2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                 

"300 manata danışdıq, dedilər, problem olmayacaq" - vəzifəli şəxslərin rüşvət işi
Tarix: 8-08-2019, 13:01 | Çap et
"300 manata danışdıq, dedilər, problem olmayacaq"
Rüşvət almaqda ittiham edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Proses hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, iclasda şahidlər ifadə verib.

Qida Təhlükəsizlik Agentliyinin əməkdaşı, agentliyin Daxili Nəzarət Şöbəsinin rəisi Sənan Əsgərli ifadə verib.

S.Əsgərli deyib ki, bir vətəndaş onlara müraciət edərək Elvin Nağıyevin ondan rüşvət tələb etdiyini deyib: "Həmin şəxs qəssab idi. O bildirdi ki, Elvin Nağıyev onun işlədiyi obyektdə qanunsuz yoxlama apararaq ondan pul tələb edib və deyib ki, nə yolla olursa-olsun, pulunu alacaq. Vətəndaş dedi ki, Elvin ondan evinin kirayə pulunu alıb. Daha sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib".

Elvin Nağıyevin vəkilinin suallarından məlum olub ki, rüşvət alındığı deyilən şəxslər 6 ay sonra şikayət ediblər.

Vəkillər Sənan Əsgərliyə sual verib: "Siz şikayət edən vətəndaşlardan maraqlandınızmı ki, niyə 6 aydan sonra şikayət ediblər?".

Sənan Əsgərli bununla maraqlanmadığını deyib.

Sərbəst ifadəsində Sənan Əsgərli bir məsələyə də toxunub. O deyib ki, Elvin Nağıyevin başqa şəxslərdən də rüşvət aldığı deyilib.

Nağıyevin vəkilləri həmin şəxslərlə bağlı araşdırma aparıb-aparmadıqlarını soruşub.

Suala cavabında Nağıyev bunları deyib: "Bizə müraciət edən vətəndaş bildirdi ki, Nağıyev ayrı sex sahiblərindən də pul tələb edib. Ancaq biz araşdırma aparanda sexlərin bağlı olduğunu müəyyən etdik".

Məhkəmənin davamında Nağıyevin rüşvət aldığı deyilən Taleh Bəbirov da dindirilib.

Taleh Bəbirov söyləyib ki, quş kəsimi sexi olub: "Bir gün gecə sexdə işləyəndə iki nəfər gəldi. Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları olduqlarını dedilər. Sonradan onların Elvin və Araz olduqlarını bildik. Sexin işinin dayandırılacağını bildirdilər. Onlar dedilər ki, bu şəkildə fəaliyyət göstərmək olmaz. Mən və qardaşım nə qədər xahiş etsək də razılaşmadılar. Bu istiqamətdə bir xeyli söhbət apardıq. Sonra Araz məni kənara çəkib, dedi ki, bu işi yoluna qoymaq olar. O bildirdi ki, bu işə onlar nəzarət edir, Elvin də müdiridir. Araz dedi ki, buna görə müəyyən məbləğdə pul ödəsəm, onlar mənim işimə problem yaratmayacaqlar. Araz danışıqdan sonra 300 manat ödənilməli olduğunu dedi. Mən də razılaşdım. Onunla bir neçə dəfə bu məsələni dəqiqləşdirdim. Araz dedi ki, narahat olma, özləri sexə nəzarət edəcəklər. Onlar bildirdilər ki, kimsə gəlsə, özləri yoluna qoyacaqlar. Mən səhər də Araza zəng edib danışdım. Dəqiqləşdirdim ki, problem olmaz ki. Araz dedi ki, narahat olma".

Taleh Bəbirov əlavə edib ki, bu danışıqdan bir neçə gün sonra daha iki nəfər də onların sexinə gəlib:

"Onlar da özünü agentliyin işçisi kimi təqdim etdilər. Biri Sənan, digəri də Elməddin idi. Onların agentliyin vəzifəli şəxsləri olduğunu öyrəndim. Məndən sexlə bağlı sorğu-sual etdilər, sexə kimin gəldiyini soruşdular, bildirdilər ki, sex bu şəkildə fəaliyyət göstərə bilməz. Mən də onlara Elvin və Araza danışığımız, razılığımız bardə bildirdim. Araza zəng etdim. Amma zəng çatmadı. Onlar da dedilər ki, bu qanunsuzdur və mən şikayət etməliyəm. Bildirdilər ki, bu barədə prokurorluğa məlumat verim".

Elvin Nağıyev şahidə sual vermək üçün məhkəmədən icazə istəyib.

O, əvvəlcə deyib ki, Taleh Bəbirova hədə-qorxu gələrək izahat alıblar: "Ona deyiblər ki, bizdən rüşvət aldığını deməsə, sexini bağlayacaqlar. Bu təzyiqdən sonra o şikayət edib. Onu agentliyə məcburi gətirib hədələyiblər. Amma indi deyir ki, agentliyə getməyib".

Taleh Bəkirov heç bir hədə-qorxu ilə üzləşmədiyini, agentliyə özü getdiyini deyib.

Hakim elan edib ki, şahidlərin dindirilmə mərhələsi başa çatıb və sənədlərin tədqiqinə başlanılmalıdır.

Elvin Nağıyevin vəkili növbəti prosesdə məhkəməyə vəsatət təqdim edəcəklərini, bu səbəbdən də prosesin təxirə salınmasını xahiş edib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin əməlləri barədə Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi rüşvət almaqda ittiham olunan iki vəzifəli şəxslə bağlı açıqlama yayıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almР°ları müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Dünən, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Dünən, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Dünən, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Dünən, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Dünən, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Dünən, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Dünən, 06:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru