“Bizi çarəsiz qoyublar…” - Sahibkar bazar rəhbərliyindən şikayətçidir
Tarix: 15-11-2019, 12:51 | Çap et
 Bakı sakini Əkbər Əliyev Qurban oğlu “Razin tolkuçkası” kimi tanınan Bakıxanov qəsəbəsində yerləşən bazarın rəhbərliyindən şikayətçidir. Şikayətçi problem ilə bağlı müvafiq qurumlara şikayət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasına gəlib. Ə.Əliyev bildirib ki, onunla birlikdə bazarda fəaliyyət göstərən bir neçə sahibkar da oxşar problem yaşayırlar. Dərdlərinə isə əlac edən yoxdur…
Əkbər Əliyev başına gələnləri aşağıdakı kimi anlatdı: “20 ilə yaxındır ki, “Razin tolkuçkası”nda sahibkar kimi çalışıram. Hazırda bazarda gül mağazam mövcuddur. Bu mağazanı açan zaman bazarda vəziyyət çox pis idi. Qohumlarımın maddi dəstəyi ilə mağazanı qurub, işə başladım. Son zamanlar isə bazarın müdiri Fərhad Mirzəyev sahibkaralara ciddi əziyyət verir. Onlardan biri də mənəm. Sahibkarlar başlarına gələnləri qorxularından ictimailəşdirə bilmirlər ki, onlar bazardan çıxaracaqlar. Lakin mən artıq təngə gəlmişəm. Şikayətim onunla bağlıdır ki, bazarda əlavə pullar yığılır. Bir müddət öncə bizdən 50 manat kabel pulu adı altında vəsait yığdılar. Ötən il də bu adla pul istəmişdilər və vermişdim. Bu il isə dedim ki, eyni adla nə üçün pul yığırsınız və deyilən məbləği verməkdən imtina etdim. Bu zaman Fərhad Mirzəyevin qoçu dəstəsi üstümə hücum çəkib, işığımı kəsdilər. Həmin zaman nə qədər malım xarab oldu. Pulu verdikdən sonra işığımı qoşdular. Sonra yenə də başqa adla pul istədilər. Son illərdə yer pulunu əlavə olaraq yenə də qaldırdılar. Dedim ki, verə bilmirəm. Bazarın rəhbəri dedi ki, buranın ağası mənəm. Nə desəm, o da olacaq. Bu fikirlərə etiraz etdiyimdə isə Fərhad Mirzəyev göstəriş verdi ki, mağazamın elektrik xəttini yenidən kəssinlər. 10 gündür ki, mağazamda işıq yanmır. Elektrik xətti kəsilən gününün səhəri gəldim ki, mağazanın qapısına möhürlənmiş kağız vurublar ki, bazardan çıxmalısan. Sonra məsələni ictimailəşdirəcəyimi söylədiyimdə gəlib kağızı qopardılar. Eyni zamanda Sabunçu Rayon Polis İdarəsinin ərazi üzrə əməkdaşları da mənə çox böyük yardım etdilər. Onlar məsələyə qarışıb, bu cür qapının möhürlənməsinin qanunsuz olduğunu bildirdilər. Tələb etdilər ki, qapı açılsın.
Faktiki olaraq bazar rəhbərliyi sahibkarlara maneə yaratmaqla, cənab prezidentin sərəncamlarına, göstərişlərinə qarşı çıxır. Bizi dinləmədiyi üçün məcbur qalıb. Məsələni ictimailəşdirirəm. Vergini, kommunal xərcləri, icarə haqqını hər zaman vaxtında ödəmişəm. Bundan əlavə hələ bazar rəhbərinin yerinə mağazanı da təmir edib, orada şərait yaratmışam. Bu adam sahibkara dəstək olmursa, niyə köstək olur? Bazarda mənim günümdə olan çox adam var. Bir söz deyəndə qoçularını göndərir ki, Fərhad nə deyirsə, qanundur. Şəxsən mənim qarşımı kəsib deyiblər ki, əgər bu cür danışmağa davam eləsən, səni kriminal dəstənin əlinə verəcəyik”.
Şikayətçi bildirib ki, müdir onları çağırır, bir az gecikən kimi hədələyir: “Deyir ki, bir də gec gəlsən icazə haqqını 50 manat artıracağıq. Hazırda bazarda icarə haqları 100 manat məbləğində rəsmiləşdirilib. Ancaq faktiki olaraq məndən 650 manat alırlar. Cənab prezident bildirir ki, kim sahibkarları incidirsə, mənə məlumat versinlər. Ona görə də qəzet vasitəsilə cənab prezidentdən kömək istəyirəm. Himayəmdə 8 uşaq var. Onlardan ikisinin ata və anası olmadığı üçün qəyyumluğa götürmüşəm. Gəlir yerim yalnız bu mağazadır. Bizi də işləməyə qoymurlar. Çox çətin durumdayıq”.
Məsələ ilə bağlı bazar rəhbərliyinin mövqeyini almağa çalışsaq da, buna nail ola bilmədik. //musavat.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Bu gün, 12:55 |
|
|
|
| • Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49 |
|
|
|
| • Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46 |
|
|
|
| • Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39 |
|
|
|
| • Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
| • İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30 |
|
|
|
| • Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22 |
|
|
|
| • Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21 |
|
|
|
| • Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53 |
|
|
|
| • ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49 |
|
|
|
| • Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
| • İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17 |
|
|
|
| • Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • "Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58 |
|
|
|
| • “ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48 |
|
|
|
| • Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41 |
|
|
|
| • Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39 |
|
|
|
| • "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25 |
|
|
|
| • Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21 |
|
|
|
| • Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19 |
|
|
|
| • Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13 |
|
|
|
| • DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54 |
|
|
|
| • Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53 |
|
|
|
| • "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36 |
|
|
|
| • Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23 |
|
|
|
| • TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17 |
|
|
|
| • Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02 |
|
|
|
| • İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54 |
|
|
|
| • İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46 |
|
|
|
| • Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43 |
|
|
|
| • “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46 |
|
|
|
| • Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41 |
|
|
|
| • "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39 |
|
|
|
| • 'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35 |
|
|
|
| • 1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29 |
|
|
|
| • Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22 |
|
|
|
| • Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20 |
|
|
|
| • Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
| • Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
| • Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04 |
|
|
|
| • 8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01 |
|
|
|
| • Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54 |
|
|
|
| • Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52 |
|
|
|
| • Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43 |
|
|
|
| • “Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26 |
|
|
|
|