Tiktoker “Miray” saxlanıldı .....                     Döyülən uşaqların anası yenə hamilədir... .....                     DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək .....                     “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? .....                     Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi .....                     İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu .....                     "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" .....                     “Dövlətin dəstəyi olmasa, .....                     Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz .....                     Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi .....                     “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu .....                     Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... .....                     Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                 

Zaur Hüseynov öz işçiləri ilə görüşə niyə polis və mühafizəçilərlə gəlir? - NARAZILIQ...
Tarix: 18-02-2020, 15:40 | Çap et
Zaur Hüseynov öz işçiləri ilə görüşə niyə polis və mühafizəçilərlə gəlir?
“Hürriyyət”in ötən sayında dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və ““Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır: “Təcili tədbirlər görülməsə, metroda böyük faciə yaşanacaq”” sərlövhəli yazılarda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) həyata keçirilən “islahatların” metroda təhlükəli vəziyyət yaratdığını qeyd etmişdik. Buna misal olaraq, Z.Hüseynov 2014-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunandan sonra dövlət büdcəsi hesabına xeyli sayda yeni qatar alınsa və hər il dövlətdən ayrılan dotasiyanın həcmi artırılsa, üstəlik gediş haqqə 50 faiz artırılsa da, metroda nasazlıq hallarının getdikcə daha da artmasını göstərmişdik. Onu da bildirmişdik ki, biz metrodan istifadə edən vətəndaşlarımız arasında panika yaratmaq fikrindən uzağıq. “Amma bu məsələni gündəmə gətirməyə məcburuq ki, yetkili qurumlar gəlcəkdə ciddi fəsadlara səbəb ola biləcək problemlərin qarşısını vaxtında ala bilsinlər”, - deyə vurğulamışdıq.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-də mövcud olan problemlər və metroda baş verən nasazlıq halları ilə bağlı faktlar redaksiyamıza sözügedən idarənin əməkdaşları tərəfindən ötürülüb. Həmin şəxslərin adlarını bəlli səbəblərdən açıqlamsaq da, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi “Hürriyyət”in redaksiyasına ünvanladığı məktubda bizi “qərəzli” olmaqda, “böhtan” yazmaqda ittiham edir. Həmin məktubu olduğu kimi dərc edirik:

““Hürriyyət” qəzetinin 1-3 fevral 2020-ci il və 4-5 fevral 2020-ci il buraxılışlarında “Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan, “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzunu ciddi şəkildə zədələyən “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və “Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır” başlıqlı məqalələr çap olunmuşdur.

Qeyd etmək istəyirik ki, analoji məqalələr digər kütləvi informasiya vasitələrində, o cümlədən pressinfo.az, araz.az xəbər saytlarında dərc olunmuşdur. “Bakı Metropoliteni” QSC öz işgüzar nüfuzunu bərpa etmək məqsədilə sözügedən xəbər saytlarının baş redaktorlarına və həqiqətə uyğun olmayan məlumatları yayan digər şəxslərə qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir.

Sabunuçu Rayon Məhkəməsinin 22 noyabr 1919-cu il tarixli 2(008)-2400/2019 nömrəli Qətnaməsi ilə “Bakı Metropoliteni” QSC-nin iddiası təmin edilmiş” pressinfo.az, araz.az internet saytlarının baş redaktorlarının üzərinə “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən məlumatları yaydığına görə “Bakı Metropoliteni” QSC-dən yazılı şəkildə həmin internet saytlarında yerləşdirilməklə üzr istənilməsi, məqalələrin təkzib olunması, təkzibin həmin məqalələrin yayıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsi vəzifəsinin qoyulması, həmçinin vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq “Bakı Metropoliteni” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

Bildiyiniz kimi, Bakı metropoliteni ictimai nəqliyyat növləri arasında küləviliyi ilə aparıcı mövqe tutur və bu cür böhtan və yalan xarakterli məqalələrin dərc edilməsi bu ictimai nəqliyyat növündən istifadə edən sərnişinlərdə qorxu, inamsızlıq hissi yaradır.

Bundan əlavə, “Hürriyyət” qəzeti “Bakı Metropoliteni” QSC-nin nə rəyi, nə də rəsmi fikri öyrənilmədən, “Bakı Metropoliteni” QSC-yə heç bir müraciət edilmədən sözügedən məqalələri dərc etmişdir. Tamamilə qərəzli və böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən təqdim edilməsi “Bakı Metropoliteni” QSC-nin qısa müddət ərzində əldə etdiyi uğrularına kölgə salmağa xidmət edir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, “Hürriyyət” qəzetinin 1-3 fevral 2020-ci il və 4-5 fevral 2020-ci il buraxılışlarında “Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan, “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzunu ciddi şəkildə zədələyən “Zaur Hüseynov Bakı metropolitenini məhvə aparır” və “Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır” başlıqlı məqalələrin təkzib olunmasını sizdən xahiş edirik, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq”.

“Bakı Metropoliteni” QSC niyə narahatdır?

Əlbəttə, “Bakı Metropoliteni” QSC rəhbərliyinin narahat olmasının səbəbləri bizə aydındır. O cümlədən, “Hürriyyət” qəzetinin guya idarənin işgüzar nüfuzuna “xələl gətirdiyi”, “qərəzli olduğu” və “böhtan xarakterli” məqalələr yazmaqda ittiham olunması haqda iddiaları da başa düşmək olar. Həmçinin, “Bakı Metropoliteni” QSC-nin yuxarıda adları qeyd olunan digər KİV-lər kimi, “Hürriyyət” qəzetini də məhkəmə verib, 500 manat və daha artıq məbləğdə cərimə kəsdirməsi mümkündür. Amma bunun üçün ilk öncə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bizim hansı faktı yanlış yazdığımızı, harada qərəzli olduğumuzu və böhtan atdığımızı açıqlamalıdır. Axı, redaksiyamıza məlumat verən mənbə baş verən nasazılıq faktlarını tarixinə və dəqiqəsinə kimi qeyd edir. Üstəlik, bu faktların bir çoxu zaman-zaman rəsmi şəkildə etira olunub, bəzi ittihamlarla bağlı isə sosial şəbəkələrdə konkret fotolar və video-görüntülər yayılıb. Məsələn, hərəkətin düzgün tənzimlənməməsi səbəbindən qatarların tuneldə üz-üzə gəlməsi, vaqonların qapıları açıq halda hərək edilməsi, eləcə də demək olar ki, hər həftə metroda nasazlıq hallarının baş verməsi və s. Eləcə də 24 noyabr 2019-cu ildə "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların saatlarla işləməməsinin səbəbləri də hər kəsə bəllidir. Hansı ki, “Hürriyyət”ə danışan mənbə də bu kimi faktların sayının artmasından narahat olduğunu dilə gətirır.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və dəyərli oxucularımız sual edə bilər ki, metroda hər hansı problem varsa, bu idarənin əməkdaşı niyə rəhbərliyə məlumat vermir, mətbuata danışır? Əslində, bu sualı biz də şikayətçiyə ünvanladıq. O isə bildirdi ki, hazırda bütün nazirlərin qəbuluna düşmək olar, amma Zaur Hüseynova hansısa məsələ ilə bağlı şikayət çatdırmaq mümkün deyil: “Sizə bir neçə fakt deyim. Bəzi əməkdaşlarımız xəstəxanada yatdığı və adına bülleten açıldığı halda, onların adından saxta ərizələr yazıb, aşağı vəzifələrə keçiriblər. Həmin şəxslərin yerinə isə öz adamlarını təyin ediblər. Bu əməkdaşlar sözügedən qanunsuzluqlarla bağlı “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova dəfələrlə yazılı müraciət etsə də, heç bir məktub ona çatmayıb. Yəni bütün şikayətlər İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov və İnsan Resursları şöbəsinin rəisi Əli Əliyevdən geri qayıdır. Onlar da öz maraqlarına uyğun cavablar verirlər.

Ümumiyyətlə, Zaur Hüseynovun qəbuluna düşmək mümkün deyil. Vaxtilə, keçmiş rəis Tağı Əhmədov qəflətən gəlib sürücünün kabinəsinə girir, metrodakı vəziyyətlə, onun özünün şəxsi problemləri ilə maraqlanardı. Hətta bəzi hallarda məcburən sürücünün cibinə 50-100 manat pul qoyardı ki, gedin nahar edin. Bundan əlavə, toy edənlərə, övladı pullu təhsil alanlara, yası düşənlərə maddi köməklik göstərərdi. Çalışardı ki, bütün metropoliten əməkdaşlarının xeyir-şər məclislərində iştirak etsin. Zaur Hüseynov isə təkcə əməkdaşların durumundan deyil, metrodakı vəziyyətdən də xəbərsizdir.

Mən Z.Hacıyevə 3 dəfə şikayət etmişəm, hər dəfə məktubum Tərlan Dadaşovdan geri qayıdıb. Son 5-6 ildə dəfələrlə rəislə görüşə cəhd etmişik, amma qəbuluna düşmək mümkün olmur. Təsadüfən metroya gələndə də polis və mühafizəçiləri ətrafında sipər çəkir, imkan vermirələr ki, kimsə yaxınlaşıb dərdini desin”.

Yuxarıda göstərilən səbəblərdən mətbuata, o cümlədən “Hürriyyət” qəzetinə müraciət edən “Bakı Metropoliteni” QSC əməkdaşlarının məqsədi, göründüyü kimi, heç də şəxsi problemlərini həll etməyə çalışmaqdan ibarət deyil. Sadəcə, onlar öz sahələrinin peşəkarları olaraq, metroda baş verən nasazlıların yaranma səbəblərini görür və bu problemlər aradan qaldırılmasa, daha ciddi fəsadlara səbəb olacağını bildirirlər. Necə ki, 24 noyabr 2019-cu ildə "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların saatlarla işləməməsinin səbəbləri haqda müxbirimizə bildiriblər: “Həmin tarixdə Bakı metrosunun fəaliyyətinin iflic duruma düşməsi heç də səbəbsiz deyildi. Bu, məhz rəhbərliyin və texniki məsələlərə cavabdeh şəxslərin təcrübəsizliyi və məsuliyyətsizliyi ilə bağlı idi. Amma xoşbəxtlikdən həmin hadisə zamanı qatar boş idi. Bu hadisə saat 6-dan sonra, yəni vaqonlarda sərnişin olan zaman baş versəydi, inanın mənə, çoxsaylı insan təlafatlarına səbəb olardı. Bu cür faktlar çoxdur və xahiş edirik ki, müvafiq qurumlar tədbir görsünlər. Əks halda, metroda böyük faciə yaşanacaq”.

Bütün bunlarla yanaşı, “Bakı Metropoliteni” QSC-nin İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev və baş müfəttiş Elxan Məmmədovu öz hüquqlarını tələb edən əməkdaşlara təzyiq göstərməkdə və onları bu və digər yollarla cəzalandırmaqda ittiham edir ki, zənnimizcə, bu da araşdırılmalıdır.

Sonda onu da qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də baş verən qanunsuzluqlar təkcə yazdıqlarımızla məhdudlaşmır. Odur ki, bu məsələlərlə bağlı araşdırmamızı davam etdirəcək və növbəti saylarımızda hər bir faktla bağlı “Bakı Metropoliteni” QSC rəhbərliyinin mövqeyini də dərc etməyə çalışcağıq.

Bundan əlavə, ittiham hədəfi olan hər bir rəsmi şəxslə bağlı konkret faktları şikayətçilərin öz dilindən Hurriyyet.org saytında və “Hurriyyet TV”-də video-görüntülər şəklində təqdim edəcəyik. Güman edirik ki, bütün bunlardan sonra “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi həmin şəxsləri cəzalandırmaqdan və bizi “qərəzli” olmaqda, “böhtan” yazmaqda ittiham etməkdənsə, deyilən problemlərin həllinə göstəriş verəcəkdir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tiktoker “Miray” saxlanıldı - FOTO
Bu gün, 17:29
Döyülən uşaqların anası yenə hamilədir... - Video
Bu gün, 17:24
DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Bu gün, 17:09
“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Bu gün, 17:03
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Bu gün, 16:53
İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Bu gün, 16:47
"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Bu gün, 16:43
“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Bu gün, 16:31
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Bu gün, 16:29
Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Bu gün, 16:25
“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Bu gün, 16:20
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Bu gün, 16:16
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Bu gün, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru