istintaqa, hətta məsuliyyətə cəlb edilib-edilməyəcəyini zaman göstərəcək və bu barədə hələ ki, qəti bir şey demək mümkün deyil. Çünki Azərbaycanda ən azından Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Eldar Mahmudov, Əli Abbasov və digər bu qəbildən olan nümunələr var ki, onların rəhbərlik etdikləri qurumlarda külli miqdarda korrupsiya cinayətləri aşkarlansa da, özləri məsuliyyətdən kənarda qala biliblər...
AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Bu gün, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Bu gün, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Bu gün, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Bu gün, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Bu gün, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Bu gün, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Bu gün, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Bu gün, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Bu gün, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Bu gün, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Bu gün, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Bu gün, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru