Nazirliyin ayırdığı müavinət borca yığılırmış - GİLEY
Tarix: 30-11-2020, 13:01 | Çap et
 Köçürülən müavinətin bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tutulması ilə bağlı “MediaPost” redaksiyasına şikayət daxil olub.
Ulduz Məlikova adlı vətəndaşımız ailə başçısını itirməyə görə 2 övladı üçün aldığı müavinətdən cərimə məbləğinin tutulduğunu bildirib. Belə ki, vətəndaşa müavinət təyin olunduqdan sonra o, 2006-cı ildə fərdi sahibkar kimi dövlət qeydiyyatından keçib və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) alıb. Lakin bu dövrdə heç bir sahibkarlıq fəaliyyəti göstərməyib. Bu illərdə həmçinin müavinətini almaqda davam edib və ona dövlət qurumları tərəfindən VÖEN olduğu halda müavinət almağın qanunsuz olması ilə bağlı heç bir xəbərdarlıq edilməyib. İndi isə vətəndaş vergi ödəyicisi kimi qeydiyyatdan çıxsa da, ondan bu illər ərazində verilən müavinət məbləği cərimə olaraq çıxılmağa başlayıb:
“Bu illər ərzində VÖEN-im olduğu təqdirdə müavinətin kəsiləcəyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı bir xəbərdarlıq edilməyib. Yalnız 2020-ci ildə mənə bildirildi ki, VÖEN-i bağlatdırmadığım halda pensiyam kəsiləcək. Vergi qeydiyyatından çıxdıqdan sonra isə bu illər ərazində mənə ödənən məbləğ müavinətimdən çıxılmağa başladı. Əvvəlcə 80 AZN, daha sonra isə 120 AZN ümumi müavinət məbləğimdən tutulur”
U. Məlikova bildirib ki, hazırda 3 övladı var və heç bir yerdə işləmir: “Kəsilmələrdən sonra qalan müavinət məbləği 120 manatdır. Özüm kirayə yaşayıram. Bu məbləğ isə heç kirayə haqqını ödəməyə belə yetmir. Heç bir sahibkarlıq fəaliyyətim olmadığı və bununla bağlı mənə hər hansı bir xəbərdarlıq edilmədiyi halda müavinət məbləğimdən bu qədər cərimə məbləğinin tutulmasını doğru hesab etmirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan sözügedən məsələ bağlı “MediaPost”a bildirilib ki, Məlikova Ulduz Qüdrət qızının adında 16 sentyabr 2015-ci il tarixindən 4 sentyabr 2020-ci il tarixinədək aktiv VÖEN olduğu müəyyən edilib. Nəticədə, ailə başçısını itirməyə görə sosial müavinət formasında onun ailəsinə ödənilən vəsaitlərdə həmin dövr üzrə 3936,5 manat məbləğində artıq ödəmənin həyata keçirildiyi aşkar olunub:
“Şəxsə hər hansı sosial ödənişlər zamanı artıq vəsait ödənildiyi aşkar edildikdə həmin vəsait sonrakı dövrdə şəxsə ödənilən vəsaitdən hissə-hissə çıxılır. İki övladı hər biri ayda 80 manat olmaqla bu müavinəti alırdı və artıq ödənilmiş vəsaitin U.Məlikovanın ərizəsi ilə övladı İsmayılzadə Əsnad Fərman qızının müavinətindən hər ay 40 manat olmaqla 1 noyabr 2020-ci il tarixindən tutulmasına başlanıb.
Bununla yanaşı, U.Məlikova adında olan VÖEN-i 4 sentyabr 2020-ci il tarixindən dayandırdığından növbəti iş günündən, yəni 7 sentyabrdan onun özünün də ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yaranıb. Həmin gündən də ona aylıq 80 manat müavinət təyin edilib. Nəticədə sentyabrın 23 günü üzrə 64 manat, oktyabr üzrə 80 manat, oktyabr üzrə 80 manat olmaqla, onun hesabında 224 manat müavinət vəsaiti cəmlənmiş olub. Adına aktiv VÖEN olduğu müddətdə artıq ödənilmiş vəsaitin məbləği çox olduğundan onun hesabına yığılmış həmin 224 manat da U. Məlikovanın razılığı ilə tutulub ki, borcu azalsın.
Beləliklə, 3936,50 manat borcdan 40 manat və 224 manat çıxılıb və hazırda 3672,50 manat qalıq borc mövcuddur. Lakin gələn aydan yenə də adi qaydada 40 manat (artıq ailəyə 240 manat müavinət verilir) həmin 240 manatdan tutulacaq”.
“Vətəndaşa VÖEN açdırdığı halda müavinət almasının qeyri-qanuni olması ilə bağlı heç bir xəbərdarlığın olunmaması və indi həmin pulların onun müavinətindən çıxılması nə qədər doğrudur?” sualına gəldikdə isə qurum bildirib ki, şəxs sosial müavinətin alınması üçün müraciət edərkən işlədiyi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu barədə, yəni adına VÖEN olub-olmadığı barədə məlumat verməyə qanunla borcludur. Çıxılan məbləğin günü-gündən artması iddiası da doğru deyil”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
|