ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                 

“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla...” - VİDEO
Tarix: 21-11-2019, 11:38 | Çap et
“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla...”
"Həyat yoldaşım Əhmədov Rövşən Şirəli oğlunun həyatı təhlükə qarşısındadır. O, hazırda məhkumdur, 9 saylı Cəzaçəkmə Müəssisəsindədir. Ali Məhkəməyə şikayət vermişik, prosess dekabr ayının 3-nə təyin olunub. Lakin qorxuram ki, o, prosessə qədər sağ çıxmaya. Çünki bu günlərdə öyrənmişəm ki, onun xeyrinə ifadə yazmış şahid Məmmədov Alı müəmmalı şəkildə ölüb. Digər şahid isə özü və ailəsinin həyatından qorxaraq Türkiyəyə qaçıb. Mən elə bilirdim, belə şeylər İtalyan mafiyası barədə kinolarda olur, amma bu bizdə də reallıq imiş!"

Bu sözlər Əhmədova Xanımqız Fərəc qızının Qaynarinfo-ya göndərdiyi I Vitse-prezident Mehriban Əliyevaya müraciətində yer alıb.

Xanımqız Əhmədovanın məsələ ilə bağlı Azərbaycanın Birinci xanımı, I vitse-prezident Mehriban Əliyevaya yazdığı şikayət ərizəsini olduğu kimi təqdim edirik:

"Öz həyatım olsaydı, qorxmazdım, çünki ölkəmizdə asayiş var, polis var, amma həyat yoldaşım həbsxanadadır, orada isə hər cür insan var.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Sizə müraciət etməyə məcburam! Çünki dəhşətli cinayətin, haqsızlığın qarşısını yalnız siz ala bilərsiniz.

Bütün bu hadisələrin başlanması Sizin etimadınızı doğrultmadığı üçün vəzifədən kənarlaşdırdığınız keçmiş nazir Ziya Məmmədovun müşaviri Baxşıyev Çingizlə bağlıdır. O, hələ də Nəqliyyat Nazirliyindən qazandığı on milyonlar hesabına istədiyini edir. 2016-cı ilin aprelində yoldaşımı qanunsuz, sübutsuz, sırf Çingiz Baxışevin sifarişilə həbs etdilər. İşin mahiyyəti çox bəsit, amma dəhşətlidir.

Çingiz yoldaşımdan xahiş etdi ki, içində qızıl olan skoçlanmış 10 kiloluq 3 torbanı evində saxlasın. Yoldaşım da evdə saxladı. 2016-cı ilin fevralın əvvəli Çingizdən torbasını geri almasını xahiş etdi, çünki qızımızın toyu idi deyə evə qonaqlar gələcəkdi. Çingizin qızı və kürəkəni torbanı bağlı vəziyyətdə təhvil aldı. Amma 2 aydan sonra Çingiz zəng etdi ki, gəl bura, qablar boşdur. Yəni qızı və kürəkəni 10 kilo ilə 300 qramın fərqini bilməyib?! Söz də tapa bilmirəm. Şüursuz idi? Bu boyda allahsızlıq olar?! Və dərhal yoldaşımı həbs etdilər.

Amma ailəmiz dövlətimizə inamını itirmədi, gözlədik. İstintaq, məhkəmə 1 il çəkdi. Yekunda Bakı Ağır Cinayətlər Məhkəməsi bəraət hökmü çıxardı. Ancaq haqsızlıq bitmədi. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramov prosessi 11 ay uzatdı ki, yalançı şahid tapsınlar. Yoldaşımı, bəraət almış adamı Çingiz Baxşıyevin sifarişilə müalicə aldığı psixiatrik xəstəxanada həbs etdirdi, ona 8-ci bölmədə təzyiqlər olundu. Bütün bu vaxt Çingiz üzümüzə gülərək deyirdi ki, bütün bunları o etdirir.

Çingiz məhkəməni ələ salırdı. On kilolarla qızılın hardandı deyə soruşanda, Qırğızıstandan gətirdiyini deyirdi. Necə ola bilər ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş qızılı Qırğızıstandan gətirəsən?! Hakim heç 10 kilo qızılın gömrük deklarasiyasıyla da maraqlanmadı. Amma kürəkənimin xalasının Rusiyadan gətirdiyi 50 000 dollar pul üçün gömrük, sərhəd hər yerə sorğu göndərdi.

Əmir Bayramov birtərəfli işlədi, allahsızlıq etdi. O, hətta Sizi də, cənab Prezidenti də saymadı. Vəkilimiz sizin 2014-ci il Sərəncamınıza əsaslanıb xahiş etdi ki, prosess videoyazı ilə keçirilsin. Amma Əmir Bayramov üçün heç Prezident də yoxdur!

Şahid olan kəs sonralar peşmançılıq keçirdiyi üçün bizə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə yazdı və yalan ifadəsini təzyiq altında, Çingiz Baxşıyevin yaxın qohumu Fuadın təkidilə verdiyini bildirdi. Və həmin şəxs bu yaxınlarda müəmmalı şəkildə öldü, bəlkə də öldürüldü. Əmir Bayramovun sifarişilə təşkil olunan bu şahid məhkəmədə dedi ki, mən Fizuli qaçqınıyam, Sumqayıtda şofer işləyirəm. Rövşən müəllim məndən xahiş etdi ki, 30-40 dənə qızıl onluğum var, kömək elə satım. Kim başqasından oğurladığı qızılı onun qohumunun yaxınından xahiş edər ki, kömək elə satım... Bişmiş toyuq da buna gülər. Amma hakim Əmir Bayramov gülmədi, çünki özü sifariş etmişdi... Çünki Ağır Cinayətlərin ədalətli hökmünü ləğv etmək üçün ona heç olmasa bir şahid lazım idi.

Yoldaşım son sözündə dedi ki "kim ki, məni haqsız yerə məhkum edir, Allah balasına cəza versin!” Özünü haqlı sayan hakim deyərdi, etsin, amma hakim Əmir Bayramovun rəngi dəyişdi və ”balanın adını çəkmə, tutaq ki, kimsə günah işlədib, balasının nə günahı var?" - dedi. Bu, elə etiraf idi...

Cənab Prezident! Mehriban xanım! Ümidim sizədir. Mən haqq-ədaləti Avropa məhkəmlərində axtarmaq istəmirəm. İnanıram ki, siz yoldaşımı öldürmələrinə, haqsız yerə həbsxanada çürütməklərinə imkan verməzsiniz. Siz rüşvətxorluq, korrupsiya ilə mübarizəyə başlamısınız, məhkəmlər barədə gözəl sərəncam vermisiniz. Ancaq bu işdən dəhşətli korrupsiya qoxusu gəlir.

Xahiş edirəm məni qəbul edin. Xahiş edirəm bu işi nəzarətə götürün!

Sizi Prezident seçilərkən and içdiyiniz bu müqqədəs Qurana, Konstitusiyamıza and verirəm, haqsızlığın davam etməsinə imkan verməyin".













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Bu gün, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru